Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə126/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   122   123   124   125   126   127   128   129   ...   266
2. HEYVANLARIN DİLİ
I mətn

Musa peyğəmbər idi, səyf eləmirəmsə, öküzü qoşmuşdu işə – cütə, yer şumlamağa. Öküzü işlədirdi, ulağı saxlıyırdı ziyarətə get­mə­yə. Qoşmurdu, incitmirdi ulağı, hətta öküzə verdiyi yemin yaxşı­sını ona verirdi ki, əmələ gəlsin, kökəlsin. Bir axşam öküz yorul­muş­du. Sahibi qapını örtüb daldan qulax asırdı. Görür öküz çox sı­zıl­dıyır, otu yemir, yeyə də bilmir, yoruluf. İndi ulax soruşur öküzdən:

– A qardaş, niyə gileylənirsən?

Deyir:

– Yiyəmiz yaman zalımdı. Məni bu gün qoymuyuf qılçamı qatdamağa, işdəməhdən yorulmuşam, otu da ağzım tutmur yeməyə.

Deyir:

– Tutmur, yemə.

Deyir:

– Nağarım bəs?

Deyir:

– Yemə, özünü vur xəsdəliyə sabah qoşmasın səni.

Qurban olduğum peyğəmbər eşitmişdi söhbəti. Sabah gəlir, görür öküz yatıb, qoyduğu nə varsa hamısı qabağında qalıf. Ulağı götürüf aparır işdətməyə.

Bir gün belə, iki gün belə, ulax əldən düşür, yorulur da, iş getməlidi, işi dayandırmax olmaz. Həm də axşam gətirib salanda qulax asırdı ki, nə deyir, nə söhbət elijəh. Görür ki, bir axşam ulax gəlibdi, qoyulan otu da yemir, ağlıyır. Öküz soruşur indi:

– A qardaş, niyə ağlıyırsan?

Deyir:


– Ona görə ağlıyıram ki, mən burda təkcə qalajam, sənsiz nətər qalajam mən?

Deyir:


– Niyə tək qalırsan ki? Mən nətər olajam bəs?

Deyir:


– Bəs sahibim büyünnəri çöldə söhbət eliyirdi ki, neynirəm onu mən, xəsdədi, işə yaramır, sabah aparıf verim onu ətdiyə mən.

Öküz deyir:

– Bəs mən neyliyim?

Deyir:


– Qabağaa qoyulan otun hamısını ye, sabah sahibin gələndə qıçına bir təpik də vur, bilsin ki, sən sağalmısan, səni ətdiyə vermə­sin, aparsın işdətsin.

Burda, deyir, qurban olduğum gülür, güləndə arvad soruşur ki, niyə güldün? Arvad bilmirdi da! Bu sirri aça bilməzdi, Allah tərəfinnən pay verilmişdi. Deyir:

– Ağız, mənnən nə isdiyirsən isdə, mənim nəyə güldüyümü soruşma.

Nə qədər yalvarır, nə qədər and verirsə, əmələ gəlmir. Bu isfa­riş eliyir arvadın qardaşına ki, gəlsin. Arvadın qardaşı gəlir. Arvadın qardaşına deyir ki, nəysə bir vergi olub məndə, indi mən onu desəm qeybə çəkiləjəhdi, əl çəkmir. Qardaşı deyir ki, madam ki, əl çəkmir, onun bir əlacı var. Apar sal dama, xançalı çək boğa­zına, qutarsın bun­nan. Öldür, canın qutarsın da. Qardaşı da çox yalvarıf-yaxarır ki, a bajı, nə işə qalıf.

İt deyir ağzını tutub göyə ucadan uluyurdu. Ordan xoruz soruşur ki, niyə uluyursan?

Deyir:

– Sahibimizi, bizə yem verəni, ağamız öldürəjək.

İndi toyux soruşur:

– Niyə öldürür, niyə öldürür?

Deyir ki, heyvannar danışırdılar, ulax heylə deyəndə gülməyi tutuf, onu arvad görüfdü. Deyir ki, sirri aç, görüm niyə gülürsən? Bu da aça bilməz. Deyir ki, öldürsün, niyə soruşur. İndi xoruz ağlı­yır. İt deyir:

– Niyə ağlıyırsan?

Deyir:

– Ağamızın ağlı azalıf.

Deyir:

– Niyə azalıf, nağarsın, neynəsin?

Deyir:

– Öldürməsin, döysün.

(Bizim arvadnan gedirəm ora-bura qonax, deyirəm arvadı döymək lazımdı, deyəjək indi yenə döyməkdən danışır).

İt soruşur:

– Nə qədər döysün?

– O qədər döysün ki, o, anasının südünə and içsin ki, anadan əmdiyim süd burnumnan gəlsin, bir də sənnən soruşmujam, o vaxta­dək döysün.

Deyir, salır tovlaya, o qədər döyür, döyür, deyir:

– Soruşmujam, Allah hakqı, soruşmujam.

Deyir:

– Yox ey, anaa südünə and iç.

Deyir:

– Anamdan əmdiyim süd hakqı bir də sənnən sorğu-sual eləmijəm.

Söyündühlərinnən it hürür, toyux qakqıldıyır, xoruz bannıyır, mallar içəridə mələşillər.



II mətn

Süleyman peyqumbər bütün heyvannarın dilini bilirmiş. Gün­nərin bir günü Süleyman peyqumbər yolnan gedirmiş, atnan, atı yüh­ləmişmiş, arvad da atın üsdündədi, bir uşax arvadın qujağın­dadı. Bir də, ayıf olmasın, arvad üzürlüdü. Bular üç elədi, atın özü də boğaz­dı. Maydanın, atın bir dayçası da dalınca gəlir. Dayça kiş­niyir ki, nənə, məni də gözdə. Bı da, yanı nənəsi də kişniyir ki, üç adam belimdə, biri də qarnımda, yüküm də beş. Sən də bekarsan dayna. Bir az tez gəlginən. Peyqumbər bını eşidir, gülür. Axı bıların dilini bilir. Güləndə arvad deyir ki, nəyə güldün? Arvad da bilir ki, əri bıların dilini bilir. Amma əri bına aşmır. Axı bildihlərini aça bilməz da. Deyir ki, nə bilim, güldüm dayna. Deyir ki, yox, açıf demə­sən, səndə oturmuyjam. Düzü, arvadın hökmü bir az zad olur dayna. Kişi yumşalır ki, aça deyə, bir az gedənnən sohra görür ki, bir qoç bir qoyunun dalına düşüf. Qoyun gəlir qabaxkı arxın üsdünnən tullanır. Süleyman peyqumbər görür kü, qoyun qoça tərəf dönüb deyir ki, sən də hopbul gəl. Qoç da deyir ki, yox, sən olmaz­san, o biri qoyun olar. Hopbulum dalı qatda düşüm arxa, belim sınsın? Sən olmazsan, o birsi olar. Paho, Süleyman peyqumbər özü üçün sözü götdü. Arvad genə deyəndə, dedi:

– Sən olmazsan, başqası olar. Nə bı il olsun, nə də gələn il, heç oturma.

Arvad bınnan dilini kəsdi.



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin