Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Göz qapaqlarının estetik əməliyyatları (blefaroplastika)



Yüklə 0,54 Mb.
səhifə293/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   289   290   291   292   293   294   295   296   ...   303
Göz qapaqlarının estetik əməliyyatları (blefaroplastika)

Göz qapaqlarında estetik əməliyyatları tək və ya face lifting əməliyyatları ilə birlikdə aparmaq mümkündür.

Nahiyəyə lokal anestetiklərin inyeksiyasından əvvəl xəstəyə yuxarı və aşağı baxmaq təklif edilir, üst göz qapağından eksizya ediləcək sahə işarələnir. Adətən, eksizya ediləcək ellipsin aşağısındakı kəsik xətti göz qapağı sərhəddindən 5-6 mm məsafədə olur. Əgər artıq toxumanın əksər hissəsi mərkəzdədirsə, eliptik kəsik kifayət edir, artıq toxuma bayır üçbucağa doğru davam etdiyi təqdirdə, kəsik qövsvari olaraq bu sahəyə qədər çatdırılır.

Alt göz qapağında da ona oxşar şəkildə eksizya planlaşdırılır. Bəbəyin altındakı skleranı artıq miqdarda meydana çıxaran və ya ektropiona səbəb olan deformasiyalardan ehtiyat etmək lazımdır. Kastanares alt göz qapağında vertikal olaraq 5-6 mm-dən çox olmayan toxuma eksizyasının aparılmasını məsləhət görür. Alt göz qapağının korreksiyaedici əməliyyatlarında əsas rotasiyası yalnız yuxarı deyil, eyni zamanda lateral istiqamətdə aparılır. Eksizya xətti bayır bucaqdan xaricə və azca aşağı doğru işarələnir.

Üst göz qapağında çəkilmiş xətlərə uyğun olaraq dəri eksizyası aparılır. Bunu edərkən aşağıdakı dairəvi əzələni zədələmək olmaz. Orbicularis əzələsi ilə septum orbitale arasındakı piy yastıqcıqları səthi kəsiklərlə açılaraq xaricə çıxarılır və koterizasiya edilir. Sonra əzələ və dəri təbəqələri tikilir.

Alt göz qapağında orbicularis əzələsinin dəri daxilinə yayıldığı üçün cərrahi əməliyyat daha çətin icra edilir. Bu səbəbdən əməliyyatı gözün bayır hissəsindən aparılan kəsiklə başlamaq məsləhətdir. Burada dəri incə bir maqqaşla qaldırılaraq altındakı əzələ təbəqəsindən ayrılır. Kəsik kirpiklərin alt hissəsindən içəriyə doğru aparılır, əzələni 1,5 sm kəsərək piy yastıqcıqları eksizya edilir. Sonra əzələ təbəqəsi tikilir. Ciddi hemostaz altında nazik dəri flebi hazırlanır və müvafiq dəri eksizyası aparılaraq dərini bağlayıb, əməliyyatı sona çatdırırlar.

Xəstələrdə müxtəlif dərəcəli görmə pozğunluğu ola biləcəyindən əməliyyatdan əvvəl görmə testinin aparılması məsləhət görülür. Əməliyyatdan əvvəl görmə pozğunluğu olmayan xəstələrdə əməliyyatdan sonra görmə pozğunluğunun olması bu əməliyyatın düzgün aparılmadığını ğöstərir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin