II ci oxucu:
Nizami gələrmi bir də cahana,
Sana oğul oldu, sən ona ana,
Neçə Cahangirə, neçə Arslana
Toy tutdu əllərin Gəncəm, Gəncəm hey!
Düşmənin inşallah hər vaxt xar olar,
Gen dünya başına hər vaxt dar olar,
Neçə ki, sən varsan vətən var olar,
Var olsun ellərin Gəncəm, Gəncəm hey!
Aparıcı:
Böyük Xalq şairimiz Bəxtiyar Vahabzadə öz ürək sözlərində yazır: təkcə “Gəncə və Gəncəlilər” kitabı bəs edər ki, yazıçı-jurnalist Əhməd İsayevin adı Azərbaycan ədəbiyyatında daim yaşasın.
I Oxucu:
Gəncənin keşməkeşli ömrünün pənahıymış
Gəncənin keçmişlərə üz tutan səyyahıymış,
Beləcə sətir-sətir neçə sirri tapır o,
Gəncənin heykəlini ürəklərə yapır o,
Aparıcı:
Sözü qonaqlardan birinə veririk. O, Əhməd müəllimin yaradıcılığı haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşür.
Azərbaycan ictimaiyyəti, jurnalistika aləmi geniş oxucu kütləsi tərəfindən yekdilliklə təqdir olunan bir fakt var ki, Əhməd İsayev təkcə qələmi, qəlbi ilə deyil, həm də bir alicənab xeyirxah ziyalı kimi müstəsna kefiyyətləri ilə seçilən zona müxbirlərindən biridir.
Bu əlbətdə öz-özünə, birdən-birə yaranıb formalaşmayıb,
Əhməd İsayev bu şərəfli adı illərlə, on illərlə damla-damla qazanıb.
Dostları ilə paylaş: |