1. Həsən Əlqədari əl-Dağıstani (1834-1910) – Dağıstan alimi, şair, maarifçi. Tarix vəşəriətə dair bir sıra əsərlərin müəllifidir. Dağıstan xalqlarının çoxəsrlik tarixini əks etdirən “Asari-Dağıstan” əsəri ilk dəfə Bakıda, 1903-cü ildə Azərbaycan dilində nəşr olunmuşdur. H.Z.Tağıyevəöz minnətdarlığını bildirən H.Əlqədari yazırdı: «Sağ ol, çox-çox sağ ol ki, sən mən bədbəxti sevindirmisən, sənin sonsuz səxavətin nəticəsində mənim tarix kitabım dünya işığı görmüşdür. Sən mənim bu kitabımdan min nüsxə müxtəlif yerlərə göndərmisən, müxtəlif şəhərlərdə insanlara bağışlamısan. Min nüsxə də mənə bağışlamısan. Allah sənin səxavətini artıq eləsin. Mən sənə heç nə ilə təşəkkür edə bilmərəm, dua etməkdən başqa. Mən sənə, Allahın verdiyi səxavətinə görə dua edirəm».
2. Seyid Əzim Şirvani (1835-1888) – Azərbaycan şairi və maarifpərvəri. Qəzəllər, öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr, ictimai məzmunlu satiralar şairin yaradıcılığında müstəsna mövqe tutur. S.Ə.Şirvani Azərbaycanda yeni təlim üsuluna əsaslanan ilk məktəblərin yaradıcılarından biridir.
3. H.Z.Tağıyev 1900-cü ildə Bakıda Kommersiya məktəbinin açılması məsələsini qaldırdı, bina üçün yer aldı, 1901-ci ildə isə tədris müəssisəsinin ehtiyaclarına 50 min rubl ayırdı. O, 1910-cu ildə həmin məktəbin fəxri hamisi oldu. Hal-hazırda məktəbin binasında Azərbaycan Dövlət Pedaqoji Universiteti yerləşir.
4. Burada söhbət H.Z.Tağıyevin mühasibi yox, işlər müdiri Konstantin Aleksandroviç İretskidən(1842 (1844)-1918) gedir. K.A.İretski Bakı şəhər dumasının üzvü və müxtəlif illərdə onun sədri, daha sonra isə H.Z.Tağıyevin işlər müdiri olmuşdur.
5. Hal-hazırda həmin binada Milli Azərbaycan Tarixi Muzeyi və Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi yerləşir.
6. Binanın üzərindəki yazılar onun inşasına 1895-ci ildə başlandığını, 1901-ci ildə isə tikintinin başa çatdığını göstərir.
7. H.Z.Tağıyev Bakının su təchizatı mənbəyinin axtarışı üçün hidrogeoloji işlərin və Bakı-Şollar su kəmərinin inşasının maliyyələşdirilməsində fəal iştirak etmişdir. Bakı şəhər dumasının üzvlərinin əksəriyyəti Şahdağın ətəyindəki mənbədə kifayət qədər su olmasına şübhə ilə yanaşmış, Bakı-Şollar su kəmərinin tikintisinin mühəndisi Uilyam Lindleyin layihəsini rədd etmişdi. 1901-ci ilin iyununda H.Z.Tağıyev şəhər idarəsinə ərizə yazaraq, U.Lindleyin fikrinə inandığını və kəmərin çəkilişinə təcili başlamaq üçün öz hesabından 25 min rubl pul ayırdığını bildirir. Ərizənin sonunda H.Z.Tağıyev Şahdağ ətəyində güclü su ehtiyatı olduğunu bir daha təsdiqləyərək, oradakı yeraltı suların başı qarlı Şahdağ və onun daimi buzlaqları kimi tükənməz və əbədi olduğunu yazırdı. Şollar su kəməri 1917-ci ildə istifadəyə verilmiş və dağ qaynaqlarından susuzluqdan əziyyət çəkən şəhərə nəhayət ki, içməli su gətirilmişdi.