Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə6/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   2   3   4   5   6   7   8   9   ...   96
19. Tarix səhv göstərilib. Əslində Bakı şəhər duması 1878-ci ildə fəaliyyətə başlamışdır.

HACI ZEYNALABDİN TAĞIYEVİN TƏRCÜMEYİ-HALININ YAZILMASINA

DAHA BİR TƏŞƏBBÜS
1903-cü ildə Hacı Zeynalabdin Tağıyevə həsr olunan daha bir kitab işıq üzü görmüşdür. Bakının Birinci mətbəə­sində Azərbaycan və fars dillərində nəşr edilən “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” oçerkinin müəllifi dəqiq məlum deyil. 1993-cü ildə çıxan “Hacı Zeynalabdin Tağıyev” kitabının tərti­bat­çıları Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və Paşa Əlioğlu əsərin tanınmış ziyalı, din xadimi Axund Yusif Talıb­zadə1 tərəfindən yazıldığını ehtimal edirlər. 2006-cı ildə “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” əsərinin “Cənab Hacı Zeynal­abdin Tağıyevin tərcümeyi-halı” adı ilə latın əlifbasında çı­xan nəşrində müəllif kimi Hacı Axund Molla Ruhulla Molla Məhəmməd2 göstərilir.

İlk mənbələrdə heç bir məlumatın olmaması kitabın müəl­lifini dəqiq müəyyənləşdirməyə imkan vermir. Əsərin Axund Molla Ruhulla tərəfindən yazılması ehtimalı kon­kret faktlarla təsdiq olunmadığından inandırıcı deyil. Lakin 1993-cü ildə çıxan “Hacı Zeynalabdin Tağıyev” kitabının tərtibçiləri Axund Yusif Talıbzadənin müəllif olması ehti­ma­lını belə bir maraqlı faktla əsaslandırırlar. Onlar Y.Ta­lıb­zadənin aşağıdakı iqtibasını gətirirlər: “...Ürəyim istəyirdi ki, H.Z.Tağıyevin fəaliyyətləri barədə bir kitab ya­zım və onun xidmətləri orada müfəssəl surətdə cəm olun­sun. Hörmətli Nəriman bəy Nərimanov böyük zəhmət çəkib, Hacının 20 sentyabr 1901-ci ildə qeyd ediləcək əlli illik fəaliyyəti münasibətilə müxtəsər bir kitab yazdığına görə mən həmin əsəri fars dilinə tərcümə etməyə başladım. Tərcümə zamanı məlum oldu ki, Hacı çox istəyir ki, N.Nərimanovun Azərbaycan dilində yazdığı çox gözəl kitab olan “Nadir şah”ı fars dilinə tərcümə edim və çap olunsun. Mən Hacının özü ilə danışdıqdan sonra “Nadir şah”ı tərcümə etməyə başladım və ona iki müqəddimə əlavə etdim. Ümidvaram ki, millət və xalqın xadimləri cənab Hacı­nın mədəniyyət sahəsindəki xidmətlərini heç vaxt yaddan çıxarmayacaq və onu həmişə nəzərdə tutacaqlar. Onun xeyir işləri daima söyləniləcəkdir”.1 Tərtibçilərin gəl­diyi nəticə belədir: “Deməli, ...Axund Yusif Talıbzadə Hacının 50 illik yubileyi keçirildikdən sonra N.Nəri­ma­­no­vun yazdığı əsəri fars dilinə tərcümə etməklə kifa­yət­lən­məmiş və özü Azərbaycan və fars dillərində daha mükəm­məl bir tərcümeyi-hal yazıb çap etdirmişdir”.1

“Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” kitabının Y.Talıbzadə tərə­fin­dən yazılması ehtimalını inandırıcı edən daha bir məqam nəzərə çarpır: əsərin strukturu Nəriman Nərimanovun 1900-cü ildə yazdığı “Hacı Zeynalabdin Tağıyevin əlliillik məişəti və cəmaatə xidmətləri” kitabı ilə demək olar ki, eyni­dir. N.Nərimanovun əsərini farscaya çevirərkən Y.Ta­lıbzadə onun materialı təqdim etmə üslubundan və ardıcıllıqdan yararlanmış və bunu 1903-cü ildə yazdığı öz kitabında istifadə etmişdir. Fikrimi əsaslandıraraq onu da qeyd etməliyəm ki, Y.Talıbzadə bəzi hallarda təkrara yol vermiş və N.Nərimanovun artıq yazmış olduğu faktları təkrar­lamışdır. Doğrudur, N.Nərimanovdan fərqli olaraq, Y.Ta­lıb­zadə öz əsərində Quran ayələrindən, hədis və şeir­lərdən daha çox istifadə etmişdir.

Müəllifi dəqiq məlum olmayan “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” oçerki 1993 və 2006-cı illərdə nəşr edilən mətnlər əsasında hazırlanmış, redaktə edilərək müasir Azərbaycan dilinə uy­ğun­laşdırılmışdır (şeir parçalarından başqa).2




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin