Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə172/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   168   169   170   171   172   173   174   175   ...   266
46. ÜZLÜ QONAQ
Qış idi, dağ zonalarında qış aylarında iş olmur. Bununla əla­qə­dar olaraq dağ zonasınnan bir nəfər aran zonasında olan dosdu­nun evinə qonax gəlir. Fikirrəşir ki, yayda bu, taxılını bişdirə­jəhdi, biçinçi axtarajaxdı, elə mən qalım orda, biçim. Sentyabrdan gəlif oturuf taxıl biçinini gözdüyür ey. Belə qonaxdan danış. Gəlir, nəysə.

– Salam-məleyki.

– Əleykimət-salam.

Xoş-beş, filan. Qonaxdı gəlif, qonağa deməh olmaz ki, niyə gəlmisən. Bir ay sərasər qalır burda. Bu gələn günü kişi dəyirman­nan gəlir. Kəli qoşullar arabaya, bir çual həşdat kilo buğda tutardı, unu kişi dəyirmannan gətirir. Deməh, qonax gələn axşamı arabanın dalını verir seyvana, düşürür qoyur taxtın üsdünə.

– Qonax, xoş gəlmisən, beş gəlmisən.

Görüşüllər bunnar. İndi bu həştad kilo nə qədər gedir, on beş gün gedir, bir ay gedir deyə bilmirəm. Bir axşam söhbət eliyillər, söhbət azalmışdı da. Bir söz deyəndə inamsızdıx yaranmışdı, keş­miş­dilər yalana. Ev yiyəsinin qonağa münasibəti bir az soyuxla­mışdı, qonağın da həmçinin. Nəysə, bu minvalnan axşam olur, arvad daxil olur içəri, deyir:

– A kişi, sabah dəyirmana getməh lazımdı ey, unumuz qurtarıf.

Qonax indi iki ay qalıf, üç ay qalıf... Həşdat kilo un qutarıf de­yəndə kişi deyir ki, yaxşı, arvad. Yadına düşür, mən o bir çual unu gətirif düşürəndə bizim qonax gəlif.

Deyir:

– Düşür.

– Nətər oldu bəs, qutardı? – Yəni un qutardı, bizim qonax getmədi. – Hazırra – yəni taxılı xəlbirdən keçir, təmizdə, – səhər aparıf bir çual da üyüdərəm, eybi yoxdu.

Arvad gedir. İndi söhbət eliyillər. Söhbət qutarıf yalan-ger­çəh, danışılanın çoxu inamsızdıxdan irəli gəlir. Ev yiyəsi deyir:

– Qonax, sabah getdiyin o yol hakqı, filan iş filandı.

Sabah getdiyin yol hakqı, yəni çıx get sən də, mənası budu. Qutarannan sora qonax deyir:

– Xozeyin, bax, indi dəyirmana gedəssən ey, səhər.

– Hə.


– Unu yığıf gətirəssən ey, bir çual.

– Hə.


– Bax, onun axır kökəsi hakqı, filan iş filandı.

Yəni onun axır kökəsinətən burdayam. İndi bu əlamətdərə keçiflər. Kişi daa bu qərara gəlif ki, qonax evdən çıxsın, qapını bassın bağlasın ey, içəri buraxmasın. Qonax da duyuf bunu, çıxmır.

Yaz açılıf da, taxıl bitif göyərif, taxıl başdıyıf baş aşmağa. İndi fikirrəşir ki, nağarım qonax çıxsın. Deyir:

– Hə, hopbanax.

Özü qərar verir ki, hopbandırım qonağı, qapının ağzına tərəf hopbansın, qapıdan itəliyim çıxardım çölə. Oturmuşdular. Deyir:

– Qonax.

Deyir:

– Hə.


Dinməzcə oturuflar, söhbət qutarıf. Deyir:

– Qonax, gəlsənə hopbanax?

Deyir:

– Əşi, qonax öy yiyəsinə tabedi. Sən nə deyirsən onu eliyəh, mən nə deyirəm saa.

Deyir ki, qonax, dur, ölçü vahidi qoy, hopbanax. Deyir:

– Vallah, qonax öy yiyəsinin nökəridi, nə desə eləməlidi. Nə deyirsən onu eliyim, amma ölçü vahidini özün qoy.

İndi ev sahibi durur evin ayax tərəfinnən başdıyır addımlaya-addımlaya düz gedif çıxır evin o biri başına, olur altı addım. Deyir:

– Altı addım oldu?

Ordan üç addım sayıf gəlir mərkəzə.

– Üç addım o tərəfə, üç addım da bu tərəfə, ortadımı bura?

Deyir:

– Hə.


Deyir:

– Dur gəl.

Gəlir. Deyir:

– Di hopban.

Qapı tərəfi gösdərir. Deyir:

– Ay ağa, sən nə danışırsan, sən dura-dura mən hopbana-rammı? Ev yiyəsi sənsən, böyüh sənsən, sən hopban.

Bu yazıx da mənim kimi hopbana bilmirmiş heç. Canını dişinə tutur, ayağının ikisini də vuruf yerə hopbanır, qapıdan xeylağ bəri düşür. Ayağını bir addım qabağa atır ki, oranı ölçü təyin eləsin. Amma bərki ayağının üsdünə düşmüşdü. Bir addım qabağa atır ki, mən bura. Ayağı yerə düşən kimi, qabaxkı ayağının üsdünə qalxır. Gənə qapıya tam çatmır, qapıdan bəri düşür. Fikirrəşir ki, qonax bunu ötməh üçün bir az irəli düşər. Qapıya yaxın olar, itəliyif çıxardar. Qonax da belə baxırdı, deyir:

– Sən ora?

Deyir:

– Hə.


Deyir:

– Nolar.

Qonax da ayağını cüt vuruf yerə sıçrıyır evin o başına.

– Yox, yox, yox, olmadı, olmadı, bu tərəfə.

– Ay rəhmətdiyin oğlu, ölçünü sən ölçmədin?

– Mən ölçdüm.

Deyir:

– Bölmədin?

Deyir:

– Böldüm.

– Orta döyül bura? Sən oyza hopbanmısan, mən buyza.

Yaz gəlir, bu deyir ki, ay ağa, gedif biçinçi tutmuyajaxsan? Bu qış mən də sizdə olmuşam da. Nə fərqi, taxılı mən biçərəm. Biçin də bilmir ey, bədbaxt oğlu. Heç taxıl biçməyi də bilmirmiş.

– Taxılı mən biçərəm, amma gedim uşağı da gətirim. – Oğlu varmış dağda. – Gedim götürüm gəlim, ikimiz biçəh da.

Uşağı gətirir ki, bəlkə, uşax bajarır, uşaxdan bir şey örgənsin. Bu da fikirrəşir ki, yaxşı oldu, gedif biçinci axtarmıjam. Bütün qışı çörəyimi yeyif, hakqını da verəjəm, bir də gedif ikinci adam niyə gəzim? Bunun dilini-zadını başa düşürəm. Deyir:

– Nolar, get gətir.

Gedir oğlunu da götürür gəlir. Bayaxdan bir nəfər idi, indi oldu iki.

Bir gün taxıl yetişif, çıxıllar sahəni gəzməyə. Ev yiyəsi sahəni bulara tanıdır. Bu dərə mənimdi, o dərə mənimdi, yerləri gösdərir.

– Biçərsinizmi?

– Əşi, nə var, arı biçən kimi biçəjəyih.

İndi sabah biçinə gedillər. Deyir:

– Xozeyin, bilirsən nə var?

Deyir:


– Nədi?

Deyir:


– Bizə bir balta lazımdı, bir də bir sijim.

Uzun çatıya sijim deyillər, beş metrdən az olmur uzunnuğu. Bu da iş adamıdı, baltanı gətirir, sijimi də, amma bilmir bunu neynir bu. Fikirrəşir ki, yəqin lazımdı, isdiyir da. Gedəyə deyir:

– Götür sijimi də, baltanı da.

Götürüllər, kişi aparır buları.

– Hə, buranı biçin, mən də gedim yeməh tədarükü görüm, gətirim burda yeyin-için.

Kişi gəlir yeməh-zad hazırradır. Gəlir görür bu, kəmənd atır, sijimin ujunu düzəldif bu atır, düşür bir sünbülün boğazına, gedə sünbülün kökünnən bir balta. Bunu görən xozeyin hirsdənir.



– Ə, bu nə biçim taxıl biçməhdi, bu, kəməndlə nə vaxda biçər?

Görür ki, xozeyin gəlir, tez-tez atır:

– Ə, aşağıdan vur!

Yəni aşağıdan vur bir balta, iki balta. Kişi çatır:

– Ə, bir əlizi saxlıyın, nağarırsız?

Deyir:


– Nağarasıyıx, taxıl biçirih da!

– Ə, heylə taxıl biçəllər?

Deyir:

– Oğul, bilirsən nə var? Xozeynin ajığı tutur, sünbülü iki-iki tut, bir-bir gej olur da. Kəməndi elə atginən iki-iki düşsün kəməndə sünbül. Ağanın ajığı tutur.

Ağa görür səni bular biçinçi döyüllər, avara bir şeydilər. Deyir:

– İsdəmirəm sizin biçini.

Kakraz yaz açılıf, buna lazımdı gedif öz təsərrüfatı ilə məşğul ola. Deyir:

– Neynəyəh, ajığın tutur, tutsun da. Bişmə deyirsən, bişmərih.

Helə çıxıf gedillər.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin