Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə173/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   169   170   171   172   173   174   175   176   ...   266
47. MOLLAYNAN KEÇAL
Keçal camaatın malına gedirdi. Bir gün Keçal gətirif malı ça­yın qırağında arxaca qoymuşdu. Arvatdar paltar yuyurdu. Kəntdə qonum-qonşu paltar yuyuf gətirif suya çəkirdilər. Keçal oturuf qırax­dan baxır, arvatdar çırmanıf buratan, dizdən yuxarı. Mollanın arva­dının bədəni Keçalın xoşuna gəlir. İşdəməmiş molla arvadı idi da! Nağarırdı ki? Bədəni dümağ, qəşəh, gözəl. Sabah Keçal get­mədi na­xıra. Malı da, adətən, arvatdar qoşardılar naxıra. İndi arvat­dar gətirif malı qoşanda görüllər Keçal getmir. Keçalın gəlif anasını çağırıllar:

– Keçal hanı, niyə getmir mala?

Deyir:

– Keçal deyir getmiyəjəm mən.



– Aaz, niyə?

Deyir ki, Keçal deyir mollanın arvadı bir öpüş versin, gedim. Mollanın arvadına deyillər:

– Aaz, nə biləjəh molla, bir öpüşdü, ver getsin, qalmışıx malın əlində.

Deyir:


– Aaz, molla məni öldürər, sən nə danışırsan! Verə bilmərəm, bajı.

İki gün, üş gün, beş gün... Keçal mala getmir. Bu arvatdar yığışıllar mollanın arvadının başına.

– Aaz, topuğunnan-zadınnan bir öpüş ver, bu kopoğlu çıxsın getsin mala. Bir yer tap, orda ver, öpsün.

Deyir:


– Yaxşı, deyirsiz, deyirsiz, onun üzü qara olsun. Axşam deyin gəlsin girsin o toyuğun hininə, gedərəm qıçımdan, topuğumdan, bir yerimdən-zadımdan öpsün, təki getsin mala.

Deyir, Keçal gəlifdi erkənnən girif toyux hininə, gizdənif orda, arvadı gözdüyür ki, arvad gəlsin, öpsün. Mollaların hamısı arvadı gürgəliyəndilər, yəni tam sərbəst buraxmıllar. Molla axşam gördü, səni, arvad yaman əl-ayağa düşüf. İndi arvad tələm-tələsih düzəldir mollanın çörəyini, surfasını, çayını-zadını ki, tez getsin Keçalı yola salsın dana. Birdən p..un üsdü açılar, molla gedif toyuğa baxar, nağarar. Mollanın yanına tez surfa salır, çörəh qoyur, çayını gətirir, nə lazımdı qoyur. Molla görür, səni, həmişə bir saata surfa açılmırdı, indi arvad beş dəyqəyə surfa aşdı. Molla görür ki, arvad getdi, düşür arvadın dalınca. Görür arvad toyux hininə tərəf gedir, molla da gedir. Arvad çörüküf görür ki, molla gəlir, daa yaxınnaşa bilmir. Molla çatır:

– Arvad, burda nağarırsan?

Deyir:

– Heş nə, toyuğumuza baxırdım da!

Toyuğa baxıram deyəndə Keçal gizdənə bilmir. Molla baxır, görür Keçal toyuğun içində. Keçal da görür molla gəlir, bir saz xoruz varmış, xoruzu tutur, basır qoltuğuna. Molla gəlir:

– Ə, Keçal, burda nağarırsan?

– A molla, niyə ajığın tutur, xoruzumuz yad gəlif, onu tutuf aparıram.

– Ə, xoruzunuzun qabağında dura bilmirsən? Göt xoruzu da, rədd ol.

Mollaan bir xoruzunu da vuruf qoltuğuna götürüf gəlir.

İki gün belə keçir. İndi deyillər ki, aaz, noldu, sən bir yer tapıf bir öpüş verə bilmədin, bu gedə mala?

Deyir:

– Aaz, öy tikdirmişik istifadəyə verilməyif, indi-indi taxta dö­şətdirmişih, ora girmirih heç. Gəlsin girsin ora, yaxındı, elə bu öy­dən keçim o öyə, bir yerimdən öpsün, cəhənnəm olsun getsin mala.

Keçal gəlir girir öyə, arvad da bilir Keçalın gəldiyini. Tez mollanın çay-çörəyini verif keçir öyə. Arvad keçən kimi molla da bunun dalınca keçir ki, görüm arvad niyə belə eliyir. Keçal görür ki, molla gəlir. Keçal başdıyır öyün bu başınnan addımlamağa:

– Bir, iki, üç – addımlıya-addımlıya gedir o başa, qayıdır gəlir bu başa. Molla baxır, görür Keçal heş dayanmır, elə bir, iki, üç ölçə-ölçə gedir o başa, qayıdır gəlir.

– A Keçal, nağarırsan?

– A molla, ajığın niyə tutur, öy tikdirəjəm, deyirəm görüm neçə metrdi.

– A kopoğlu, gərəh mənim öyümün üsdündə tikdirəsən?

– A molla baba, ajığın niyə tutur, sənin öyünün üsdündə tikdirmə deyirsən, tikdirmərəm.

Gənə baş tutmur. Gənə beş-altı gün keçir, mala gedən yoxdu. Arvadı təmiz əldən salıllar, arvad axırda deyir:

– Aaz, mümkün döyül ey, bu kopoğlu imkan vermir. Gəlsin öyə, girsin yükün dalına. Yükün qabağına da pərdə salardılar ki, yük görsənməsin. Ora sandıx qoyardılar, fərməc qoyardılar, mitil yığardılar, qabağına da pərdə tutardılar ki, bu əlamətdər görükmə­sin. Un çuvalı qoyardılar, hətta yükaltı olardı təxminən 40 santı yerdən hündür, mıxça çalardılar, üsdünə ağac düzərdilər. Gözdüyür burda. Camış da təzə doğuf, balasını gətirif bağlayıfdılar yükün qabağına ki, kəlçə üşüməsin. Arvad girəvə axtarır ki, Keçalı yola salsın. Molla yerinnən durmuyuf hələ. Molla çığırır ki, ağız, peçi tez qala, üşüyürəm, dururam geyinəm.

– Yaxşı, yaxşı.

Qalamır. İndi girəvə axtarır ki, molla yorğanı başına bürüsün, nağarsın, bu, işini görsün. Molla hirsdənif:

– Donuz qızı, sənə demədim peçi qala!

Аrvad odunu gətirif qoymuşdu, amma peçə yığmamışdı hələ. Odunun birini götürür atır arvada. Salva dəyir kəlçənin təpəsinə. Təpəsinə dəyən kimi kəlçə partdıyır. Molla görür, ə, kəlçə ölür, tez pıçağı çıxardıf boğazını kəsir, qoymur mırdar olmağa. Keçal görür, paho, iş uzandı, molla kəlçəni kəsdi, camaat yığışajax bura, ət al­ma­ğa gələjəh, bu, burda nağarsın? Keçal qəşəh durur, teşti götürür, teştin ağzını unnan doldurur çıxır qırağa, durur mollanın böyründə. Molla kəlçəni soyurdu, görür nəsə böyründə ayax var. Başını qaldırıf görür Keçal duruf başının üsdündə, əlində də teşt.

– Ə, Keçal, burda nağarırsan?

Deyir ki, molla baba sağ olsun, gördüm kəlçəni kəsirsən, pulumuz yox idi, un götürüf gəlmişəm ət almağa.

– Ə, mən indicə kəsmişəm. Ə, nə bilirsən kəsmişəm, un götürüf gəlmisən. Sənin unun gözəə girsin, sənə ət-zad satmıram, unuu götür, irədd ol!

– Molla baba, ajığın niyə tutur, satmırsan satma, unumu da götürüf çıxıf gedərəm.

Bir teşt də un burdan götürüf gəlir. Camaat tökülüf, nəhayət, tənbeh eliyif Keçalı göndərir mala.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin