Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi elmlər assosiASİyasi (afse a) FƏLSƏFƏ və sosial-siyasi elmlər elmi-nəzəri jurnal



Yüklə 1,29 Mb.
səhifə45/101
tarix05.01.2022
ölçüsü1,29 Mb.
#67475
1   ...   41   42   43   44   45   46   47   48   ...   101
Yüksək sinif. Əsas xüsusiyyəti «əsil-nəcabətli» mənşəyi olan varlı insanlardan ibarət olmasıdır.

  • Yüksək sinfin aralıq təbəqəsi. Bura aristokratik mənşəyə malik olmayan varlı insanlar daxildir.

  • Orta sinfin yüksək təbəqəsi. Əqli əməklə məşğul olan yüksək təhsilli ziyalılardan, hüquqşünaslardan, iş adamlarından ibarətdir.

  • Orta sinfin aralıq təbəqəsi. Əsasən dəftərxana işçilərindən və başqa «ağ yaxalıqlı» işçilərdən ibarətdir.

  • Aşağı sinfin yüksək təbəqəsi. «Göy yaxalıqlı» işçilərdən – zavod fəhlələri və digər fiziki əmək nümayəndələrindən ibarətdir.

  • Ən aşağı təbəqə. Cəmiyyətin ən kasıb və təcrid edilmiş hissəsindən ibarətdir.

    Kinqsli Devis və Vilber Mur 1945-ci ildə sosial stratifikasiya haqqın­da funksional inteqrasiya nəzəriyyəsini işləyib hazırladılar. Bu nəzəriyyəyə gö­rə cəmiyyətdə stratifikasiya faydalı olduğu üçün mövcuddur. Cəmiyyət müx­təlif təbəqə və siniflərsiz mövcud ola bilməz. Buna görə də stra­ti­fi­ka­si­ya zəruridir. Bu nəzəriyyə göstərir ki, bərabərsizlik cəmiyyətin inteqra­si­ya­sı­na kömək edir. Məhz bunun nəticəsində cəmiyyətdə yüksək və ya aşağı ol­ma­sından asılı olmayaraq bütün statuslar insanlar tərəfindən tutulur. Belə ki, so­sial bərabərsizlik insanları sosial orqanizm ücün müxtəlif əhəmiyyət kəsb edən ayrı-ayrı vəzifələrdə çalışmağa məcbur edir (4, 66). Cəmiyyətdə bütün peşələr eyni əhəmiyyətli deyildir. Sosial orqanizm ücün xüsusi qabiliyyət və ixtisas tələb edən peşələr funksional cəhətdən daha vacibdir. Funksional in­te­qrasiya nəzəriyyəsinə görə belə peşələrdə sayca cox olmayan daha is­te­dad­lı adamlar çalışmalı və buradan da onlar daha yüksək maaşla mü­ka­fat­lan­dırılmalıdırlar. Devis və Mur belə bir nəticəyə gəlirdilər ki, sosial bə­ra­bər­sizlik funksional nöqteyi nəzərdən böyük əhəmiyyətə malikdir və insanları maraqlandıra bilməyən istənilən cəmiyyət dağılmağa məhkumdur.

    Torsteyn Veblenin nəzəriyyəsi funksional inteqrasiya nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Belə ki, Devis və Murdan fərqli olaraq Veblen göstərirdi ki, cəmiyyətdə ən yüksək maaşı o adam almalıdır ki, o, ən aşağı heç kimin görmək istəmədiyi işləri görür.

    Sorokinin fikrincə, stratifikasiyanın müxtəlif formaları mövcuddur: iq­ti­sadi stratifikasiya, siyasi stratifikasiya və peşə stratifikasiyası. Əgər hər han­sı cəmiyyətin üzvləri iqtisadi cəhətdən bərabər deyilsə, onlar arasında mül­kiyyətçilərlə yanaşı, qeyri mülkiyyətçilər də mövcuddursa, həmin cə­miy­yətin kommunizm və ya kapitalizm prinsipləri ilə idarə olunmasından və ya konstitusiyaya əsasən «bərabərlər cəmiyyəti» kimi müəyyənləşməsindən asılı olmayaraq, belə cəmiyyət iqtisadi stratifikasiya ilə səciyyələnir. Cə­miy­yət daxilində rütbə, mənsəb, nüfuz, vəzifə kimi müxtəlif ierarxik dərə­cə­lə­rin, idarəedənlər və idarəedicilərin mövcudluğu həmin cəmiyyətin siyasi cə­hət­dən diferensiasiyası ilə bağlıdır. Peşə stratifikasiyası isə hər hansı cə­miy­yətdə insanların fəaliyyət və məşğulluğuna görə müəyyən qruplara ay­rılması, həmçinin bəzi peşələrin digərlərinə nisbətən daha yüksək və nüfuzlu he­sab edilməsi ilə əlaqədardır. İqtisadi, siyasi və peşə stratifikasiya növlə­ri­nin qarşılıqlı əlaqəsinin ümumi xarakteri bundan ibarətdir ki, müəyyən bir pa­ra­metr üzrə yüksək təbəqəyə mənsub olan insanlar digər parametrlər üzrə də həmin təbəqəyə mənsub olurlar və ya əksinə. Yüksək iqtisadi təbəqənin nü­mayəndələri eyni zamanda yüksək siyasi və peşə təbəqələrində də özlə­rinə yer tururlar. Cəmiyyətdə qeyri mülkiyyətçilər isə peşə ierarxiyasında ən aşağı mövqedə dururlar. Bəzən bu ümumi qanunauyğunluq pozulur. Məsələn, heç də həmişə iqtisadi cəhətdən çox varlı olan insanlar siyasi və peşə piramidasının başında dura bilmirlər. Buna görə də, Sorokin göstərirdi ki, stratifikasiya növləri tamamilə yox, qismən üst-üstə düşür. Məhz bu hal stratifikasiya növlərini ayrı-ayrılıqda nəzərdən keçirməyi zəruri edir.

    Beləliklə, cəmiyyətin sosial strukturu və stratifikasiyasına dair müxtəlif fikirlərin, təlimlərin təhlilindən belə nəticəyə gəlmək olar ki, K.Marks siniflərin meydana gəlməsi və mövcudluğunu maddi istehsalla bağ­layan hərtərəfli materialist nəzəriyyə yarada bilmişdir. Siniflər haqqında dialektik materialist konsepsiya özündə cəmiyyətin obyektiv inkişafının va­cib tərəflərini əks etdirir. Buna görə də bütövlükdə K.Marksın siniflər haq­qın­da təlimini qəbul etməmək, burada mövcud olan bir cox rasional fikirləri də inkar etmək deməkdir. Bununla belə burada sosial-fəlsəfi fikirdə müəy­yən sapmalara səbəb olmuş nəticələrə, o cümlədən tarixdə sinif və sinfi münasibətlərin rolunu mütləqləşdirən fikirlərə də rast gəlmək mümkündür.

    Müasir tarix marksizmin bir sıra səhv cəhətlərini üzə çıxardı. Bu təlimin göstərdiyi kimi fəhlə sinfinin getdikcə yoxsullaşması deyil, əksinə, sənaye cəmiyyətinə keçidlə əlaqədar olaraq onun həyat standartlarının yüksəlməsi prosesi baş verdi. Göstərildiyinin əksinə olaraq, əmək haqqının artması, inqilabi əhval-ruhiyyənin azalması prosesi müşahidə olundu. Müasir dövrdə dövlət əməklə kapital arasındakı münasibətləri tənzimləyən qüvvə kimi cıxış edir. Mülkiyyətçi ilə muzdlu işçi arasındakı qarşılıqlı münasibətləri dövlət özü nizamlayır. Zəhmətkeşlər dövlət tərəfindən zəmanətli sosial hüquqlara-əmək haqqının minimal səviyyəsinin yuxarı olması və işsizlik üçün ödənilən sosial vəsaitlərə malikdirlər.

    Bununla belə, qeyd olunmalıdır ki, Marksın yazıb yaratdığı dövr –XIX əsr klassik kapitalizm dövrü idi. Bu gün isə müasir korporativ ka­pi­ta­lizm dövrüdür. K.Marks öz nəzəriyyəsini yaradarkən kapitalizm öz in­ki­şa­fı­nın birinci mərhələsində idi. Bu dövrdə hərcmərclik, kəskin rəqabətlə yanaşı qul­durluq, qarətçilik, oğurluq, fırıldaqçılıq kimi hallar geniş yayılmışdı. Bu tə­biidir. Çünki, ilkin kapital yığımı və ondan sonrakı mərhələdə bu iqtisadi qa­nunauyğunluqdur. Bu mərhələni kapitalizmin inkişafının vəhşilik dövrü də adlandırırlar. Bununla əlaqədar olaraq K.Marksda xüsusi mülkiyyətə qar­şı nifrət yaranmışdır. O, belə hesab edirdi ki, bu nöqsanların hamısı kapi­ta­lizmin inkişafı ilə əlaqədardır. Digər tərəfdən o, kapitalizmin inkişafının indiki mərhələsini görə bilməzdi.

    K.Marks belə bir nəticəyə gəlmişdir ki, gələcək inkişafda kapitalizm hök­mən sosializmlə əvəzlənəcəkdir. Lakin, sonradan kapitalizmin inkişaf im­­kanları saf-çürük olundu, Avropada və ABŞ-da həyata kecirilən bir sıra təd­bir­­lər nəticəsində kapitalizm aləmində inkişaf imkanları sanki nəzərdən ke­çi­­rildi və bu formasiyanın sonradan normal inkişaf etməsi üçün tədbirlər gö­rül­dü. Məhz bu səbəbdən də həmin ölkələrdə kapitalizm inqilab yolu ilə dev­­rilmədi, təkamül yolu ilə özü transformasiya etdi. Hazırda bir sıra Av­ro­pa ölkələrində və Yaponiyada olan quruluşu sosializm adlandırmaq olar, cün­­ki onların əsasında duran təməl müddəaları Marksın sosializm nəzə­riy­yə­­­sində irəli sürülmüş təməl müddəalarla üst-üstə düşür. Bunlar aşağıdakılardır:


    1. Kapitalzimin sosializmə keçməsi ücün ölkədə və regionda kapi­ta­lizmdə olduğundan daha yüksək səviyyəli məhsuldar qüvvələr və əmək məhsuldarlığı yaradılmalıdır.

    2. Əhalinin ictimai şüuru o dərəcədə yüksəldilməlidir ki, yeni cəmiy­yə­tin inkişaf meyllərini və perspektivlərini anlasın və bu prosesə aktiv şəkildə qoşulsun.

    3. İctimai həyatın bütün sahələrində-iqtisadi, hüquqi, siyasi, sosial və s. sosial ədalət prinsipi tam həcmdə reallaşdırılmalıdır ki, insanlar yeni cəmiyyətin qurulmasının üstünlüklərinə əmin olsunlar və bu prosesin subyektinə çevrilsinlər.

    4. Mülkiyyət formasından asılı olmayaraq istehsalın nəticələri ictimailəşdirilsin və əldə edilən gəlir müxtəlif kanallarla ictimai tələbatların ödənilməsinə yönəldilsin.

    SSRİ-də və digər sosialist ölkələrində bu müddəaların heç birinin əsas götürülmədiyinə əmin olmaq ücün onların tarixinə qısaca nəzər salmaq ki­fa­yət­dir. Praktika göstərdi ki, Marksın yuxarıda söylədiyimiz öncəgörməsi opti­mal seçim olmadığından, sonralar gerçəkliyə çevrilə bilmədi. Sosializm adı al­tın­da yaradılan quruluş isə totalitar hərbi-polis rejimindən başqa bir şey de­yildi. Lakin bunu da qeyd etmək lazımdır ki, SSRİ-də və digər sosialist öl­kələrində Marks və Engelsin əsas ideyaları olduğu kimi ictimai həyata tət­biq olunmamışdır. Bu münasibətlə Q.Markuze yazırdı ki, “sovet rəhbər­lə­rinin marksizm prinsiplərinə sadiqliyi barədə fikirlər yersizdir ”(7, 30).

    Marksın dövründən fərqli olaraq müasir dövrdə mülkiyyətin mahiyyə­ti də radikal dəyişikliklərə uğramışdır. Bir tərəfdən mülkiyyətə sahibliyin on­dan istifadə və idarə edilməsindən ayrılması prosesi baş vermiş və bura­dan da çox vaxt şərikli mülkiyyətçi kimi çıxış edən menecerlərin rolu art­mış­dır. Digər tərəfdən isə xüsusi mülkiyyətin əvvəlki, fərdi forması qrup və ya səhmdar formasına keçərək, aktuallığını itirmişdir. İndi faktiki olaraq hər bir kəs bu və ya digər kompaniyanın aksiyalarını aldıqda mülkiyyətin şərik­lisinə çevrilmiş olur.



    Yüklə 1,29 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   41   42   43   44   45   46   47   48   ...   101




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin