Söylədi: Kərimova Şəfiqə Kərim qızı.
AŞIQ ŞEİRLƏRİ
QOCALIQ
Ağalar, tutdu qolumnan bixəbərdən qocalıx.
Aldadif yıxdı evim giribən dərtdən qocalıx.
İşləyif cəsədimi yeri-yerdən qocalıx.
Ətəyim əldən qoymur, açılmır sərdən qocalıx.
Qocalıx çox yaman dərtdi, qış yeriməz, göz görməz.
İtə dönüf hürər olsanı, oğul-uşax cavaf verəmz.
Dosd-aşna yan qaçər, heş kim halım sormaz.
Günü-günnən geri gedər xeyirdən-şərdən qocalıx.
Söylərsən ağzın əyəllər, oğul-uşaxdan qaçarsanı
Gücənərsanı gücunı çatmaz, oraxdan, xışdan qaçərsanı
Dişdərını zara yetirər, çörehdən, aşdən qaçərsanı
Yar yanında xəcil eylər, utandırar yardan qocalıx.
Kəlfətin dişə yaraşır.
Qocalıf eldən düşüncə,
Əzreyil döşə yaraşır.
Palaz-paltar tərk oluncə
Mürdəşir leşə yaraşir.
Qalmaxdan ölmax yaxşidi
Daş-torpax başə yaraşır.
Dəli könlüm, bir şeydən nə bezərsən?
Xalx səni cahil sanar
Qocalıxdan nə sanırsanı?
Vallah, qardaş, hər insanı
Salır avırdan qocalıx.
Dostları ilə paylaş: |