Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


Beləliklə, Qazan və onun 24 oğuz bəyi statusdəyişmə ri­tualında hərə özünə aid olan vəzifəni



Yüklə 2,29 Mb.
səhifə248/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   244   245   246   247   248   249   250   251   ...   269
Beləliklə, Qazan və onun 24 oğuz bəyi statusdəyişmə ri­tualında hərə özünə aid olan vəzifəni yerinə yetirir. Bu halda Qa­zanın öz qarıcıq ananı istəməsi onun xanolma ritualındakı əsas vəzifəsinin Yer Ananın vasitəsilə ölüb-dirilmədən ibarət ol­duğunu göstərir. Evin digər ünsürlərinin xilası onun baş­çı­lığı altında Oğuz kosmik güclərinin/bəylərin ritual vəzifəsidir. Hər kəs öz vəzifəsini yerinə yetirməklə bütün Oğuz kosmosu ölüb-dirilmə ritualından keçərək bərpa olunur.

§ 20. Kosmosun ölüb-dirilməsi

canqurtarma/candəyişmə kimi
Ölüb-dirilmə “can” konsepti ilə bağlıdır. Bu halda Qa­zan xan və Oğuz bəylərinin kafirləri öldürməsi canqur­tar­ma/candəyişmə/canı geriyə alma formuludur. Diqqət edək:

Şöklü Məlik başda olmaqla boyda öldürülən Qara Tükən Məlik və Buğacıq Məlik öldürülsələr də, sonacan ölmürlər. Belə ki, bu üç kafir bəyi eyni oğuz bəyləri tərəfindən “Dədə Qorqud” dastanının on iki boyunda bir neçə dəfə öldürülürlər. İkinci boydakı öldürmə işini eyni kafirlər üzərində Qazan və Dəli Dondar üçüncü boyda, Qara Budaq isə dördüncü boyda təkrarlayır. Bu baxımdan, təkrar öldürmə aktı “Dədə Qorqud” mətni üçün səciyyəvi formuldur. Göründüyü kimi, bir boyda öl­dürülən kafirlər o biri boyda dirilirlər. Bu, ölüb-di­ril­mə­dir359. Demək, statusdəyişmə ritualında kafirlərin öldürülməsi hər iki qarşı tərəf üçün ölüb-dirilmədir. Yenə də diqqət edək:

Öldürənlər oğuzlar, ölənlər kafirlərdir.

– Öldürmək can almaqdır. Demək, oğuzlar kafirlərdən can alırlar.

– Boyda üç oğuzlunun üç kafirin canını necə almasının xü­susi təsvir olunması zəruri ritual formuludur və birbaşa şa­man/qəhrəman paradiqması ilə bağlıdır.

– Boyda bu üç oğuzludan başqa o biri oğuzların ka­fir­lə­rin canını necə almaları təsvir olunmur. Çünki onlar kafirləri öl­dü­rürlər. Bu üç oğuz qəhrəmanı isə kafirlərin canını al­maq­la candəyişmə (canı gerialma) aktını həyata keçirirlər.

– Yada salaq ki, Dəli Tondaz və Qarabudaq (Dəli Bu­daq) boyun əvvəlində Qazanın ova getmək təklifini təsdiq et­miş subyektlərdir.

– Dəli Tontazın “dəli”, Qarabudaq/Dəli Budağın “qa­ra/dəli” adları onların xüsusi statuslarının işarələridir. “Dəli” və “qara” adları bu subyektlərin Xaosla bağlı ikili statusa ma­lik mediator/şaman/qəhrəman olduqlarını ortaya qoyur.



– “Dəli” statusdəyişmə, yaxud statusartırma ritualında ölüb-di­rilmə prosedurundan keçən subyektdir.

Subyektin ritualda ölməsi onun canının xaoslular tərə­findən oğurlanması/aparılması/yağmalanması demək­dir.

– Bu halda boyda canı geriyə alma (can­qur­tar­ma/candəyişmə) əməliyyatını üç şaman/qəhrəman həyata ke­çi­rir: Qazan öz canını bir şaman/qəhrəman kimi Şöklü Mə­lik­dən, Dəli Tontaz xaoslu Qara Tükən Məlikdən, Qa­ra­bu­daq/Dəli Budaq isə Buğacıq Məlikdən geri alır.

Xaosa gedib, canı geriyə gətirmə istisnasız olaraq şa­man/qəhrəmanın funksiyasıdır.

Bu da öz növbəsində Salur Qazan, Dəli Tontaz və Qa­rabudaq/Dəli Budaq obrazlarının kosmoloji status ba­xı­mından Şaman/Qəhrəman arxetipinin epik pa­ra­diq­ma­ları olduğunu birmənalı şəkildə təsdiq edir.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   244   245   246   247   248   249   250   251   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin