Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə16/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   12   13   14   15   16   17   18   19   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Dialoji nitq. Dialoq yunan sözüdür, mənası söhbət, müsahibə deməkdir. İki və daha
artıq şəxsin bir-biri ilə danışığına dialoji nitq deyilir. İnsanın xasiyyəti, niyyəti və
fəaliyyəti, başqalarına münasibəti, həyat haqqında düşüncələri və s. dialoji nitq vasitəsilə
açılır. Dialoji nitqdə sual-cavab forması əsas rol oynayır. Dialoqda iştirak edən şəxslərin
hər birinin danışığı replika adlanır. Yazılı dialoji nitqdə bütün replikalar təzə sətirdən
yazılır və əvvəlində tire (–) işarəsi qoyulur. Replikalar tərkibcə yarımçıq, bitməmiş
ifadələrdən ibarət olur. Dialoji nitqdə mimika və jestlərdən olduqca fəal istifadə olunur.
Nitqin canlı və təsirli olmasında bunların rolu olduqca böyükdür. İnsan bəzən sözlə
deyə bilmədiyini jest və mimikanın köməyi ilə ifadə edə bilir.
Dialoji nitqin əsas struktur vahidi olan replikanın qrammatik quruluşunun qısalığı və
yarımçıqlığını nəzərə alaraq deyə bilərik ki, dialoji nitq dinamikliyi baxımdan sürətlidir.
Replikanın hər biri dialoqun tərkibində obrazın xarakterinin açılmasına kömək edir.
Şifahi nitqdə intonasiya olduğu kimi, yazılı nitqdə də dialoqu canlandıran əsas
vasitə durğu işarələridir. Durğu işarələrindən məqsədəuyğun şəkildə istifadə olunmaması
replikaların anlaşılmamasına gətirib çıxara bilər. Buna görə də yazılı dialoji nitqdə ən çox
sual (?), nida (!), sual-nida (?!), nida nöqtələr (!...) və s. durğu işarələrindən istifadə edilir.
Dialoqun həcmi, meyarı onun quruluşudur. Dialoq həcminə görə makro və mikrodialoji
nitq şəklində olur.
1.Mikrodialoq - əsasən bir neçə nəfərin qısa mükalimələrindən ibarətdir. Həm də
mikrodialoqlardan nəsr əsərlərində-roman, povest, hekayələrdə və s. istifadə edilir.
Məsələn:
“Xudafərin körpüsü” romanından bir hissə:
- Ay uşaq, nə yığırsan?
- Çör-çöp yığıram.
- Çöp çöpdü, bəs çör nədir?
- Çör dik durandı, çöp yıxılandı...
- Bu quzular kimindir?
- Qoyunların.
- Kəndinizdə böyüklər kimlərdir?
- Öküzlər.
- Elə demirəm ey, kəndə qonaq gələndə kim qarşılayır?
- İtlər.
- Məni dolamısan? Qılıncımı çıxarıb səni çaparam!
- Yaxşısı budu çap, yoldaşlarına çat.
(F.Kərimzadə)


2.Makrodialoq. Mikrodialoqa nisbətən belə dialoqlar həcm etibarilə böyükdür. Bu
cür dialoq bütövlükdə bədii əsərin quruluşunu əhatə edir. Dram əsərləri makrodialoq
əsasında yazılır. Makrodialoq mürəkkəb və rəngarəng olur. Yazıçının yaradıcılıq istedadı,
sənətkarlıq xüsusiyyətləri məhz makrodialoji əsərlərin ərsəyə gəlməsi vasitəsilə meydana
çıxır. Bu cəhətdən Azərbaycan ədəbiyyatında H.Cavid, C.Cabbarlı, S.Vurğun və N.Həsənzadə kimi əvəzedilməz və təkrarolunmaz sənətkarların əsərləri xüsusi qeyd edilməlidir.

Sual və tapşırıqlar:


1. Nitqin təsnifi məsələləri ilə ilk maraqlananlar kimlər idi?
2. Nitqin neçə tipi var?
3. Daxili nitq nədir?
4. Xarici nitqin əsas xüsusiyyəti hansıdır?
5. Xarici nitqin növləri, formaları və tərzi dedikdə nəyi nəzərdə tutursunuz?
(konkret əlamətləri baxımından izah edin)
6. Diaoloji nitqə aid əlamətlər hansılardır?
7. Monoloji nitqlə dialoji nitqin oxşar xüsusiyyətləri nədir?
8. Dialoji nitqin həcminə görə növləri dedikdə nə başa düşürsünüz?

MÖVZU 8



Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin