Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR


Ulutürk X. Rza. Uzun sürən gənclik, Bakı, Azərnəşr, 1993, 437 s



Yüklə 0,98 Mb.
səhifə2/9
tarix27.12.2017
ölçüsü0,98 Mb.
#36092
1   2   3   4   5   6   7   8   9

11. Ulutürk X. Rza. Uzun sürən gənclik, Bakı, Azərnəşr, 1993, 437 s.



İnternet:

12.Afşar Alı Yusif, Qurd totemli türklər, ATV.az


https://www.instagram.com/atv.az_official



Elmira MƏMMƏDOVA-KEKEÇ

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Bakı Avrasiya Universiteti; Xəzər Universiteti
ƏHMƏD YƏSƏVİNİN VÜCUDNAMƏ YARADICILIĞINDA

TƏSƏVVÜFİ SİMVOL VƏ QƏLİBLƏR

Xülasə

Əhməd Yəsəvi klassik türk təsəvvüfi şeirin aparıcı nümayəndələrindən biridir. O, “Divani-hikmət” və “Fəqrnamə” əsərlərində insan ömrü ilə bağlı qə­ləmə alınan vücudnamələr təsəvvüfi məzmuna malikdir. Həmin vücudna­mələrdə insanın ruhlar aləmindən yer üzünə enməsi, dünya həyatı və axirətə gedişi tə­səvvüfi məcazlarla verilir. Həmin simvollar dəniz, dərya, bəzmi-ələst, şam, pə­r­vanə, torpaq, merac kimi qəliblərdir.



Açar sözlər: Əhməd Yəsəvi, təsəvvüf, simvol, vücudnamə, “Divani-hikmət”, “Fəqrnamə”.
Elmira Mammadova-Kekech

The Mystical Symbols and Forms in the Vujudnama

Creativity of Ahmet Yesevi

SUMMARY

Ahmet Yasavi is one of the lead representatives of classical Turkic mystic poem. The vujudnamas (the age poetry) has a mystical, content which were written about the human life in the poems of “Divani-hikmat” and “Fagrnama”. The landing of people from the world of spirit, the frail life and going away to the future life were described with the mystical metaphors in these vujudnamas. That symbols were the forms such as sea, bazmi-alast, candle, butterfly, soil, ascension. These symbols were used in the different stages of life.



Key words: Ahmet Yesevi, mysticism, symbol, vujudnama, Divani-hikmet, Fagrnama
Эльмира Маммадова-Кекеч

Мистические символы и формы в творчества Ахмед Ясеви

РЕЗЮМЕ

Ахмед Ясеви является одним из ведущих представителей класси­чeс­ких турецких теософических стихах. Вуджутнамах в "Дивани-хикмет" и "Факрнама" в связи жизни человека имеет теософическое содержание. В этих вуджуднамах описаються человеческий жизнь с суфистскими сим­во­лами, в духовной мире, нашей мире и опять в духовной мире. Эти символы море, базми-элэст, свеча, бабочка, земля, мерадж и др. Эти символы ис­пользуются в связях с различные этапы жизни.



Ключевые слова: Ахмед Ясеви, мистика, символ, вуджуднама, «Дивани-хикмет», «Факрнама»
Giriş: Vücudnamə məzmunca insanın ruhlar aləmindən axirət dünyasına qədər olan ömür yolundan bəhs edən, formaca müxtəliflik göstərən bir janrdır. Türk xalqlarının şifahi xalq ədəbiyyatında vücudnamə qəhrəmanın ömür yolunu təsvir edən bir janr semantikasına malikdirsə, Əhməd Yəsəvi yaradıcılığından başlayaraq, kamil insanın ömrünü səciyyələndirən mənzumə kimi diqqəti cəlb edir. Təbii ki, daha sonrakı mərhələdə də arxitektonika etibarilə folklor qəlibləri üzərində qələmə alınmış vücudnamələr mövcuddur. Lakin təsəvvüfi vücudna­mə­lər həm klassik şeirdə, həm də aşıq şerində məhz Əhməd Yəsəvinin hik­mətlərinin məzmun arxitektonikası üzərində qurulmuşdur. Əhməd Yəsəvi türk xalqları şerində təsəvvüfün qurucusu olduğu kimi, vücudnamə janrının da ilk örnəklərindən birinin yaradıcısıdır. “Ahmed Yesevî’nin tarih içerisinde oluşan ma­nevî portresinin Türklük için yerine getirdiği en büyük hizmet nedir?’ sorusunu sorarak cevabını ayrıntılı olarak irdelediğimizde, Türkler arasında ilk tasavvufî örgütlenmeyi sağlayarak nesiller boyu İslâm’ın özünü kavramış sûfîlerin ve bu sûfîlerin dizi dibinde aldıkları eğitim ile cihadın manevî yönlerini de kavrayan dervîş-gâzilerin, özel tanımı ile “alp-eren”lerin yetiştirilmeleri çı­ğırının başlatıcısı olması öne çıkar. Gerçekten de İslâm ile birkaç kuşaktır ta­nışmış olan Türk yurtlarında tasavvufî boyut kazanarak derinleşmiş bir İslâm algısının, sûfîce yaşanan bir müslümanlık olgusunun mimarı Ahmed Yesevî olmuştur”. (4, s. 15) Əhməd Yəsəvinin qurduğu ilk təriqət türklər arasında tə­səvvüfün yayılmasında böyük rol oynamış, ədəbi, mədəni, tarixi abidələrdə öz izlərini qoymuşdur. Əhməd Yəsəvinin türk xalqları ədəbiyyatına təsiri klassik şeirdə olduğu kimi, aşıq poeziyasında da özünü göstərmişdir. Bildiyimiz kimi, Əhməd Yəsəvinin təsəvvüfi görüşlərinin şeirlə ifadəsi hikmətlər adı altında toplanmış və “Divani-hikmət” adı altında nəşr edilmişdir. Bu şeirlərin Əhməd Yəsəviyə aid olması ilə bağlı müxtəlif tədqiqatçılar fikir bildirmişlər. Öcal Oğuz bu şeirlərdə Əhməd Yəsəvini özünün piri kimi qəbul edən müxtəlif türk xalqlarının da payları olduğunu qeyd edir. (7, s. 14)

Bu məqaləmizdə Əhməd Yəsəvinin Kemal Erarslan tərəfindən hazırlanmış ““Divani-Hikmət”dən seçmələr” (1991) və “Fəqrnamə” (2016) adlı kitablarında verilmiş vücudnamə mətnləri üzərində araşdırma aparmışıq.

“Divani-hikmət”dəki vücudnaməsində Əhməd Yəsəvi türk xalqları poe­ziyasında ilk dəfə təsəvvüfi kontekstdə ruhun seyrini yaşlar üzrə ifadə et­mişdir. Qeyd edək ki, “Divani-hikmət”də 6 ayrı hikmətdə 88 dördlük vasitəsilə vücud­namə yaradılmışdır. Əhməd Yəsəvinin vücudnaməsinin arxitektonikası aşağı­dakı sxem üzrə qurulmuşdur:


Qeyd edək ki, bu struktur sonradan bir çox vücudnamələr üçün arxetip məzmun qəlibi kimi çıxış etmiş, Merac və çiləxana hissələri istisna olmaqla, digər struktur-semantik parçalar həm klassik poeziyada, həm də aşıq şerində örnək mətn mövqeyində olmuşdur.

Əhməd Yəsəvinin “Divani-hikmət” əsəri ilə yanaşı, “Fəqrnamə” adlı əsə­rində də vücudnaməyə rast gəlirik. Ümumiyyətlə, ikinci əsər birincinin sanki qısa xülasəsidir: Fakr-nâme’nin içindeki konular, Hoca Ahmed Yesevî’nin Dî­vân-ı Hikmet isimli Türkçe eseri ve Risâle der Makâmât-ı Erbaîn isimli Farsça eserindeki konular ile büyük benzerlik göstermektedir. (6, s. 6) “Fəqrna­mə”dəki vücudnamənin semantik strukturu isə aşağıdakı şəkildədir:


Həm “Divani-hikmət”dəki, həm də “Fəqrnamə”dəki vücudnamələr təsəv­vüfi məzmuna malikdir və insan ömrünün merac, bəzmi-ələst, dəniz, dərya, dam­la, şam, pərvanə, torpaq, cüzz-küll kimi simvollarla ifadəsidir.




  1. Merac: Qeyd etdiyimiz kimi, Yəsəvi “Divani-hikmət”dəki vücud­na­məsinə Merac hadisəsi ilə başlayır:


Eya dostlar, kulak salıng ayduğumğa,

Ne sebebdin altmış üçde kirdim yirge.

Mirac üzre hak Mustafa ruhum kördi,

Ol sebebdin altmış üçde kirdim yirge (12, s. 58).
Daha sonra kamil insan probleminin də mərkəzində yer alan Merac ha­disəsi mütəsəvvüflərin ruhunun seyrində ən son mərhələdir. Qeyd edək ki, Əhməd Yəsəvinin “Hekayəti-Merac” başlıqlı digər bir hikməti də vücudna­mənin məzmun və forma tələblərinə uyğundur. Mehmet Temizkana görə, bu şeir türk xalqları poeziyasında ilk “Meracnamə”dir. (10, s. 17) Şeirdə Türküstan piri Məhəmməd peyğəmbərin Allahın dərgahına yüksəlməsi və ümməti üçün “yaş diləməsi” təsvir edilir. Bu hikmətin də vücudnamə olması bizdən öncə türkiyəli alim Namiq Açıkgözün diqqətini cəlb etmişdir: “Miraç`ta, Hz. Muhammed`in Allah ile konuşmasını tasvir ederken, 40 ile 90 yaş arasını anlatan bir yaşna­mesi daha vardır. Daha önceki çalışmalarda farkedilmeyen bu yaşnamede, Hz. Muhammed kendisine ilk vahyin geldiği yaş olan 40 yaşında, insanları doğru yola ulaştırmasını ister; Allah da kabul eder. Rahmet Allah`tan, şefkat ise Hz. Muhammed`dendir. Hz. Muhammed, kendisi ve ümmeti için, Allah`tan 50, 60, 70, 80 ve 90 yaş kadar yaş ister ve kulların bu yaşlardaki taat ve ibadetlerinin karşılığında, Allah da kullarını bağışlayacaktır”. (1, s. 22)


  1. Cüzz və küll: Təsəvvüfdə vəhdəti-vücud fəlsəfəsini ifadə etmək üçün istifadə edilən istilahlardan biri də cüzz və küll anlayışıdır. Hissə və tam, bəndə ilə Yaradan münasibətlərini ifadə etmək üçün bildirilən bu termin varlığın dərkində müraciət edilən təsəvvüfi simvoldur.“Cüz kendini küll’e verince, Al­lah’ın zâtı ile zevke dalar ki ayni mirâçtır. Bu da o cüze en büyük nimettir. Çün­kü, bu mertebede o kimse artık iki âlemin hakikatlarını keşf eder, yani milk ve melekût âlemlerindeki sırları bilip kavrar (8, s. 270-dən, 7, s. 9). Vücudnamədə də həmin ontoloji problemin əks olunduğunu görürük:


Cebrâil vahiy getirdi hak Resul'a,

Âyet geldi (indi) zikret diye cüz ve kül'e,

Hızır Baba'm beni saldı işte bu yola,

Ondan sonra derya olup taştım dostlar (6, s. 51).

Burada təsəvvüfdə önəmli məsələlərdən olan cüz-küll münasibətləri anılır. İbn Ərəbinin “Haqq və xalq” anlayışları ilə ifadə etdiyi bu termin zatla onun təzahür şəkilləri olan əşyalar arasındakı münasibəti bildirir. (2, s. 28)




  1. Bəzmi-ələst: Əhməd Yəsəvi kimi mütəsəvvüf bir şairin türk xalqla­rının yazılı ədəbiyyatında vücudnamənin ilk nümunələrindən birinin qələmə alması sonrakı mərhələdə janrın məzmun arxitektonikasında təsəvvüfi çalarların əks olunmasında böyük rol oynadı. Bu cür təsəvvüfi simvollardan biri bəzmi-ələstdir. “Ələst məclisi” mənasını verən bu ifadə Quranın Əraf surəsinin 172-ci ayəsində öz əksini tapır. Əhməd Yəsəvi səkkiz yaşında artıq haqq aşiqi oldu­ğunu, piri-muğan əlindən mey içdiyini və hikmət söyləməyə başladığını vur­ğulayır. Daha sonra məhəbbət dastanlarında buta və ya badə motivi olaraq qar­şımıza çıxan bu motivin də əsası Əhməd Yəsəvi poeziyasından qaynaqlanır:


Elest şarabını pîr-i mugân doyasıya verdi,

İçiverdim miktarımca koyuverdi,

Kul Hâce Ahmed içim dışım yanıverdi,

Tâliplere inci cevher saçtım, dostlar (6, s. 51, ).
Piri-muğandan ilahi eşq badəsini içən aşiq həm ələst bəzminə işarə edir, həm də mürşidlərini xatırlayır. Əhməd Yəsəvinin formalaşdırdığı türk təsəvvüf sistemi daha sonrakı dövrlərdə klassik türk ədəbiyyatının məzmun xüsusiy­yət­lərinin müəyyənləşməsində böyük rol oynayır.


  1. Dəniz: Təsəvvüfdə dəniz xüsusi rəmz kimi istifadə edilən bir sözdür və Allahın təcəllilərini bildirir. “Tasavvufta ise, Allah'ın tecellîlerinin, Rabbanî açılımların, ilâhî hakikatlarm bütün insanlara ma'rifetler şeklinde, sel gibi de­vamlı aktığını belirtmek üzere kullanılır”. (5, s. 29)

“Fəqrnamə”də Əhməd Yəsəvi deyir:



Kudret ile Hak’tan bize buyruk oldu,

Dipsiz deniz içine yalnız düştüm, dostlar.

O denize kadir Rabb'ım buyurdu,

Allah'a hamd olsun, sıhhat ve esenlikle geçtim, dostlar (6, s. 50).
Təsəvvüfi düşüncəyə görə, insan varlığı da bu baxımdan bir təcəllidir. “Dibsiz dəniz” burada ikili semantika daşıyır: 1) Allahdan qopan nurun - ruhun kainatda (dibsiz dənizdə) öz yerini alması; 2) Tanrının buyruğu ilə ruhun ana bətnində (dibsiz dənizdə) öz yerini alması. Dəniz burada real mənasında deyil, “seyri-süluk dənizi” kimi başa düşülməlidir. Allahdan ayrılan ruh səyahətə başlayır. O, ruhlar aləmindən ana bətninə, oradan işıqlı dünyaya enir, sonra isə geriyə dönüş başlanır.

5. Dörd qapı və on məqam: Əhməd Yəsəvi “Fəqrnamə”də təsəvvüfün əsasını dörd qapı (şəriət, təriqət, mərifət, həqiqət) və hər qapının on məqamı ilə əlaqədə izah edir. Dörd qapıdan və on məqamdan keçən dərviş seyri-sülukdə kamillik mərtəbələrini keçməyə çalışır.

“Fəqrnamə”də verilən vücudnamənin ikinci bəndi məhz bu məzmundadır:


Yaşım ilerledi, ömrüm tükendi, göğe uçtum,

Bağrım taştı, aklım şaştı, yere düştüm,

Şeytanî nefis güruhuyla (arzularıyla) çok vuruştum,

Sabır ve rıza makamlarını aştım, dostlar (6, s. 50).
Dərvişliyin ilk şərtlərindən biri öz nəfsi üzərində qələbə çalmaq, sabir olmaqdır. Mənzumənin davamında Yəsəvi dərviş kimi öz nəfsini yenərək, fəqr məqamını qazana bildiyini deyir:
Dokuzumda toz gibi savruldum, tükenmedim,

On yaşımda sağ yanıma dolanmadım,

On birimde kendi nefsimi zabtettim,

Fakr ve rıza makamlarını geçtim, dostlar (6, s. 50).
Fakîrlik mertebesi yüce bir makamdır, herkesin kolayca eline geçmez” (6, s. 50), – söyləyən Yəsəvi dərvişliyin mərtəbələrini sürətlə keçir. Dastan ənənəsində baş qəhrəman erkən yaşlarında böyük hünərlər göstərdiyi kimi, Yəsəvi də dərviş olaraq sürətlə kamillik məqamlarını adlayır. Dərya simvolu Yəsəvi yaradıcılığında mərifət pilləsi ilə əlaqədə verilir. Növbəti bənddə o, mərifət pilləsinə daxil olduğunu bəyan edir:
On üçümde dalgıç olup deryaya daldım,

Mârifetin cevherini sırdan derdim,

Mumunu görüp pervane gibi kendimi vurdum,

Kendimden geçip aklım gitti, şaştım, dostlar (6, s. 51).
Təsəvvüfi ədəbiyyatda qeyd edildiyinə görə, “dərya” kamil insanın seman­tik paralelidir. On üç yaşında ən sonuncu mərhələyə - mərifət qapısına yetişən dərviş onun səciyyəvi əlamətlərini də verir. Çünki təsəvvüfi ədəbiyyatda qeyd edildiyi kimi, mərifət qapısı ağılla deyil, sirlə bağlıdır. “Herkesin normal gün­delik kurallara uyarak yaşadığı islâm'a şeriat; dinde biraz takva cihetine ağırlık verenlerin yaşadığı ve ulaştığı inceliğe tarikat; takva ve verada titizlikle varılan sonuca, hakikat; ve nihayet bu yaşamanın, mânâ açısından kişide ifade ettiği bilgi planındaki sonuca ma'rifet denir ki, meydana gelişi, yaşamakla sıkı sıkıya irtibatlıdır”. (5, s.172)

Şeirdə vəhdət dənizinin sirlərini bilən aşiqin digər iki təsəvvüfi metaforanı – şampərvanə simvolunu da məhz mərifət qapısında yada salması boşuna deyildir. Çünki ilahi eşq yolunda bu qapını açan və günü-gündən yanaşaraq, öz varlığını əridən, Allahla bütünləşən və birləşən aşiq eynilə yanan şamın ətra­fında dolanaraq sonda onunla birlikdə yanan pərvanə kimidir.



Vücudnamənin sonunda Əhməd Yəsəvi yenə də dörd qapını yada salır və bir dərvişin sülukunda kamilləşməsi üçün vacib olan bütün mərhələlərdən keç­diyini bildirir:
Şeriatın bostanında dolaşıp durdum,

Tarikatın gülzarında gezinip durdum,

Hakikatin pazarında uçup durdum,

Mârifetin eşiğini açtım, dostlar (6, s. 51).


  1. Torpaq: Torpaq təsəvvüfdə dərvişin təvazökarlığını bildirən bir mə­cazdır. Həmin şəxs “xaksar” simvolu ilə adlandırılır. “Allah'a vuslat için sülûka giren, ölmeden önce ölen, gönlünde dünyaya yer vermeyen tekke sakinleri, hankahta bulunanlar ve dervişlere haksâr adı verilir”. (5, 99) Yəsəvi on dörd yaşında xaksar bir dərviş olduğunu bildirir:


On dördümde toprak gibi hakîrlik çektim (hakîr görüldüm)

Hû Hû diyip gözyaşımla geceleri (birbirine) kattım,

Bin altınlık kıymetini bire sattım,

Ondan sonra kanat çırpıp uçtum, dostlar. (6, s. 51)
Nəticə: Böyük mütəsəvvüf Əhməd Yəsəvinin yaratdığı bu arxetip qəliblər insanın yaradılışını, vəhdət dünyasında seyrini ifadə edir. Həm “Divani-hik­mət”də, həm də “Fəqrnamə”də verilən vücudnamə mətnləri müəllifin müxtəlif yaş­larının təsəvvüfi məzmun səciyyəsi ilə verilir.
İstifadə edilmiş ədəbiyyat:


  1. Açıkgöz, Namık. Ahmed-i Yesevi`nin Yaşnamesi ve Halk Edebiya­tın­daki Örnekleriyle Mukayesesi. Türk Yurdu Dergisi, cilt 73, sayı 418, Eylül 1993, s. 20-25

  2. Affifi, A.E. Muhyiddin İbnu`l Arabi`nin Tasavvuf Felsefesi. (Çeviren: Mehmet Dağ). Ankara: Ankara Üniversitesi Basımevi, 1975

  3. Aytaç, Pakize. Âşık Veysel’in Şiirlerinde Mistik Unsurlar. Türk Kül­türü ve Hacı Bektaş Velî Araştırma Dergisi, 2003 http://www.hbvdergisi.gazi.edu.tr/index.php/TKHBVD/article/view/578/568-16.08.2016

  4. Bice, Hayati. Pîr-i Türkistan. Hoca Ahmed Yesevî. Ankara, Merkez Repro Ltd. Şti., 2016

  5. Cebecioğlu, Ethem. Tasavvuf Terimleri ve Deyimleri Sözlüğü. http://tasavvufkitapligi.com/i/uploads/429779tasavvuf-terimleri-ve-deyimleri-sozlugu.pdf

  6. Eraslan, Kemal. Yesevî'nin Fakr-nâmesi. İnceleme Araştırma Dizisi, Yayın No: 32, Ankara, 2016, 96 səh

  7. Oğuz Öcal. Ahmed Yesevi: Anlatılan Hayat ve Adına Üretilen Hikmet. Millî Folklor, 2016, Yıl 28, Sayı 112, s. 5-14

  8. Sunar, Cavit; Tasavvuf Felsefesi ve Gerçek Felsefe, Ank., 1974

  9. Taş, Cengaver. Tasavvufta Ruh Kavramı. Atatürk Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Temel İslam Bilimleri Anabilim Dalı. Yayınlanmamış Yük­sek Lisans Tezi, Erzurum 1994,

  10. Temizkan, Mehmet. Ahmed Yesevî'nin Mirâç-nâme'si ve Etkileri Üzerine Bir İnceleme. Türk Dünyası İncelemeleri Dergisi/Journal of Turkish World Studies 16/2 Kış-Winter 2016,s. 9-18

  11. Yardımcı, Mehmet (2002). Başlangıçtan Günümüze Halk Şiiri-Âşık Şiiri-Tekke Şiiri, Ankara: Ürün Yayınları`den. Bekir Şişman. Günümüz Âşık­larında “Rüya Ve Bâde Motifi”. Uluslararası Sosyal Araştırmalar Dergisi The Journal of International Social Research Cilt: 8 Sayı: 41 Volume: 8 Issue: 41 Ara­lık 2015 December 2015 www.sosyalarastirmalar.com ISSN: 1307-9581, s. 316-323

  12. Yesevi, Ahmed-i. Divân-ı Hikmet Seçmeler. (Hazırlayan: Kemal Eraslan), Kültür Bakanlığı yay., II. Baskı, Ankara, 1991


Səbinə İSAYEVA

AMEA Folklor İnstitutu,

Filologiya üzrə fəlsəfə doktoru

isayeva00@rambler.ru
ƏSLİ-KƏRƏM” DASTANINDA TƏSƏVVÜF ELEMENTLƏRİ
Xülasə

Azərbaycan məhəbbət dastanları təsəvvüf elementləri, sufi simvolları ilə kifayət qədər zəngindir. Bu baxımdan, türk dünyasında geniş yayılmış “Əsli-Kə­rəm” dastanını da qeyd etmək olar. İstər dastanın süjetində, istərsə də dastan poe­ziyasında tə­səvvüfdən gəlmə elementlər çoxluq təşkil edir. “Əsli-Kərəm” das­ta­nındakı eşq motivi, haqq aşiqliyi, qəriblik, dünyanın gəlib getmə məkanına bən­zəməsi mo­ti­vi, həmçinin abdal, ərənlər poetik obrazları təsəvvüfdən gəlmə motiv və ob­raz­lardır. Bütün bunlar dastandan verilmiş nümunələr əsasında ətraflı təhlilə cəlb olun­muşdur.



Açar sözlər: “Əsli-Kərəm” dastanı, təsəvvüf elementi, simvol, eşq, haqq aşiqi, motiv, obraz
SUFISM ELEMENTS IN THE EPOS “ASLI AND KARAM”

Summary

Love eposes of Azerbaijan are rich with elements sufism. I would like to men­tion the epos “Asli and Karam” which widespread in the Turkish world. There are many elements that come from sufism in the plot of epos and in epos creative, too. These motifs and images of epos are coming from sufism: love motif, a lover of truth, being a stranger, motive temporary world, bravery and other poetic images. All these changelles are analyzed in detail on examples given from epos.



Key words: "Asli and Karam" epos, mystical element, characters, love, a lover of truth, motive, character
СУФИЙСКИЕ ЭЛЕМЕНТЫ В ДАСТАНЕ «АСЛИ-КЕРЕМ»

Резюме

Азербайджанские любовные дастаны достаточно бо­га­ты су­фийс­ки­ми эле­мен­та­ми и символами. В этом отношении можно также отметить и дас­тан “Асли-Ке­рем”, широко распространенный в тюркс­ком мире. Су­фийские эле­мен­ты занимают большое место как в сюжете, так и в поэ­ти­чес­кой структуре дастана. Мотив любви, ашыга, влюбленного в Истину, чуж­би­ны, бренности мира, также поэтические образы абдала-дер­ви­ша и су­фиев яв­ля­ются мо­ти­ва­ми и образами суфийского проис­хож­де­ния. Все это прив­лечено к всес­то­рон­нему анализу на основе об­разцов данных из дас­та­на.



Ключевые слова: дастан “Асли-Керем”, суфийский элемент, сим­вол, любовь, ашыг, влюбленный в Истину, мотив, образ
Azərbaycan məhəbbət dastanları təsəvvufi-irfani çalarlar ilə kifayət qədər zən­gindir. Məhəbbət dastanlarının əsasını təşkil edən təsəvvüf elementlərinin araş­dı­rılması dastanların təsəvvüfi-irfani semantikasının öyrənilməsində başlıca həl­qə­lərdən birini təşkil edir. Məhəbbət dastanlarından türk dünyasında geniş ya­yılmış “Əsli-Kərəm” dastanı təsəvvüf elementlərinin, sufi rəmzlərinin çox­lu­ğu ilə diqqəti cəlb edir.

Eşq möv­zu­su “Əsli-Kərəm” das­ta­nının mayasını, ru­hu­nu təş­kil edir. Mə­həbbət dastanlarında hüsn və eşq anla­yış­la­rı bir-birini tamamlayıb vəhdət təşkil edir. Belə ki, təsəvvüfdə xüsusi ter­min olan bu anlayışlar mə­həb­bət das­tan­la­rın­da özünəməxsus sufi məzmuna ma­lik­dir. “Təsəvvüfi traktatlarda hüsnün 2 əsas növü göstərilir: 1.Tanrı hüsnü, onun öz camalının gözəllikləri; 2.Tanrının ya­rat­dığı bəşəri gözəlliklər, yəni maddi hüsn” (14, 70). Əsl eşq kamil insanın İla­hiyə olan eşqidir. Aşiq bütün gö­zəlliklərə Tan­rı­nın hüs­nünün inikası kimi baxır, Allahı sevdiyi üçün onun ya­rat­dıqlarını da se­vir. Das­tanda Kərəm də Əslinin hüsnünü, gözəlliyini yüksək sənət­kar­lıq­la vəsf etmişdir:


Sallana-sallana çıxdı qarşıma,

Boyu sərv, yanaqları al Əsli!

Huridə, mələkdə tayı tapılmaz,

Dili şəkər, dodaqları bal Əsli! (2, 98)


Burada Əslinin hüsnünü tərif edən aşıq onun gözəlliyini huri, mələk kimi di­ni-mifoloji obrazlarla müqayisə etmiş, insana məxsus real gözəllik gerçəkliklə xə­yalın müqayisəsi əsnasında müqəddəs dəyər kəsb etmişdir.
Ay həzarat, bilin, Əsli xanımın,

Üzündə xalları nazınan gəlir.

Bir xalı əlifdi, bir xalı beydi,

Bir xalı dəftərə yazınan gəlir (2, 154).


Burada sevgilinin xalları əlifə, beyə bənzədilməklə əslində Tanrının gözə­lin si­masında təcəlla et­məsi fikri öz ək­sini tapmışdır. Orta əsrlərdə Tanrının insanda təcəlla etməsi ideyası geniş ya­yıl­mışdır. Bu da yuxarıda nü­munə ver­diyimiz şeir örnəklərində öz təsdiqini tap­mışdır.

Allahın varlığı və gözəlliyi ya­rat­dıq­larında təcəssüm eləyir. Təsəvvüf dün­yagörüşünə görə, dünyadakı gö­zəl­likləri sev­mək­lə öz mənəvi aləmini, iç dün­yasını, ruhunu cilalamaq insanı əzəli və əbədi eşqə, yəni Allahla bü­töv­ləş­məyə yönəldir. Bu baxımdan “Əsli-Kərəm” dastanının qəhrəmanı Kərəm də Hüsnü-mütləq Tanrını və onun yaratdığı gözəli sevir.

“Əsli-Kərəm” dastanında əsl aşiq obrazı və eşq mövzusu əsas yer tutur. Dastan qəhrəmanı öz sevgisi yolunda hər şeyin­dən, hətta canından belə keç­mə­yə ha­zır olan kamil aşiqdir. Aşiqin məhəbbəti əslində Haqqa olan məhəbbətdir, Haq­qa, Tanrıya aşiqlikdir. “Tə­­səvvüfdəki mənası hə­qi­qi sev­gili Allaha olan hə­qi­qi eşqdir. Tə­səvvüfə görə, eşq məcazi (keçici) və hə­qiqi (əbədi, ilahi) ol­maq­la iki­dir. Həqiqi, yəni əbədi eşq Allah eşqini, Allaha in­san sevgisini əks et­di­rən eşq­dir. Məcazi eşq isə… Allahın yaratdığı bütün var­lıqlara duyulan eşq­dir, mə­həb­bətdir” (7, 117). Mə­həb­bət das­tan­la­rında da həqiqi, İlahi eşq başlıca möv­zudur və əs­lində sev­gi­linin si­masında Alla­ha olan mə­həb­bət­­ qabardılır. Bu baxımdan “Tanrının eşqlə qav­ra­nıl­ması fikri su­fizmdə baş­lıca mə­sələdir” (12, 80). “Təsəvvüfdə mə­ca­zi və İlahi məhəbbət var. Mə­cazi məhəbbət qadınadır. İlahi məhəbbət isə bu qa­dında təcəlla etmiş mütləq başlanğıca – İla­hi­nin özü­nə­dir. Məhəbbət dastanlarının baş qəhrəmanları haqq, yəni Allah aşi­qi­dir­lər” (6, 102). Tə­səv­­vüfdə eş­qin in­sanın mənəvi alə­minə təsiri, aşiqdə ya­rat­dığı ru­hi-psi­xo­loji və­ziy­yət özü­nü ay­dın şə­kil­də gös­tərir. “Əsli-Kə­rəm”də yüksək sənət­kar­lıq­la işlənmiş eşq parçaları, aşiqanə qoşmalar, gəraylılar sevgi hisslərinin hə­ya­ti­li­yi­ni təsdiq edir. Kərəm eşqi yolunda hər şeydən keç­mə­yə hazırdır. O, eşq yolunun əbədi yolçusu olduğunu şeirlərində dönə-dönə qeyd edir:
Mən yolçuyam, yollar keçib gedirəm,

Eşqin qatarını çəkib gedirəm,

Yanıqlıyam, su ver, içib gedirəm,

Bir cam verin, içim, dol sizin olsun! (2, 90)


Kərəm sevgisi yolunda eşqin odunda da yanmağa hazırdır, çünki sev­gi­li­yə, əslində İlahiyə qovuşmağın tək yolu ölümdən keçir.
Eşqə uyub əsil-nəsibi danmışam,

Seyrağıbın hiyləsini qanmışam.

Mən Kərəməm, eşq oduna yanmışam,

Cəhənnəmə girsək, nar bizə neylər?! (2, 150)


Nümunədən də görünür ki, sevən aşiq eşqi yolunda hər şeyindən – ad-sa­nından, var-dövlətindən keçmiş, sevgilisinin vüsalına qo­vuş­maq üçün eşqin oduna yanmış, hətta bu yolda cəhənnəm atəşindən belə qorxmamışdır.

Digər məhəbbət dastanlarında olduğu kimi “Əsli-Kərəm” dastanında da diqqəti cəlb edən məsələlərdən biri haqq aşiqliyidir. Haqq aşiqliyi hər adama verilə bilməz. Haqq aşiqi ancaq İlahi tərəfindən seçilmiş, bu mərtəbəyə layiq görülmüş kəslərdir ki, Kərəm də belə haqq aşiqlərindəndir. “Aşıqda məhəbbət cismani eşqdən mənəvi ruhani eşq dərəcəsinə qədər yüksəlir. Bu yüksəlişin özündə Haqqa, haqq aşığına çevrilmə və bu istiqamətə meyillənmə əlamətləri var” (1, 15). Əslində Kərəm sev­gilidə təcəlla edən Haqqa aşiq olub və haqq aşi­qi kimi İlahi eşq yolunda yan­ma­ğı arzulayır:


Kaş ki, Kərəm muradına irəydi,

Qismət olub yarın üzün görəydi,

Qadir mövlam mənə üç dərd verəydi,

Biri alış, biri tutuş, biri yan (3, 58).


“Vergi alıb buta arxasınca gedən haqq aşiqinin gözəl qızlarla rastlaşması və hər dəfə də bu dünya gözəllərinin eşqindən imtina etməsi, əslində könlünü İlahi eşqə verən müridin keçid mərhələsi, fani gözəlliyə uymaması, bəşəri mə­həbbətdən İlahi eşqi üstün tutmasıdır. Aşiq artıq Hüsnü-Mütləqə vurulduğundan bə­şəri gözəlliyi qəbul edə bilmir” (4, 354). Folklorşünas F.Bayat bu xüsusda fi­kir­lərini “Əsli-Kərəm” dastanı üzərində davam etdirərək yazır: “Kərəmin məq­sədi Əsliyə cixmani qovuşmaq deyil, Əslini xəlq edənə qarşı İlahi eşqdir. Kə­rə­mi özünə çəkən Əslinin fani gözəlliyi deyil, bu gözəlliyin arxasında mövcud olan Hüsnü-Mütləqdir” (5, 305). Artıq vergi verildikdən sonra haqq aşiqi mər­hələsinə çatan Kərəm dər­dini sazla deyir. Təsadüfi deyil ki, haqq aşiqi mər­tə­bə­si­nə yüksələn qəhrəman eyni zamanda şairlik və aşıqlıq qabiliyyəti də qazanır. “...İzin ver, dərdimi sazla deyim, dil­nən desəm, dilim alışıb ya­nar” – deyən haqq aşığı Kərəmin fikirlərini sazla bil­dirməsi təbiidir.

Məhəbbət dastanlarında buta verən, qəhrəmanı dardan qurtaran mü­qəd­dəslər də vardır. “Eşq dastanlarında aşiqləri dardan qurtaran Hz.Əli, yaxud onun dastan variantı olan Xızırdır” (4, 359). Kərəmlə Sofini də dardan qurtaranın bir­başa adı çəkilməsə də Xızır olduğu başa düşülür. “...bir nurani kişi zahir olub dedi:



  • Qəm eləmə, Kərəm, darda qalmazsınız. Yumun gözünüzü.

Kərəmlə Sofi gözlərini yumdular. Nə qədər keçdi bilmirəm, bir də nurani kişi dedi:

  • Açın gözlərinizi!

Kərəmgil gözlərini açıb gördülər ki, səfalı yerdədilər. Nurani kişi-zad yoxdu. Amma yer nə yer... Elədi ki, gül gülü çağırır, bülbül bülbülü” (2, 128). “Qərib aşiqə muradına çatmaq yolunda Tanrı tərəfindən qeyri-adi yardım gös­tə­rilməsi də bu səfərin təriqət dünyası ilə bağlandığını təsdiqləyir (13, 131).

Təsəvvüfdə əsas mövzulardan biri də qəribliklə bağlıdır. “Qəriblik möv­zusu təsəvvüf ədəbiyyatında daha çox canın bu fani dünyada qonaq olması ide­yasına əsaslanır” (11). Tədqiqatçı F.Bayat bu xüsusda yazır ki, verginin ilk ele­menti ayrılıq və bu ayrılığın yaratdığı qəriblikdir ki, sufi dünyagörüşündən kə­narda izah edilə bilməz (4, 357). Qürbət mövzusu “Əsli-Kərəm” dastanından da qır­mı­zı xətlə keçir.

Qəm, qəzavət bu gün başa verildi,

Ağla, ana, ayrılığın günüdü!

Bizə qismət qərib ellər yazıldı,

Ağla, ana, ayrılığın günüdü! (2, 88)


Nümunədən göründüyü kimi Kərəm el-obasından, vətənindən, əziz­lə­rin­dən ayrı qaldığı, qürbət həyatı yaşadığı üçün əziyyət çəkir.

Dastanda Kərəmin dünyanı gəlib-getmə məkanına bənzətməsi də diqqəti cəlb edir. “Aşıq ədəbiyyatında haqq aşığının bu dünyanı gəlib-getmə məkanına bənzətməsi də təsəvvüfdən gəlmə motivdir” (8, 41).


Gecə-gündüz zarı-zarı ağlaram,

Məni vətənimə göndər, ya Rəbbi!

Bu dünyaya gələn getmək üçündü,

Buradan qulunu qurtar, ya Rəbbi! (2, 117)


Əslində yaşadığımız dünya fani, axirət isə əbə­di­dir. Kərəm də qürbətdən qurtarmaq, vətəninə, elinə-obasına dönmək ar­zu­sunda olduğunu və bu dünyanın insan üçün müvəqqəti bir məkan ol­du­ğunu yüksək sə­nətkarlıqla nəzmə çək­miş­dir.

Dastan şeirlərində diqqəti cəlb edən motivlərdən biri də təcridlə bağlıdır. Be­lə ki, özünü hər şeydən, dünya nemətlərindən, maldan, var-dövlətdən təcrid edən qəhrəman yalnız sevgilisini arzulayır. Əslində sufizmin də əsas qayəsi Haq­qa ta­pınmaq, Haqqa qovuşmaq, Allah yolunu tutmaq və bu yolda var-döv­lət­dən, dün­ya nemətlərindən imtinadır. Kərəm də əslində maddi ne­mət­lər­dən, dünya ma­lından üz çevirib sevgilisinə yox, Tanrısına qovuşmağı ar­zu­layır, Haqq yo­lu­nu tu­tur.


Tək bircə yarımı mənə versələr,

Bu fani dünyada malı neylərəm?

Bir imdad olursa, Mövladan olsun,

Qeyrinin verdiyi malı neylərəm? (2, 111)


Sevən qəhrəman dünya malından imtina ilə bərabər, hər bir köməyin, yar­dımın Tanrıdan, Haq­qdan gəlməsini arzulayır. Burada həm də insanlara dün­ya­nın gözqamaşdıran ne­mət­lərinə uymamağa bir çağırış da vardır.

Təsəvvüfdə geniş işlənən simvollardan biri də abdal obrazıdır. Bu obraza bəzən başqa folklor janrlarında – lətifə, qaravəlli, nağıl və s. rast gəlirik. Lakin maraqlıdır ki, nağıllarımızın ancaq pişrov hissəsində adı çəkilir. Tədqiqatçı X.Hümmətova abdal ob­razının xalq ədəbi ənə­nəsində və təsəvvüf şeirində ye­ri­ni araşdıraraq bu haqda yazır: “Kökləri şifahi xalq ədəbiyyatına gedib çıxan ab­dal tipi bütün dövrlərdə olmuş, xalqla əlaqəli şəkildə onun problemlərinin iş­ti­rakçısı və çarəçisi rolunda çıxış et­mişdir” (9, 39). Əlavə olaraq deyə bilərik ki, bu poetik obraza məhəbbət das­tan­la­rında, o cümlədən “Əsli-Kərəm”də də rast gəlirik:


Dərdli Kərəm deyər: dünya fanidi,

Neçələrin elər abdal, yürüdü.

Kimsə bilməz nə zamandan bəridi,

Heç hesaba gəlməz yaşı dünyanın (2, 87).


Burada fani dünyaya müraciət edən Kərəm neçə-neçə insanın abdal olub, bu yolu tutduqlarını nəzmə çəkmişdir.

Təsəvvüfdə xüsusi elemenlərdən biri də ərənlər poetik obrazıdır. Bu poe­tik obraz, demək olar ki, əksər dastanlarda işlənmişdir. Ərən “türk das­tan­la­rın­dakı ər, ərən tipi” (7, 130) anlamındadır. Ərənin mənalarından biri də “Tanrı dostu, öv­liya, ermiş” (7, 130) mənasındadır. Kərəm də ərənlərin, öv­li­ya­la­rın, Tanrının se­vimli və seçilmiş bən­də­lə­ri­nin əlindən eşq badəsini iç­məklə Tan­rı sevdasına düş­müş, Haqq yolunu tut­muş­ və bu yolun əbədi yolçusu olmuşdur.


Ərənlər qoyduğu yolları seçdim,

Dolduruban eşqin badəsin içdim,

Bir belə sevdaçın sərimnən keçdim,

Ləl, gövhər olsun daşı dünyanın! (2, 87)


Ərənlər həm də Haqqa yetişmək üçün yol göstərənlərdir. Kərəm də məhz onların dediklərinə əməl etməklə, gös­tər­dik­ləri yolla getməklə, bu dünyanı fani bilib, onun keçici ləzzətlərinə aldanmayıb Haqqa qovuşanlardandır.

Təsəvvüfdə arif “bilən, anlayan, vaqif olan, aşina olan, anlayışı mü­kəm­məl dərk edən, ürfan sahibi, Allahı bilən, mərifət məqamına çatmış sufi” (7, 37) mənasındadır. Həqiqət elminin tərəfdarlarına arif deyilirdi. “Əsli-Kərəm” das­tan­ında da bu poetik obrazla qar­şılaşırıq:


Arif olan eşidəsən, biləsən,

Qəmli hicranların adasıyam mən!

Hər yerimdə dürlü-dürlü yara var,

Sağalmaz dərdlərin binasıyam mən! (2, 88)


Kərəm dərd-qəm, zillət içində olduğunu, zamanın ona sağalmaz yaralar vur­duğunu poetik dillə nəzmə çəkmişdir. Və bununla da Kərəm əslində arif olan kəs­­lərə müraciət edir, başa düşür ki, onu ariflərdən başqa çətin kimsə ba­şa dü­şüb anlasın.

Sufizmə görə dörd mərhələdən keçən aşiq sonda həqiqətə çat­maq üçün elm öyrənməli, bilik əldə et­məli­dir. “Əsli-Kərəm” dastanında bu məqamlara da to­xu­nul­muşdur:


Keşişin etdiyi belə də qalmaz,

İki məhbub qəlbin o saya salmaz,

Bu dünya üzündə üç şey zay olmaz,

Bir yaxşılıq, biri elm, biri nan (2, 116).


Kərəm də haqlı olaraq bir çox başqa məsələlərlə birlikdə elm öy­rən­məyin vacibliyini vurğulamış, faydalı elmin heç zaman itmədiyini, hər za­man insana gərək olduğunu göstərmişdir.

“Əsli-Kərəm” dastanında diqqəti cəlb edən məqamlardan biri də Sofinin, Kərəmin adları ilə bağlıdır. “Haqq aşiqlərinin, onların köməkçilərinin adlarında da təsəvvüf qatı güclü qorunmuşdur (5, 313). Kərəm adının özü də tə­səvvüfdə xüsusi məna daşıyan sözdür. “Kəramə (cəmi kəramət) – müsəlman müqəddəsi (vəli) tərəfindən edilən fövqəladə hərəkət. Kəramə sözü – “səxavətli, geniş­ürək­li ol­maq” mənasındadır” (10, 131). Sofi adina gəldikdə isə “sözün əsli “su­fi”dir (7, 271). Lakin fikrimizcə fonetik də­yi­şik­liyə uğrayaraq sofi şəklinə düş­müş­dür. “So­fi tə­səvvüflə məşğul olan adam de­məkdir, həm də zahid mənasını ifa­də edir” (7, 271). Sofinin dastanda tutduğu möv­qe­yi və sonda sev­gi­lilərin qəbri üs­tün­də za­hidlik etməsi onun əslində, dünyanın zövq-səfasından əl çəkib bu yo­lu tut­du­ğunu aydın göstərir.

Beləliklə, «Əsli-Kərəm» dastanı xal­qı­mı­zın sevgi, mə­həbbət salnaməsi olduğu kimi, eyni zamanda das­tanda təsəvvüf ele­ment­lə­ri, sufi simvollar da çox iş­lən­miş­dir. Dastanda geniş şəkildə özünü göstərən eşq motivi, haqq aşiq­li­yi, dünyanın gəlib getmə məkanına bənzəməsi, abdal, ərənlər poetik obrazları tə­səvvüfdən gəlmə motiv və obrazlardır. Bu da əski türk düşüncəsi ilə islami-tə­səvvüfi gö­rüş­lə­rin sintezi ki­mi özünü göstərir.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin