Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


III FƏSİL “SALUR QAZANIN EVİNİN YAĞMALANMASI”



Yüklə 2,29 Mb.
səhifə184/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   180   181   182   183   184   185   186   187   ...   269
III FƏSİL
SALUR QAZANIN EVİNİN YAĞMALANMASI”

BOYUNUN KOSMOLOJİ STRUKTUR MODELİ

“Kitabi-Dədə Qoqrud” dastanı üzərində apardığımız mü­şa­hidələr göstərir ki, eposun bütün boyları bu və ya digər şə­kildə keçid/inisiasiya ritualları ilə bağlıdır. Bunların bir qis­mi, ingilis ritualşünası V.Ternerin müəyyənləşdirdiyi təsnifata əsas­lansaq, bir sosial fazadan başqasına keçidi nəzərdə tutan sta­tus­artırma, o biri qismi isə mərasim müddətində sosial-si­ya­si rol və möv­qelərin müvəqqəti dəyişdirilməsini nəzərdə tu­tan statusdəyişmə rituallarıdır262. Bu cəhətdən “Salur Qa­za­nın evinin yağmala­nması” (“Yağmalanma boyu”263) boyu da is­tisna deyil.

Qeyd edək ki, “Yağmalanma boyu”, o cümlədən bu bo­yun və ümumən KDQ-nin əsas qəhrəmanlarından olan Salur Qa­zan obrazı haqqında qorqudşünaslıqda çox bəhs edilmişdir. Azər­baycanda bu obrazla bağlı iki monoqrafiya yazılmışdır. Bun­lardan birincisi mərhum qorqudşünas Bəhlul Abdullanın “Sa­lur Qazan” əsəridir. Müəllif bu tədqiqatda obrazı tarixi-et­noq­rafik və mifik baxımdan tədqiq etmişdir264. İkincisi Atif İs­lamzadənin Qazan obrazının poetik strukturunu, epik-mi­fo­lo­ji semantikasını araşdıran fəlsəfə doktorluğu disser­ta­si­ya­sı­dır265. İstər bu tədqiqatlarda, istərsə də digər araşdırmalarda Salur Qazan obrazı ritual-mifoloji strukturu baxımından təd­qi­qə cəlb edilməmişdir. Bu aspektdə diqqəti cəlb edən yeganə araş­dırma Səfa Qarayevin “Kitabi-Dədə Qorqud”da xan olma ri­tualı” adlı məqaləsidir266. Müəllifin mifoloji xaos mövzusu çər­çivəsində ardıcıl şəkildə apardığı tədqiqatlara267 aid olan bu məqaləni bizim üçün aktual edən əsas cəhət ondan iba­rət­dir ki, burada KDQ-nin ikinci dastanı olan “Yağmalanma bo­yu” ritual-mifoloji struktur və mifoloji xaos baxımından təd­qiqə cəlb olunmuşdur. Müəllifin əsas fikirlərinə diqqət edək. S.Qarayev müəyyənləşdirmişdir ki:



– Boyda Qazanın evinin yağmalanması xan olma ri­tualı­nın tərkib hissəsinə aiddir. Başqa sözlə, evin kafirlər tərə­fin­dən yağ­malanmasının, Qazanın kafirlərin üzərinə gedərək evi­ni xi­las etməsinin əsasında xan olma ritualının sxemi du­rur.

– “Ağ ban ev” kosmik simvol olmaqla Oğuz kos­mo­su­nun bütün səviyyələrini özündə ehtiva edir. “Ağ ban ev” get­di­yinə görə xanlıq da itirilir. Yəni ev yıxmaq semiotik olaraq bü­tün tipli talanları ifadə edən semantik bütövdür. O, xanlığın sim­voludur. “Ağ ban ev”lə birlikdə Qazanın xanlığı da öz qüvvə­sini itirir.

– Qaraca Çobanın Qazanın evini xilas etmək üçün ondan dö­yüş atributlarını istəməsi Çobanın semiotik planda Qazanı tərki­silah etməsi anlamına gəlir. Çoban Qazandan onun bütün epos boyu öyündüyü nələri varsa – hamısını: atını, yayını, qı­lın­cını və s. istəyir.

– Eposda Qaraca Çobanın Oğuz kosmosunun simvolu olan Qaba Ağacı kökündən çıxarması Oğuz kosmosunun et­no­kosmik bütövlüyünü simvollaşdıran Ağ ban evinin yıxıl­ma­sı­nı, oğurlanmasını ifadə edir.

– Ağ ban evin yağmalanması, Qazanın igidlərinin bir hissə­sinin əsir getməsi, bir hissəsinin isə ovda tərk edilməsi sim­volik dəyərlər şkalasında Qazan xanın cəmiyyətdən (kos­mos­dan) dışlanması və xaos sahəsinə girməsi deməkdir. Onun sosial status baxımından özünə tam “əks” olan çobanla yoldaş ol­mağa məcbur olması, Çoban tərəfindən cəmiyyət üzvlərinin həm ölümündə (Çobanın qardaşlarının) və həm də əsir düş­mə­sində günahlandırılması, Çobanın ondan qılıncını, qal­xa­nı­nı, atını və s. istəməsi, Oğuz kosmosunun simvolu olan Qaba ağa­cı kökündən çıxarması Qazanın xaotik duruma düşdüyünü ifa­də edir.

– Bütün bunlar Qazanın bir xan olaraq ritual xaos nöq­tə­si­nə gətirilməsi, köhnə evinin yağmalanması, hakimiyyətini tə­zə­ləmək üçün yenidən xanlıq taxtına qayıtması situasi­ya­sı­dır.

– Dəmirgüc və Qabangüc kimi qeyri-insani gücə malik olan qardaşları olan Qaraca Çobanın adındakı “qara” sözü də gös­­tərir ki, mətnin üst layında kosmik tərəfdaş kimi görünən Qa­raca çoban mifik planda xaos sahəsinin gücünün təm­silçi­si­dir. O, Qazanın yenidən “doğularaq” taxta çıxmasının təmin olun­ma­sı üçün gedib-qayıtmalı olduğu xaos dünyasının ritual ifadə­çi­sidir. Çoban Qazanı özü qəbul edərək “xanlıq”dan məh­rum edir.



– Bu nöqtədən başlamaqla Qazan öz “evini” geri alır, baş­qa sözlə, mifik planda yenidən taxta çıxır. Hakimiyyətdən məh­rum olub, yenidən onu qazanmaq məsələnin ritual-mifo­lo­ji iza­hı­nı “bir günlük bəy” semantemi müstəvisinə gətirir. Qa­zan xan artıq yenidən taxtını, varını, dövlətini geri alır, baş­­qa sözlə, öz “xanlığını” qaytarır. Bu, itirilmiş statusun bər­pa­sıdır. Qazan bir xan olaraq xaosa tərk edilir və onun oradan dö­nüb yenidən haki­miyyət başına keçməsi dünya ağacının, ha­kimiyyətin simvolu olan çadırın tikilməsi ilə sona çatır. Bu da çadırı hökmdarlıq, yenidən qurulmanın simvolu kimi qəbul et­məyə imkan verir.

– Epos boyu Qazan xan üç dəfə taxtdan salınır. Bun­lar­dan birincisi “Qazan xanın evinin yağmalanması” boyunda baş verir. İkincisi “Salur Qazanın tutsaq olub oğlı Uruz çı­qar­dı­ğı boyı bəyan edər” boyunda, üçüncüsü “İç Oğuza Taş Oğu­zun asi olub Beyrək öldügü boyu bəyan edər” boyunda mü­şa­hi­də olunur268.

Biz “Yağmalanma boyu”nun ritual-mifoloji strukturuna mü­nasibətdə S.Qarayevin “xan olma” tezisini əsas ritual kon­sep­ti kimi qəbul etməklə boyun kosmoloji modelini qurmağa və bu modeldə şaman-qəhrəman arxetipini bərpa etməyə çalı­şa­cağıq. Bu zaman ikinci fəsildə “Əsli-Kərəm” dastanı ilə ol­du­ğu kimi, bu fəsildə də “Yağmalanma boyu”nun süjet mo­de­li­ni təsvir edərkən aşağıdakı iki əsas prinsipə əsaslanacağıq:

1. Süjeti onun inkişaf xətti (xronotopu) boyunca formul­laş­dırmaq;

2. Müəyyənləşdirilmiş süjet formullarını onların funk­si­ya­sına uyğun işarələmək.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin