Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə22/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   18   19   20   21   22   23   24   25   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

3.Nitqin düzgünlüyü-nitq mədəniyyətinin əsas şərti, şübhəsiz ki, onun düzgünlüyüdür.
Nitqin düzgünlüyü ədəbi dilin fonetik, leksik və qrammatik normalarına əməl etməkdir. Məlum olduğu kimi, “düzgün nitqlə” “yaxşı nitq” anlayışları fərqli səciyyəyə malikdir. Əgər bu anlayışlar mədəni nitqdə praktik baxımdan vəhdət təşkil etsə nitqin keyfiyyəti yüksələr, məzmunu daha da dolğunlaşar. Nəticədə fikir və ondan çıxan ideya konkretləşər, daha asan anlaşılar. Ancaq heç də həmişə belə olmur. Ədəbi dilin norma­ları pozulur, xüsusən reklam işlərinin təşkili üçün hazırlanmış mətnlərin, restoran və şadlıq evlərinin, digər lövhə və tab­lo­ların əksər hallarda ədəbi dil normalarına uyğun olmayan şəkildə hazırlanması bunun açıq göstəricisidir.
Milli mənəvi sərvətimiz olan dilimizə bu cür laqeyd münasibət tarixən də mövcud olmuşdur.
Görkəmli söz ustalarımız: N.Nərimanov, C.Məmmədqulu­zadə, C.Cabbarlı, S.Vurğun və başqaları dilimizin saflığı uğ­runda yorulmadan mübarizə aparmışlar.
4.Nitqin zənginliyi-dedikdə nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğu nəzərdə tutulur. Nitqin zənginliyinin birinci əlaməti lüğətin zənginliyidir. Eyni za­man­da, dilin ifadə imkanlarının genişliyi və dildən istifadə edənin dilin üslubi imkanlarından məharətlə faydalanmaq bacarığının olması da nitqin zənginliyini səciyyələndirən əsas şərtlər­dəndir.
Eyni cür danışıq tərzi, intonasiya dinləyiciləri yorur. Odur ki, lüzumsuz təkrarın qarşısını almaq üçün adətən sinonim­lərdən istifadə edirlər.
5.Nitqin dəqiqliyi. Dəqiqlik nitqin ilk və əsas şərtidir. Fikrin aydın izahı dəqiq düşüncənin nəticəsidir. Dəqiqlik və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı hesabına başa gəlir. Söz ehtiyatı zəngin olan adamın nitqi dəqiq ola bilər. Dəqiq nitq deyildikdə sözlərin ifadə olunan fikrə uyğun seçilməsidir ki, bunlar nitqin mənasına, məzmununa münasib olmaqla fikrin gerçəkliyi əks etdirməsinə şərt sayılır. Dəqiqlik, bir tərəfdən, nitqin gerçəklik və təfəkkürlə əlaqəsinin, digər tərəfdən, fikrin dil vasitələri ilə düzgün verilməsinin göstəricisidir. Məlumdur ki, söz anlayışa uyğun yaranır və fikir ifadə edir. Əlbəttə, o, ifadə etdiyi fikrə uyğun olmalıdır. Nitqin məntiqliyi, ardıcıllığı, izahın uyarlığı fikrin aydın ifadəsinə köklənmişdir. Dəqiq söz işlətmə dilin leksik sistemində olan sözlərin semantik mənasını, sinonimliyi, çoxmənalığı, terminləri, müxtəlif funksional üslubları və qrammatik formaları yaxşı bilməyi tələb edir. Dilin sinonimlik imkanlarından istifadə edərək lazım olan sözün seçilib işlədilməsi nitq üçün çox vacibdir. Dilimiz respublikamızın müstəqillik qazanması ilə, həqiqi mənada dövlət statusu almasından, bütün sahələrdə qeyd-şərtsiz tam və yeganə ünsiyyət vasitəsi kimi hərtərəfli işlənməyə başlamasından bəri bədii, elmi və publisistik yazıların, mətbu orqanların dili də, radio-televiziya verilişlərində, teatr tamaşalarında aktyor və diktorların, müəllim, şagird və tələbələrin nitqi də dəqiqləşmiş, düzgün işlədilməkdə sistem şəklini almışdır.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin