Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan şİfahi xalq əDƏBİyyatina daiR



Yüklə 0,98 Mb.
səhifə7/9
tarix27.12.2017
ölçüsü0,98 Mb.
#36092
1   2   3   4   5   6   7   8   9

ƏDƏBİYYAT SİYAHISI:


  1. Azərbaycan dastanları V cilddə. - B.: Lider, 2005

  2. Azərbaycan nağılları. 5 Cilddə.- B.; 1960-1964.

  3. Azərbaycan xalq dastanları. Toplayanı və tərtib edəni Ə.Axundov.- B.:Yazıçı, 1983.-251s.

  4. Babayeva X. Azərbaycan folklorunda Xizir Nəbilyas) obrazi (türk folkloru kontekstində).- B.: Çaşıoğlu, 2013.- 174 s.

  5. Qurani-Kərim: Tərcümə Z.Bünyadov, V.Məmmədəliyev. - B.: Azərnəşr, 1992. - 711s.

  6. Nəbiyev A. Mənəvi sərvət xəzinəsindən//Azərbaycan xalq dastanları. Toplayanı və tərtib edəni Ə.Axundov.- B.:Yazıçı, 1983.-5-12s.

  7. Seyidov M. Qam şaman və onun qaynaqlarına ümumi baxış. - B.: Gənclik, 1994. – 232s.

  8. Təhmasib M. İlk söz // Azərbaycan məhəbbət dastanları. – B.: Elm, 1979.- s.3-22.

  9. Təhmasib M. Qasımlı M. Dastanlar //Azərbaycan dastanları V cilddə. C.1.-B.: Lider, 2005.- s.4-34

  10. Dəniz Qaraqurd. Türk Əfsanə Sözlüyü.- Türkiyə, 2011.- 250 s.

  11. KARA-DÜZGÜN Ülkü. Türk Destan Kahramanı ve Başkurt Destanlarının Tipolojisi. Konya: Kömen Yayınları, 2014.- 670s.

  12. Литература древнего Востока.- Изд-во МГУ, 1962.

  13. Образцы народной литературы якутов. Собранные И.А.Худя­ковым.- Часть 1. П.изд. Рос. Акад. Науки. 1918. - 258с.

  14. Сеидов М. Хызыр – продукт Тюркского мифоло­­гичес­­кого мыш­ле­ния //Аз ССР ЕА Хябярляри.-1980. - № 4. – с.10-37.


Səbuhi BƏDƏLOV

AMEA, Folklor İnstitutunun elmi işçisi
MUSİQİ VƏ POEZİYA
XÜLASƏ

Məqalədə istər şərq və istərsə də Qərbin poeziyasının musiqi ilə qırılmaz vəhdəti və əlaqəsi konkret poetik nümunələrlə əyaniləşdirilir və bu nümunələr elmi analiz süzgəcindən keçirilir. Məqalədə eyni zamanda, klassik poeziya nü­munələrinin fəlsəfi və estetik aspektləri göstərilir. Müəllif bu klassik ənənələrin əbədi olduğunu və dövrümüzə qədər gəlib çatmasını xüsusi poetik faktlarla sübut edir.



Açar sözlər: Musiqi, poeziya, klassik estetika, klassik nəzəri fikirlər, mu­ğam və poeziya, sufizm, panteizm.
SUMMARY

This article analyzes with concrete facts firm unity of poetries and music both in the antique and Oriental literature, philosophical roots and main aesthetic aspects up to the present times. The author points out eternal traditions of these relations.



Key words: mucis, poetries, classical aesthetic, theoretical ideas, mysticism, pantheism
РЕЗЮМЕ

В статье конкретными фактами подвергаются анализу крепкое единство поэзии и музыки как в античной, так и в Восточной литературе, философские корни и главные эстетические аспекты их. Автор указывает на вечные традиции этих связей и до современного дня.



Ключевые слова: Музыка, поэзия, классическая эстетика, класси­ческие теоретические идеи, суфизм, пантеизм
Musiqi ilə poeziyanın üzvi vəhdəti antik estetikanın da ən mühüm və ardıcıl mövzu və problemlərindən olmuş, bunlar Şərqdə olduğu kimi həmişə ayrılmaz anlayışlar kimi tədqiq edilmişdir. Antik dövrdə musiqi və nəğmə hətta xüsusi kultla da bağlı olmuşdur. Bir vaxt Yunanıstanda musiqi ayrıca funksiya daşımış, ekspresiv incəsənətin əsas tərkib hissəsi olmaqla, hətta özünün din və kultla bağlılığını da uzun zaman mühafizə etmişdir. Musiqinin müxtəlif formaları müxtəlif allahların kultundan yaranmışdır: Apollonun şərəfinə pean deyilən musiqi, Dionisin şərəfinə isə xorla ifa olunan difiramblar xüsusi məna və funksiya kəsb edirdi. Musiqi antik dövrdə misteriyaların (dini tamaşaların) tərkib hissəsinə çevrilmişdi. Belə musiqinin yaradıcısı əfsanəvi Orfey hesab edilirdi.

Musiqinin dinlə bağlılığı uzun zaman davam etmiş, musiqi allahların in­sanlara verdiyi qiyməti bəxşiş hesab edilmişdir. Hətta musiqiyə xüsusi magik qüvvə də istinad edirdilər. İnsanlarda belə bir inam yaranmışdı ki, qarğış və lənətlər insanın azad hərəkətlərinə mane olanda musiqi insanı bu ağrılardan xilas edir» (1, 16).

Musiqinin insan qəlbinə, ruhuna, psixologiyasına təsirini yalnız dini təsəv­vürlərlə məhdudlaşdırmaq düzgün olmazdı. Bu məsələni qədim insanların tə­biətlə güclü təması, ünsiyyəti və canlı praktikası ilə də izah etmək bir qədər də obyektiv olardı: təbiətdəki fiziki hadisələr, dağlara, qayalara, dərələrə külək­lə­rin, yağışın, leysanların, şimşəklərin güclü təması nəticəsində yarandığı səslər insanlar tərəfindən yalnız qorxulu hadisələr kimi qəbul edilməmiş, həm də insanlar bu səsləri məhrəm könülaçan musiqi səsləri kimi qəbul etmiş, daha sonralar şüurlu imitasiya (təqlid) nəticəsində bu səsləri çıxara bilən alətlər icad etmiş, bunları öz həyatlarının, xüsusən mənəvi həyatlarının ayrılmaz tərkib hissəsi hesab etmişlər və bu ənənə onları əsrlər boyu müşayiət etmişdir.

Antik dövrdən başlayaraq istər yunanlarda, istərsə də Şərqdə musiqi poe­ziya ilə möhkəm vəhdətdə olmuşdur. Muğamların lirika ilə güclü vəhdəti, xü­susən klassik qəzəl janrı ilə bütünlüklə bağlılığı indinin özündə də həmişə mü­şahidə edilən faktdır. Qəzəl və onun rəngarəng bəhrləri dəvənin müxtəlif tonlu yeriş, ritmləri ilə bağlı olması çoxumuza məlumdur.

Ümumiyyətlə, musiqinin təsiri ilə poetik duyğuların yaranması psixoloji faktlardır.

Yunanların ilk musiqisi möhkəm şəkildə poeziya ilə bağlı olmuşdur. Mə­sələn, Difiramb həm poeziya, həm də musiqi ilə bağlı olub və indinin özündə də belədir. Antik dövrün şairlərindən Arxilox və Simonid eyni dərəcədə həm mu­siqiçi, həm də şair olmuşlar. Esxilin faciələrində də biz musiqi ilə nəğmənin (şeirin) güclü bağlılığını açıq-aydın müşahidə edirik. Musiqinin nəğmədən, şeirdən ayrılması çox sonrakı dövrlərin hadisəsidir.

Qədim yunanlarda poeziyanın peyğəmbərlərlə, ilahi varlıqlarla qohumlu­ğuna çox inanırdılar. Məsələn, onlar heykəltəraşları sənətkarlığa aid edirdilərsə və belə güman edirdilərsə ki, memarlar öz sənətlərini adi, təbii praktika nə­ti­cəsində, yəni zəhmət nəticəsində öyrənmişlərsə, yaxud bu sənəti öz əcdad­la­rından miras kimi qəbul etmişlərsə, şairlərin istedadını tamam başqa bir faktorla, ilahi səbəblərlə izah etmək lazımdır. Poeziya ilahi ilhamın bəhrəsidir. Poeziya Allahın müdaxiləsi ilə yaranır, o, ürəkləri idarə edir, qəlbləri ehtizaza gətirir. Yu­nanların inamına görə, bütün sənətləri müəllimdən öyrənmək olar, amma şairliyi yox (1, 31).

Antik sofistlərin fikrincə, şairlər öz şeirlərini həqiqət naminə yazmırlar, onlar insanların zövqünü oxşamaq üçün yazırlar və onlar sözlərini belə bir inam­la təsdiq etmək istəyirdilər ki, gözəl o şeydir ki, ona baxmaq və onu eşitmək xoşdur, insan ruhunu oxşayır. Sofistlər poeziyada sözün estetikasına xüsusi diqqət yetirirdilər və belə deyirdilər ki, s.özün ritm harmoniyası və daxili mənası xüsusi gözəlliyə malik olmalıdır. Platon isə öz idealist konsepsiyasına sadiq qa­ralaraq, ən yüksək gözəlliyi poeziya ilə yox kosmosla bağlayırdı.

Platonun fikrincə, iki cür poeziya var: birincisi «Maniya» poeziyası, di­va­nəlik dərəcəsinə çatmış poeziya, ikincisi isə texniki poeziya; xüsusi şeir qa­nunları, texnikası ilə yaranmış şeirlər. Onu da deyək ki, dahi Füzulidə bu yaradıcılıq ehtirasının hər ikisi vardır. Aristotelin fikrincə, sənətkar gerçəkliyi təqlid edərkən, onu tam olduğu kimi yox, onu olduğundan daha gözəl göstərmək lazımdır. Şair gerçəkliyi daha təsirli təsvir etməli, daha dərinliyə getməlidir.

Ellinizm dövründəki stoiklər məktəbinin nümayəndələri isə belə hesab edirdilər ki, poeziyada məna zənginliyi, müdriklik olmalıdır və bu poetik məna və məzmun estetik cəhətdən bizi qane etməlidir.

Şərq musiqisinin, o cümlədən muğamların Qərb ənənələrindən fərqini bi­zim gözəl musiqi nəzəriyyəçimiz Ramiz Zöhrabov çox aydın və dürüst şəkildə belə izah edir: «Musiqidə professionallıq dedikdə Avropa ənənələri və norma­la­rı­na əsaslanan bəstəkar yaradıcılığı nəzərdə tutulur. Lakin bununla yanaşı şərq pro­fessional musiqisi də geniş təşəkkül tapmışıdır. Professional bəstəkar yara­dı­cı­lığından fərqli olaraq Şərq professionallığı şifahi ənənəyə əsaslanır. Bu cəhət onu Avropa bəstəkar yaradıcılığından olan janr və formalardan fərqləndirir» (2, 8).

Doğrudur, Şərqdə musiqi notunun böyük yaradıcıları olan Səfiəddin Ur­məvi və Əbdülqadir Marağının unutmamaqla yanaşı, belə bir heyrətamiz fakt da bizim qəlbimizi qürurla doldurur ki, tarixən musiqi sahəsində şifahi ənənələ­rimiz daha güclü olubdur.

Onu da qeyd edək ki, Ramiz Zöhrabovun qeyd etdiyi kimi, muğamat (mə­qamat) əvvəlcə ədəbi janr kimi meydana çıxmışdır. O, kiçik hekayə və rəva­yətlərdən ibarət idi. Muğamatın (məqamatın) ilk klassik nümunələrini ərəb ədibi əl-Hərari yaratmışdır. Bu janr yaxın şərq ədəbiyyatında bir neçə əsr davam et­dirilmişdir. «Məqamə» ədəbi janrında son dəfə əsər yazan XIX əsr ərəb yazıçısı əl Yaziçi 60 məqamdan ibarət «Məcmeə əl bəhreyi» məcmuəsi bütün Ərəbis­tanda məşhur olmuşdur. Sonralar bu termin şifahi – professional musiqimizə aid edilmişdir. Bu fakt sübut edir ki, Şərqdə musiqi ilə gjtpbqf həmişə canlı vəh­dətdə olmuşdur (2, 71).

Əslində Şərq şeirində, xüsusən muğamlarda daxili bir harmoniya, musiqi, həzin melodiya, musiqi vardır. Qəzəllərdəki qafiyə və rədiflər ritmik bir axıcılıq, ahəngdarlıq, səlislik yaradır.


Güli-rüxsarına qarşu, gözümdən qanlı axar su,

Həbibim, fəsli güldur bu, axar sular bulanmazmı? (11, 163)


Bu beyt başdan-başa könüloxşayan musiqidir. Bu ahəngdarlıq, bu musi­qililik fars dilindəyazılmış şeirlərdə də güclüdür.

Məra dərd əst əndəri dil, əgər quyəm Zəöan Suzəd,

Əgər pünhan konən, tərsəm ki, məgzi-üstüxan Suzəd.

(Ürəyimdə elə bir dərd var ki, onu dilə gətirsəm, dilim od tutub yanar, yox əgər bu dərdimi gizli saxlasam, qorxuram ki, beynimin sümükləki də yanar).


Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu qülzarə,

Buraxdı qönçələr pərdə bəşarət bülbülü-zarə.


Çəmənlər müxtəlif oldu, həzar əlvan çiçəklərdən,

Açıldı lalə və nəsrin, şükufə gəldi-əcarə (Nəsimi) (12, 41).


Musiqi ilə poeziyanın vəhdətini aşıq poeziyasında daha əyani şəkildə mü­şahidə edirik. Klassik aşıqların – Qurbaninin, Tufarqanlı Abbasın, Xəstə Qa­sımın, Aşıq Alının, Ələsgərin şeirlərin oxuduqda elə bil ki, bu qoşma və gə­raylılara sazın nəvası, iniltiləri, gileyləri, hönkürtüləri hopmuşdur. Saz hava­ları insanı elə heyrətə gətirir ki, az qala insan qəlbində poetik duyğular yaranır, insanı bədahətən şeir deməyə təhrik edir. Təsadüfi deyil ki, Aşıq Ədalət Nəsibov «Yanıq Kərəmi»ni çalarkən bəlkə də özündən asılı olmayaraq «Alış Kərəm, tutaş Kərəm, yan Kərəm» sözlərini tellərin canına hopdurur.

Aşıq Alının qoşma və gəraylıları sazsız belə başdan-ayağa musiqidir, misralardan sazın göz yaşları tökülür:


Alıyam, həsrət çəkərəm,

Qəm biçərəm, dərd əkərəm,

Dəryaya qan-yaş tökərəm

Dolunca gözə gərəm səni.


Aşıq Ələsgərin qoşmaları saz havaları, saz havaları isə istər-istəməz poetik ilham yaradır.

Musiqi ilə poeziyanın canlı vəhdətini göstərmək üçün saysız-hesabsız nümunələr gətirmək olar. Bütün bunlar sübut edir ki, musiqi ilə poeziya bir bətndən doğulmuş, bir çeşmənin gözündən qida almış, bir qəlbin yanğısından meydana gəlmişdir. Onları bir-birindən ayırmaq qeyri-mümkündür. Hətta onları ayırsaq belə, poeziya musiqi kimi səslənəcək, musiqinin sədalarından isə poetik misralar yağış kimi səpələnəcək.

Buna görə, həqiqi poeziya haqqında fikir yürütmək, onu qiymətləndirmək üçün onun musiqililiyini, melodik ruhunu və əksinə musiqiyə qiymət vermək üçün isə onun doğurduğu şeriyyəti, səviyyəsi, poeziyanı mütləq hesaba almaq lazımdır.

Buna görə də musiqi və poeziyanın vəhdəti haqqında daha geniş təsəvvür yaratmaq üçün klassik poeziyamızın ənənələrinə və klassik poeziya nümunə­lərinə diqqət yetirmək çox vacibdir.

Xalq şairimiz B.Vahabzadə muğamlarımıza xüsusi bir poema həsr etmiş­dir. B.Vahabzadə klassik ədəbiyyatımızdakı motivlərdən bir yaradıcı kimi tə­sirləndiyini, klassik sənətkarlarımızın çox ləyaqətli varisi olduğunu və deyimləri təkrar etməyə yox, deyimlərə daha çox əlavə etmək qüdrəti olan bir şair kimi hərəkət etdiyini daha sərrast əyaniliklə göstərmək üçün Nizamidən bir poetik parçanı da diqqət mərkəzinə çəkək. B.Vahabzadə də öz dahi sələfi kimi mu­ğamların adını yalnız çəkməklə və onları tərifləməklə kifayətlənmir, muğamın dərinliyinə mahiyyətinə nüfuz edir. Nizami deyir: (Barbəd haqqında)
“…Gənci-badəvərdlə” məclisi açdı

Ağzı hər tərəfə xəzinə saçdı.

«Gənci-gav» başladı, coşdu üfuqlər,

Yer öküzün verdi, nisar etdi zər

O, «Gənci-suxəni»i oxuyan zaman

Min xəzinə yapdı onun ahından.

«Şadırvan mirvarid» oxuyan zaman,

Mirvari saçırdı dodaqlarından

«Təxti-Taqidis»ə gələndə növbət,

Göydə qapısını açardı cəngət

«Naqusi» və «övrəng» çalınan zaman

Zəng səsi qalxardı övrək taxtından.

«Hoqqeyi-kovus»dan qənd versə əgər,

Onun mətaından öpərdi şəkər.

«Məzhi-bər-kuhan»ı çalanda əli,

Dağı dağ üstünə qoyardı dili.

«Müşki-danə»sini dilləndirərkən,

Ev müşkün ətrindən olardı xüttəm. (3, 153)


Nizami daha sonra, Arayiş-Xurşid; «Nimruz»; «Səbr dər səbz», «Qufl Ruiz», «Sərvistan», «Sərhi-səhi» və başqa muğam, şöbə və guşə adlarını çəkir və hər bir havanın həm estetik mənasını, həm psixoloji təsir gücünü və həm də elmi qiymətini göstərir. Musiqinin əsrarəngiz gücünə, ilahi nüfuzuna, psixoloji təsir fəallığına sübut və misallar çoxdur: Harun Rəşidin qəzəbini yatırmaq üçün Şəhirül-Məsudi adlı bir çalğıçı həmişə ud çalarmış. Muğama qulaq asarkən insan düşünür. Düşünməyin özü də elə hərəkətdir. Sinədə çarpazlaşan qollar işləyir, yumulmuş barmaqlar yaradır.

Teymurləngi ikinci dəfə Bağdada gedəndə Əbdülqadir Marağını cəzalan­dırmaq istəyir. Səbəbi də bu idi ki, Teymurun oğlu Mirangah eyş-işrət məclisi quranda, böyük musiqiçini də Təbrizə – onun qurduğu məclisə dəvət etmiş və Əbdülqadir Maraği də bu məclisdə ud çalmışdı. Lakin Teymurləng Əbdülqadir Maraqera dühasına inandığı üçün və onun çaldığı udun sədaları altında təsir­ləndiyi üçün onun günahını bağışlayır. Bu, musiqinin hökmdar qəzəbi üstündə qələbəsi, musiqinin təntənəsi idi. Şərq muğamlarının təsir gücü yalnız Şərq kon­tekstində məhdudlaşmır. Avropa sənətkarları – şair və musiqiçiləri də bu mu­ğallar qarşısında heyrətini gizlədə bilməmiş və onlardan yaradıcı surətdə bəhrələnmişlər. Bir çox Avropa operalarında, məsələn «Beber», «oberon» kimi əsərlərdə muğamlardan istifadə edilmişdir. Dahi bəstəkar Bethoven «Türk mar­şı» və «Dərvişlər» nəğməsi əsərlərində Şərq muğallarına istinad etmişdir. Pan­teist və sufi şairlərin əsərlərində musiqi ilahi bir qüvvə kimi təqdir və tərənnüm edilir. Şərqin böyük sufi şairi ölməz «Məsnəvi» müəllifi Cəlaləddin Rumi de­yirdi ki, heç şey musiqi kimi insanın ruhi qüvvəsini möhkəmləndirmir, xırda­calıqdan azad etmir, o, insanı özünün daxili aləminə aparır.

Məsələn, sufilər üçün sima (musiqi dinləmək) musiqi məclisi qurmaq xa­rak­terik idi. Sufizmin nəzəriyyəçiləri Allaha qovuşmaq yollarını araşdırarkən bir sıra sabit psixi vəziyyətləri müəyyənləşdirmişdir. Bu vəziyyətlər, məqamlar adlanırdı. Lakin sufilər üçün bu sabit məqamlardan başqa, qısamüddətli mə­qamlar da vardı ki, buna vəcd (ekstaz) deyirdilər. Sufilər musiqini exstaz üçün ən vacib və güclü vasitə hesab edirdilər. Çünki musiqi insanı öz daxili aləminə aparır. Buna görə də mövləvi-təriqətçilər musiqi sədaları altında rəqs edir, su­rətlə fırlanır və bununla da özlərini fiziki cəhətdən unudub, mənəvi aləmi çə­kilirdilər, ruhani dünyaya daxil olurdular və beləliklə də onlar mənəvi təkamül yolu ilə cilalanır və allaha qovuşurdular.

Biz Nəsimi poeziyasında da musiqinin təsirini, musiqiyə böyük ilahi mə­həbbəti görürük. Məlumdur ki, Nəsimi özü də sufi və hürufi şair kimi belə rəmzlərdən istifadə etməli idi. Nəsiminin «Həsrət yaşı hər ləhzə qılır bəkzimi saz» – misrası ilə başlanan qəzəli də gözəllik və həsrət motivi üzərində qurulub. Lakin şeirin orijinallığı ondadır ki, şair, aşıq və məşurə arasındakı münasibətləri məhz muğam və onların şöbələrinin məzmunu ilə əlaqələndirir. Qəzəldə «Qri­şan», «Horuz», «Rast», «Kuçik», «Hüseyni», «Cahargah», «Büzuk», «Segah», «İraq», «İsfahan», «Zəngülə», «Mübərrikə», «Müxalif» ıə s. muğamların adı çəkilir və bu muğamların məna və mahiyyəti sevginin gətirdiyi iztirablara uyğunlaşdırılır.


Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,

Bu pərdədə kim, nəsnə bizə olmadı dəmsar.

«Üşşaq» meyindən qılası işrəti – Novruz

Ta «Rast» gələ «Cəngi Hüseyni də sərəfraz.

Ya «Çarikəh»i lütf qıl, ey «Hüsən Büzurgi

«Kuçik dəhənindən bizə, ey dilbəri – tənnaz.

Zəngüləsifət isə qılan zari-segahı

Çun əzmi – Hicaz eyləyə məhbubi xoş avaz. (4, 113)


XIII əsr klassik şairimiz Marağasi Əhhədinin «Cam-Cəm» əsərində «Si­manın mənası» fəslində şair musiqini ariflər üçün həmdəm aşiqlər üçün işıqlı yol, onun öz eşqini açmaq üçün qüdrətli vasitə hesab edir. Əbhədi də musiqini müxtəlif rəmzlərlə ilahi həqiqətin idrak edilməsi vasitəsi, allaha qovuşmaq yolunda müjdəli məqam hesab edir:
Bir aşiq onunla eşitsə sözü,

Yaxşı eşidəcək hər şeyi, düzü

Ondan başqa nə var, atsan əgər sən,

O zaman başından keçə bilərsən

Dəf əllə bu qədər döyülsün nədən?

Ney də əzab görsün mudam nəfəsdən. (5, 195)


Misilsiz şairimiz Məhəmməd Füzulinin əsərlərində musiqi eşqin və ağılın, ruhun və qəlbin qanadı, könüllər evinin işığı kimi qiymətləndirilir. Şairin «Yed­di cam» əsəri orijinal bir janrda yazılmışdır. Burada ayrı-ayrı musiqi alətləri dil açıb danışır və Füzuli onların dili ilə müxtəlif fəlsəfi görüşləri, fəlsəfi təri­qət­lərin istiqamətini, səciyyəsini açıb göstərir. Akademik H.Araslı bu barədə yazır: «İlk görüşdə ney ümumiyyətlə dünya və yaradılış haqqında materialist görüşlərə yaxın olan çox maraqlı mülahizələr irəli sürür. O, yoxluq aləmindəki dörd ün­sürün (su, od, hava və torpaq) sayəsində yarandığını, boy atıb böyüdüyünü, lakin sonradan yenə də o dörd ünsürün vəfasızlığı nəticəsində öz şövkətini itirdiyini və bunun üçün də şikayət etdiyini göstərir». Şübhəsiz ki, buradakı neylə Cəla­ləddin Ruminin «Məsnəvi»sindəki ney arasında bir yaxınlıq var (14,17).

H.Araslı fikrini inkişaf etdirərək, yenə yazır: «Füzuli bu əsərində dünya və yaradılış haqqında müəyyən bir münasibəti ifadə etmişdir. Ney görür ki, kəndli şərab alıb, əvəzində ona su verir. Odur ki, belə nəticəyə gəlir ki, cəmiyyətdəki in­qilablardan heç kəs yaxa qurtara bilməz. Şair tar, setar, qanun, dəf, ud ilə bir­likdə cam içərək bu musiqi alətlərinin hər birinin bir təriqətin, bir dünya­gö­rü­şünün, bir fəlsəfi fikrin nümayəndəsi kimi canlandırır və son yeddinci camı müt­riblə – insanla açır. Yeddinci camdan sonra məclisdə mütrib ona cansız mu­siqi alətlərindən düzgün söz eşidə bilməyəcəyini göstərib, onun təmas etdiyi bütün fəl­səfi görüşlərin boş və mənasz oldubunu bildirir. Şair göstərmək istəyir ki, dünyanın sirlərini ancaq Məhəmməddən, islam peyğəmbərindən öyrənmək olar».

XVI əsrdən kamilləşən klassik aşıq şeirimizin canı və cövhəri, ilham mən­bəyi həmişə musiqi – telli saz olmuşdur. Füzulinin qəzəlləri muğam üstündə kök­ləndiyi kimi, XVIII əsr şairimiz Vaqifin də qoşmaları saz üstündə köklən­mişdir.

Musiqi ilə poeziyanın vəhdəti XIX əsr poeziyasımızın da bir çox nü­munələrində özünü aydın şəkildə göstərir. Bu klassik nümunələrdə musiqi gah ilhamverici bir vasitə kimi, ya da sufizm təriqətində allaha qovuşmaq üçün vasitə, rəmz kimi mənalandırılır. S.Ə.Nəbatinin, X.B.Natəvanın, S.Nigarini, S.Ə.Şirvaninin əsərlərində biz musiqinin bir obraz kimi parlaq nümunələrini görürük.

S.Ə.Nəbatinin bir şeirində, «Ləhni-İdris», «Nişaburi», «Nəvai», «Şuri-Şah­naz», «Hüseyni», «Zəminxarə», «Raxi-Novruzi» kimi melodiyaların adı çəkilir və bu nümunələr sübut edir ki, Nəbati klassik muğamlarımıza yaxından və dərindən bələd olmuşdu.
«Sövti-Davudi» eyləyni zahir,

Gah «Hüseyni», Rahi «Zəminxarə»

Ta saldım bu cahana birqülqul

Başlayım tazə bir əcibə «Nəva».


Bir məsələni qeyd etmək lazımdır ki, hələ bu vaxta qədər şeirlə musiqinin vəhdəti, bunların qoşa qanad kimi aparıcı qüvvə olması və bu vəhdətin estetik qanunauyğunluqları, xüsusiyyətləri hələ lazımınca tədqiq edilməmişdir.

Halbuki bu məsələ mədəniyyət tariximizdə çox əhəmiyyətli bir faktordur. Bu, bir tərəfdən musiqinin tarixi inkişafı mərhələlərini, onun təkamülünü öyrənmək baxımından, digər tərəfdən də poeziyanın ritm, ahəng, melodiyasının hansı mənbələrdən inkişaf etdiyini öyrənmək nöqteyi-nəzərindən çox vacibdir. B.Vahabzadənin «Muğam» poemasından danışarkən onun müəyyən bir ənənəyə sadiq qaldığını göstərməkdir. Çünki B.Vahabzadənin poeziyası başdan-ayağa musiqi ilə doludur. Onun əsərlərinə bir çox musiqi yazılmış və yaxud bəzən o, hazır bir melodiyaya söz yazmışdır.

Belə bir fakta biz klassik poeziyamızda da, xüsusən, S.Ə.Nəbatidə də rast gəlirik. Məs. Musiqişünas Ramiz Zöhrabovun fikrinə görə S.Ə.Nəbati bir neçə xalq nəğməsinə söz yazmış və şeirlə melodiyanın vəhdətindən gözəl sənət əsərləri meydana çıxmışdır. Məsələn, «Gəlmə-gəlmə get, yaxşı-yaxşı sən», «Get dolanginən, xamsən hənuz», «Böylə bivəfa olma – yaxşı sən» misraları ilə baş­lanan şeyirlərdə melodiya dərhal hiss edilir. Bu nəğmələr «Zəminxarə» təsnifinə çox uyğundur. Böyük şairimiz S.Ə.Şirvaninin «Guş qıl…» müxəmməsi başdan-başa musiqiyə həsr edilmişdir. Lakin burada sadəcə olaraq musiqinin ritorik tərənnümü yox, konkret olaraq sufizmdə olduğu kimi musiqinin ilahi funksiyası poetik şəkildə şərh edilir. Şeirdə panteizm rəmzləri açıq-aydın bilinir. İnsanın mənəvi aləmini təmizləyərək, onu «vəhdəti-vücud» yoluna hazırlayan musiqi S.Əzimin şərhində çox sərrast şəkildə mənalandırılmışdır. «Açma sən pərdəni, hər pərdədə var yüz əsrar» deyən şair məhz panteizm baxışlarıyla səsləşən fikirlərini ifadə etmiş olur. Məlumdur ki, Allahın təbiətdə, onun yaratdıqlarında «əriməsi» fikri panteizm (obyektiv idealizm, allahın insana vəhdətdə olması isə sufizm (subyektiv idealizm) təlimidir. S.Əzim demək istəyir ki, tarda ilahi təcəlla vardır və bu təcəllanı (izhar olmanı) yalnız o adamlar dərk edə bilərlər ki, onlar özlərini daxilən təmizləsinlər, gözlərindən qəflət pərdəsini, qulaqlarından isə qəflət pambığını çıxarsınlar.

Guş qıl, ey ki, bilirsən özünü vaqifi – kar,

Agah ol, gör ki nədir naleyi-ney, nəğliyi-tar

Nədir ol xüşk olan çubdə bu naleyi – zar

Ki, sədasından onun qarət olur səbrü qərar,

Açma sən pərdəni, hər pərdədə var yüz əsrar!


Qoymaz ol tarix müğənni niyə ağuşindən,

Düşməz ol xanəbərandazələrin duşindən

Huş ilə guş edə hər kimsə, gedər huşindən

Pərdeyi-qəfləti çək sən dəxi can guşindən.

Taki, əsrari-nihana olasan bərxudarı. (8,717)
Beləliklə, S.Əzimin poetik şərhində biz musiqinin minlərlə sirlərindən birinə də vaqif olur, onun ilahi qüdrətinə inanırıq. Biz Q.B.Zakirin də şeirlərində muğamlarımızın adına rast gəlirik. Şair müstəzadlarının, onların şöbələrinin və guşələrinin adını çəkir, onlardan öz poetik fikrini ifadəsi üçün istifadə edir.
Həm mütrübü ney, cəngu dəfü tar ələ düşməz.

Tut «Rasti Nəvai»ni

Dünyada həyatın nə qədər var ələ düşməz çaldırişuronı

Çün dövr müxalifdi digərbar ələ düşməz çək övla sədanı

Dügah, segah və ney təkrar ələ düşməz Azərbaycani

Hicazü Nişaburi onu eyləsə hətta Həm mülki-İraki. (9, 271)


Q.B.Zakir bu müstəzadda musiqini tamam başqa səciyyəsindən başqa funksiyasından bəhs edərək, yenə də onun qüdrətindən və insan qəlbinə, insan hissinə təsir gücündən danışır.

Musiqiyə poetik baxış, onun mənəvi dünyamızda yaratmış təkamül qüd­rəti, musiqinin hərəkətverici, sirayətedici gücünü, onun təbiətdə və insan hə­yatında oynadığı rolu XX əsr ədəbiyyatımızın görkəmli nümayəndələri də görmüş, hiss etmiş bundan güclü obrazlar yaratmaq üçün istifadə etmişlər. Əbdürrəhim bəy Haqverdiyevin «Qoca tarzən» hekayəsində təsvir edilir ki, bir qoca tarzən çaldığı «Rast» muğamı ilə bülbülü tarın sinəsinə gətirir. Yazıçı Mir Cəlalın «Vətən yaraları» adlı hekayəsində «Cahargah» muğamının güclü təsir qüvvəsindən obrazlı şəkildə, sərrast bir əyaniliklə bəhs edir, muğamın insan qəl­bində yaratdığı qəhrəmanlıq hisslərini, mübarizlik ruhunu tərənnüm edir. Əsərdə belə bir fikir qabarıq şəkildə ifadə edilir ki, insanın daxilində fövqəladə poten­sial imkanlar. Bu imkanları, bu qüvvəni aşkara çıxarmaq vasitələrindən biri də məhz musiqidir.

Biz xalq şairimiz S.Vurğunun, R.Rzanın, Osman Sarıvəllinin, Hüseyn Ari­fin və başqalarının əsərlərində də musiqinin sehrkar qüvvəsinin tərənnümünü görürük. Böyük qəzəlxan şairimiz Əliağa Vahidin qəzəlləri başdan-ayağa musiqi olduğu halda, o da musiqi məclisinə ayrıca şerlər həsr etmişdir.

S.Vurğun «Bəstəkar» şeirində böyük bir ilhamla yazır:


Çal! Çal! Rübabından axıb tökülsün,

Kamal dünyasının ölməz hünəri

Çal ki, zəfər kimi ruhlara gülsün

Hər bahar axşamı, hər yay səhəri!


Abbas Divarqanlı, Dilqəm, Ələsgər,

Bir saza nə qədər dastan yaratdı.

Elin qüdrətiylə yaşayan ərlər

Eşqin hünəriylə murada çatdı. (10, 189)


Göründüyü kimi S.Vurğun musiqini, nəğməni insanı kamala çatdıran, onun mənəvi dünyasını zənginləşdirən bir qüvvə kimi tərənnüm edir.

Bəxtiyar Vahabzadənin ayrı-ayrı musiqi xadimlərinə – Bethovenə, Üzeyir Hacıbəyova, Habil Əliyevə, Tarzən Hacı Məmmədova və başqalarına həsr etdiyi lirik şeirlərdə həm bu ifaçıların ruhi dünyasını işıqlandırır, həm də bir şair kimi özünün daxili, ruhi təlatümlərini, poetik vəcd səviyyəsini göstərmiş olur (6):


Habil, ay insafsız, ürəyimizi,

Yandırıb yaxmaqda qəsdin nədir, nə?

Niyə yandırırsan atəşsiz bizi,

Bu haqqı kim verib, kim verib sənə? –


– deyə bu musiqidən aldığı emosional təsirin onda yaratdığı intibahın böyük­lüyünü, həm də Habil musiqisinin ecazkarlığını poetik dillə ifadə etmiş olur.

Böyük xalq şairimiz Səməd Vurğunun Üzeyir bəyə, Şövkət Ələkbərova həsr etdiyi şeirlərin hər birində belə bir fikir təlqin edilir ki, insan qəlbi, insan ruhu tükənməz bir kainatdır və kainatın axırına qədər gedib çıxmaq mümkün deyil, musiqi bəşərin ilk mənəvi ehtiyaclarından biri olmaqla, həm də musiqi, nəğmə insan qəlbinin müdhiş dərinliklərindəki sirləri üzə çıxarır, insanın ruhən yüksəlməsinə, həyatdan yaşamaqdan zövq almasına kömək edir.


Ürəyimə sığışmayan arzular,

Bir dünyada neçə dünya arzular

Məhəbbətin nə ilki, nə sonu var

Oxu gözəl, oxu gözəl, qoy səsin

Ürəyimdə kaman kimi titrəsin!
Bu da maraqlıdır ki, poeziya ilə musiqi vəhdətdə olduqda, poeziyanın özü də musiqisiz emosionallaşır, oxucuların ruhuna daha tez yol tapır, insanı həyata yaşamağa çağırır.

Poeziya ilə musiqini vəhdətdə götürüb, onların ruhunu insan qəlbindəki hiss və duyğuların sehrli əks-sədası, ifadəsi, tərcüməsi kimi mənalandırmaq xalq şairimiz B.Vahabzadənin istər lirik, istərsə də epik poeziyasının aparıcı meyl­lərindəndir. Bir çox lirik şeirlərində «Şəbi-hicran», «Etiraf» kimi poemalarında şair musiqini poeziyanın qol-qanadı kimi tərənnüm etməklə, onu həm də poeziya üçün misilsiz bir qaynaq, mənbə, ilham çeşməsi səviyyəsində təsvir edir. Şairin «Muğam» poeması bütünlüklə xalq musiqisinin, musiqi folklorunun ən yüksək zirvəsi, janrı kimi vəsf etməsi təsadüfi deyil. Bu poemada musiqi sadəcə olaraq vəsf edilmir, muğamların hər biri bütövlükdə, həm də onun ayrı-ayrı guşələri az qala mütəxəssis səviyyəsində, yüksəl professional musiqiçi sə­riş­təsi ilə poetik təhlilə cəlb edilir, muğamların bütün daxili incəlikləri, çalarları açılır və hər bir musiqi çalarlarının funksiyası işıqlandırılır, bu muğamların bəşər tarixində – bəşərin mənəvi həyatında sevinc və kədər dünyasında, azadlıq və əsarət günlərində yaşadığı təlatümlərə mənbə olmasını canlı, emosional şeir dili ilə ifadə edir: «Ölümə də çağırır, həyata da muğamlar” deyən şair muğam­ların dərin fəlsəfəsini açır. B.Vahabzadənin poetik şərhində Muğamın hər bir guşəsi, bir kainat qədər zəngin olan insanın mənəvi dünyasının rəngarəng duy­ğular spektri kimi mənalandırır: muğamlarda insanın sevinci də, kədəri də qalibiyyəti və məğlubiyyəti də, alqışı da, qarğışı da, intiqamı da, barışığı da, ümidləri də, ümidsizliyi də, hikməti, fəlsəfi və müdrikliyi də, sevinc və izti­rabları da, yaratdığı tarixin bütün sirli pillələri də açılır, ümumiləşdirilir. Bu mə­nada «Muğam» poemasının poetik və estetik, fəlsəfi və psixoloji mündəricəsini son dərəcə orijinal hesab etməyə haqqımız vardır.

Avropalılar şərq təfəkkürünün işığına bələddirlər. Onlar Azərbaycan milli təfəkkürünün nələr yaratmağa qadir olduğunu bilirlər! Səlib müharibələrində həmin avropalılar Şərqin təkcə var-dövlətini yox, həm də onun beynini, təfək­kürünü qarət edib apardılar. Bir neçə əsrdən sonra bu iyrənc siyasət yenə davam etdirilir. Həmişə də Şərqin öz əfəlliyindən!

Vaxtilə Lev Tolstoy böyük həyəcan, təlaş və dərin məsuliyyət hissi ilə haray çəkirdi ki, nə üçün dövlətin malını xəzinəsini oğurlayanlar, qarət edənlər cəzalandırılır, lakin xalqın mənəvi xəzinəsini, ruhunu, şərəfini qarət edənlər cəzalandırılmır?

Haqlı sualdır. Doğurdan da niyə?

Son zamanlar istər əxlaq normalarımızda, musiqi və poeziyamızda yad ünsürlər bizdə böyük narahatlıq yaradır. Düşmənlərimiz bizim genefondumuzu qarət etmək istədiyi bir vaxtda öz musiqimizin, poeziyamızın parlaq üstünlük­lərini unudub, özgələri kor-koranə yamsılamaq bizim «üzümüzü astarımıza» çevirmək cəhdidir.

Televiziya kanallarında iyrənc şoular poeziyanı üstələyir.

Gənclərimizin demək olar ki, çoxu klassik şairlərimizi tanımır. Mənə elə gəlir ki, təkcə şəxsiyyət vəsiqəsi ilə vətəndaşlığı təsdiq etmək olmaz. Öz Vətə­ninin tarixini, ədəbiyyatını, musiqisini bilməyən insanı vətəndaş hesab etmək olmaz. Bu, vicdanı olan hər bir vətəndaşın sarsılmaz kredosuna çevrilməlidir.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin