Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ


Mürəkkəb sintaktik bütövlərdə formal əlaqə vasitələri



Yüklə 158,25 Kb.
səhifə14/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
2.2. Mürəkkəb sintaktik bütövlərdə formal əlaqə vasitələri
Mürəkkəb sintaktik bütövlər müəyyən informasiya daşıyan struktur-semantik birlikdir. Bu birliyin meydana çıxması konkret formal vahidlərin funksiyası ilə də bağlıdır. Çünki MSB cümlələr adlanan komponentlərdən təşkil olunur və onlar arasındakı bağlılıq ilə elə bir üzvi əlaqə yaradır ki, mətn hiperteması kontekstində informatik bütövlüyü təmin edir:

Gahi yağışı, gahi müsəllanı danırsan,



Gahi öküzün üstə bu dünyanı danırsan,

Gahi buludu, ərşi-müəllanı danırsan,

Gah cinni, gəhi quli-biyabanı danırsan

Təsxirə girib çox oxudun, azdan a Molla!

Hər nə gəlib öz əqlinə sən yazdın a Molla!” [54, s.68]

Bu satirada hədəf “Molla” dır və mətn kimi yeddi mikromətndən təşkil olunmuşdur. Deməli, MSB-lər “Molla” notu üstündə köklənib, MSB-lər isə onunla bağlı müəyyən məqamları ifadə edir. Ona görə də hər bir mikromətn avtonom informasiya bütövlüyünə malikdir. Həmin çərçivədə iştirak edən cümlələri də bir ortağa gətirilmək üçün “gahi”, “gah” bağlayıcısından istifadə olunur. Həmin MSB-də verilən informasiyanın əsasında qeyd olunan bölüşdürmə bağlayıcısının morfosemantikası dayanır. MSB-nin komponentləri arasındakı əlaqə “gahi”, “gah” bağlayıcısının həm formal, həm də semantik təkrarı əsasında reallaşır. Deməli, qeyd olunan bağlayıcının mikromətn kontekstindəki funksiyası terminoloji baxımdan formal hesab oluna bilər, nəticə etibarı ilə mətn semantikasının bu ruhda tərtibi onsuz mümkün deyil.

MSB-nin komponentləri arasında bağlayıcıların formal əlaqə funksiyası onların dildəki təyinatından irəli gəlir. Bu nüansdan çıxış edərək deyə bilərik ki, köməkçi nitq hissələri içərisində bağlayıcıların formal əlaqə funksiyası daha zəngindir:

Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!



Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!

Nə səndəli, nə qarandaş, nə lövhi nün, nə təbaşir,

Nə dəftərə, qələmə, kağızə bu rəğbət olaydı!

Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə,

Və nə uşaqlarımızda bu qabiliyyət olaydı” [55, s.35].

Qeyd olunan satirada “Nə” bağlayıcıları bir inkar mühiti yaradır ki, sadalanan cümlələri bu mühit birləşdirir. Bu xüsusda mikromətnin komponentləri inkar üstündə ortaq məxrəcə gəlir.

Adətən, sadalama məzmunlu MSB-lərdə inkar və ya bölüşdürmə bağlayıcıları fəallıq göstərir. Bu tipli əlaqələnmədə sadalanan komponentlər sayca çoxalır, hətta bəzən bütöv mikromətni əhatə edir, bu vaxt mikro və makromətn üst-üstə düşür. Bağlayıcıların MSB-nin komponentləri arasında əlaqələndirici funksiyası hər qrup bağlayıcının öz təbiətindən irəli gələrək reallaşır. Məsələn, yuxarıda izah etdiyimiz inkar bağlayıcıları ilə ziddiyyət-qarşılaşdırma eyni deyil. Çünki, ziddiyyət- qarşılaşdırma bağlayıcıları mikromətndə verilən informasiyanı iki yerə bölür və həmin hissələri məzmunca bir-birinə qarşı qoyulur. Bununla əlaqədar olaraq K.M. Abdullayev yazır: “Amma”, “ancaq” bağlayıcılarının qarşılaşdırma məzmunu isə bütövlükdə komponentin ümumi strukturuna aid olur [4, s.252]. Məsələn:

O əvvəlcə heç yerdə dayanmamaq, atını dördnala çaparaq bu kiçik qəza şəhərindən uzaqlaşmaq istədi. Amma dükançıların “axşam bazarıdır, ay müştəri, özünü tez yetir, yaxşı zəncəfil, darçın, mixək var. Əklə düyüsü, İrəvan qaysısı, könlün nə istəsə, tapılar”, - deyə çağırdıqlarını eşidəndə tərkindəki boş xurcun yadına düşdü. Küçənin yanlarında qatarlaşan uca çinarların kölgəsi ilə atını astaca sürdü” [57, s. 57].

Bu mikromətndə “amma” bağlayıcısının funksiyası mikromətn kontekstində verilən informasiyanı ikiyə bölərək qarşıladırmasıdır. Deməli, ziddiyyət bağlayıcısı mikromətnin iki komponenti arasında deyil, mikromətn hipertemasına nəzərən təşkiledicidir.

Mikromətn bağlayıcıların iştirakına nəzərən müxtəlif quruluş modellərinə malikdir. Məsələn, iştirak bağlayıcılarının iştirak etdiyi MSB-nin informasiyasının quruluş modeli bölüşdürmə bağlayıcılarındakından fərqlidir. Məsələn:

Baxdı məktəbə də, baxdı evə də,


Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin