Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə37/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   33   34   35   36   37   38   39   40   ...   59
Mövzular 2023

Monoloji və dialoji nitq. Nitq şərait və məqsədlə əlaqədar iki növə ayrılır: a)monoloji nitq;
b) dialoji nitq.
Monoloq və dialoq nitqin vəhdət təşkil edən vahidləridir. Buna görə də dialoji nitqin ünsürləri monolojidə, monoloji nitqin ünsürləri isə dialojidə öz əksini tapır. Bunların hər ikisi nitq ünsiyyəti sisteminə daxil olub ümumi bir vəzifə yerinə yetirir. Bununla bərabər, hər növün özünə aid həm linqvistik, həm də ekstralinqvistik xüsusiyyətləri vardır.
Monoloq yunan mənşəli söz olub mono (tək), loqos (söz, nitq, elm) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Monoloq bir subyekt tərəfindən ifadə edilən qarşı tərəflə tamamilə əlaqəsi olmayan mürəkkəb sintaktik bütövdür. Monoloq müəyyən zaman kəsiyində öz fikirlərini ifadə etmək, yaxud da hər hansı bilik sistemini ardıcıl təqdim etməkdir.
Monoloji nitq aşağıdakı meyarlarla xarakterizə olunur:
-fikrin tamlığını təmin edən ardıcıllıq və inandırıcılıq;
-qrammatik cəhətdən düzgün formalaşma;
-vokal vasitələrin keyfiyyəti və texniki cəhətdən düzgün istifadəsi.
Monoloji nitq məzmun və dil quruluşu baxımından dialoqdan daha mürəkkəbdir və natiqdən yüksək proffesionallıq tələb edir.
Monoloqlar standart tipli nitq nümunəsi olmayıb yetərincə rəngarəngdir.. Fikrin məzmunu baxımından monoloqları üç növə ayırmaq mümkündür: təsvir, təhkiyə və əsaslandırma.
Təsviredici monoloqlarda əşya və hadisələrin xüsusiyyətləri xırda detallarına qədər işıqlandırılır. Təsviredici monoloji nitqdən müxtəlif üslublarda istifadə edilir. Elmi üslubda hazırlanmış monoloqda mövzunun xassə və əlamətlərinin açılması, dəqiqlik, məntiqilik əsasdır. Elmi üslubda hazırlanan monoloqlara mühazirələr, konfrans və seminarlarda söylənən məruzələr aiddir.
Bədii üslubdakı təsviredici monoloq bədii təsvir vasitələrindən geniş istifadə olunması, obrazlı ifadələrin çoxluğu ilə seçilir. Bir çox bədii əsərlər məhz belə təsviredici monoloqlarla başlayır.
İşgüzar üslubda isə təsviredici monoloqdan müəyyən xarakterik xüsusiyyətləri sadalamaq üçün istifadə olunur.
Təhkiyə əsasında hazırlanmış monoloji nitq müəyyən hadisə haqqında məlumat vermək məqsədi daşıyır. Bu səbəbdən də bəzi ədəbiyyatlarda məlumatverici nitq adlanır. Məlumatverici nitq dinamikliyi ilə seçilir, bütün semantik və sintaktik vasitələr də baş vermiş hadisələr zəncirini bir-biri ilə əlaqəli surətdə nəql etməyə xidmər edir.
Əsaslandırma məzmunlu monloji nitq məntiqi nəticənin çıxarılması ilə yekunlaşmalıdır. Bunun üçün hər hansı bir fikrin şifahi təqdimatı, aydınlaşdırılması və təsdiqindən istifadə olunur.

Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin