Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə21/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   17   18   19   20   21   22   23   24   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

2. Nitqin təmizliyi. Ədəbi dilin tələblərinə cavab verməyən, istifadəsi məsləhət bilinməyən dil vahidlərinin (sözlər, ifadələr, frazeoloji tərkiblər, mürəkkəb sintaktik konstruksiyalar v s.) işlədilməsinə yol verilməməlidir. Nitqin estetik cəhətdən gö­zəl­liyi natiqin savadlı və zəngin təfəkkürü ilə bağlı olduğu ki­mi, nitqin təmizliyi də danışanın dili, mədəniyyəti və tərbiyəsi ilə əlaqədardır. Mədəni, təhsilli və zəngin dünyagörüşə malik insanlar, şübhəsiz ki, öz nitqlərini tərbiyə etmədən ünsiyyətə tətbiq etmirlər. Bu isə həmin insanların ailədə, işdə və ümu­miyyətlə, cəmiyyətdə böyük hörmət və nüfuz sahibi olmasına şans verir.
Nitqin təmizliyi üçün hansı normalara və ədəbi dil qaydalarına əməl olunmalıdır?
1) Məhəlli xarakter daşıyan söz və ifadələrdən (dialekt­lərdən), yerli şivələrdən istifadə etməməli.
2)Nitqin məzmun estetikasını eybəcərləşdirən loru, kobud sözlərdən, “pinti” danışıqdan” istifadə olunmamalıdır. Yığ­cam­lıq “sözçülük” anlayışına qarşı qoyulduğu kimi, nitqdə təmizlik “pinti danışığ”ın əksinə yönəlir.
3)Jarqon və arqodan istifadəyə yol verilməməli.
4)Vulqarizmlərin işlədilməsi yasaqlandığı kimi, varvarizm­lər­dən (əcnəbi, yadelli sözlər) yersiz istifadədən də imtina edil­məlidir. Alınma sözlərdən elmi, qismən də bədii və publisistik üslubda termin kimi istifadə etmək mümkündür. Lakin danışıq­da, məişət üslubunda belə terminlərdən istifadə olunması yersizdir.
Doğrudur, alınma sözlərin çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə et­mək, dili korlamağa aparıb çıxarır. Başqa dillərdən keçən söz o zaman müvəffəqiyyət qazana bilər ki, həmin dildə onun iş­lə­dil­məsinə ehtiyac olsun. Əcnəbi sözlərdən bədii əsərlərdə bir priyom kimi istifadə olunur. Belə ki, yazıçı yarat­dığı ob­ra­zın daxili simasını işıqlandırmaq, xarakterini açıb göstərmək məq­­sədilə varvarizmlərdən istifadə edir. Məsələn; C.Cabbarlının “Sevil” pyesində Dilbərin meşşan təbiətini gös­tər­­mək üçün dramaturq aşağıdakı alınma leksikadan istifadə et­mişdir:
“...fu...kak bezvkusno ubrano! Po moemu bu stolu buraya, bu şeyləri də buraya yığsanız daha gözəl olardı. Deyilmi, Əbduləli bəy?”.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin