davranışlarını onun xarici əlamətlərindən çıxış edərək şərh etmiş, heyvanlarla
müqayisədən belə çəkinməmişdir. Aristotel yazırdı:
“Öküz
kimi yoğun burun tənbəllik, donuzda olduğu kimi iri deşikli burun
axmaqlıq əlamətidir. İtdəki kimi sivri burnu olanlar kəmhövsələ, qartal burunlular
cəsarətli, qarğa burunlular isə ehtiyatlı olurlar”.
Aristotelə görə, əgər bir insanın üzündə hər hansı bir emosional vəziyyətin
qabarıq təzahürləri varsa, o, böyük ehtimalla həmin xarakterin yiyəsidir. Yəni bir
insanın üzündən qorxaqlıq yağırsa o, qorxaq, hiyləgərlik tökülürsə o, hiyləgər,
cəsarət oxunursa, o, cəsarətlidir.
Yaxın Şərqdə, xüsusən bədəvilər arasında nəinki səhranın, eyni zamanda, insan
çöhrəsinin sirlərini oxumaqla məşğul olan qiyafə sənəti xeyli məşhur idi. Bədəvi
ərəblər üçün aslana bənzər adamlar cəsur, mərhəmətli, qururlu, bəbirə bənzəyənlər
isə kinli və xain hesab edilirdi. Onlara görə geniş alın axmaqlıq, dar alın çeviklik
əlamətidir. Örta ölçülü gözlərə sahib olanlar kəskin ağıl
və gözəl xarakterli olur,
sabit baxışlar keylik, dağınıq baxış isə hərdəmxəyallıqdan xəbər verir.
Insanlar razılıq və narazılıqlarını, sevinc və kədərini və s.məlumatları işarələr
sistemi kimi jestlərdən istifadə etməklə bir-birinə çatdırırlar. Lakin heç də jest və
mimikalar
həmişə vahid şəkildə , eyni cür başa düşülmür. Müxtəlif mədəniyyət,
social inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edrilər.
Məsələn, əksər xalqlar kimi bizim xalqımız da başın yuxarıdan aşağıya doğru
hərəkətini təsdiq, razılıq, yanlara doğru hərəkətini isə narazılıq kimi başa düşürük.
Lakin bolqarlarda bu tamamilə əksinə başa düşülür.
Bunula belə psixoloqlar aşkara çıxarmışlar ki,
çox vaxt bədənin, üzün ifadəli
hərəkətləri, qeyri-verbal yolla çatdırılan məlumatlar həmsöhbətə verbal yoldan daha
çox təsir göstərir.
2.
Dostları ilə paylaş: