§ 11.02. Oba ilə xəbərləşmə
Kərəm deyilən obaya gəlir. Adamlar onun başına yığışırlar. O, sazı sinəsinə basıb 7 bəndlik şeirlə Əslini onlardan xəbər alır. Bu xəbəralma özündə arxaik elementləri qoruyur. Çünki Kərəm süjetin nəsr hissəsində insanlara müraciət etsə də, şeirin özündə ritmik ardıcıllıqla təkcə insanlara yox, təbiət elementlərinə, xüsusilə stixiyalara müraciət edir:
1-ci bənddə: “Ellər, xan Əslimi gördüzmü?”
“Güllər, xan Əslimi gördüzmü?”
2-ci bənddə: “Göllər, xan Əslimi gördüzmü?”
3-cü bənddə: “Çöllər, xan Əslimi gördüzmü?”
4-cü bənddə: “Dillər, xan Əslimi gördüzmü?”
5-ci bənddə: “Yollar, xan Əslimi gördüzmü?”
6-cı bənddə: “Sular, xan Əslimi gördüzmü?”
7-ci bənddə: “Ellər, xan Əslimi gördüzmü?”123
Diqqəti cəlb edən odur ki, burada dialoq-xəbərləşmə insan toplumunu bildirən “El” ünsürü ilə başlanır, daha sonra təbiət ünsürləri (bir bədən üzvü – dil) gəlir və xəbərləşmə yenə də İnsan ünsürü (El) ilə tamamlanır.
Kərəm burada da Əslinin özünü yox, izini tapır. Ona keşişin Gürcüstan tərəfə getdiyini söyləyirlər.
Dostları ilə paylaş: |