Söylədi: Soltanova Məryəm Həsən.
AĞILAR
I mətn
Helə zulumkəriydi. Zəhmət keçif, yurt-yuva salıf, bala böödüf, olara güvənə bilmiyən qızıma laylay. Ay ölümü hasand olan, zulumu çox olan, əzyət keçən, eli qavarrı gidən balama laylay. Qucağı qundax görmüyən, beşiy qırağında oturmuyən, yarımçıx dünyadan gidən qızım, a laylay. Oğul çiynində getmiyən, bala böötmüyən, zəhmət keçif öy-eşiy quruf, içində oturmuyən, heş neydən güvənmiyən balama laylay, laylay. A bezehli beşiylər öyünə girmiyən, a bezehli beşihlərə qundax qoymüyən qızıma laylay, qızıma laylay. Bala, dərdim çoxdu, tərpətmə məni, dərtdi anaların birisi mənəm, ay oğul. Yesir balası olan ana ağlasın. Ağlaram, saxlıyə bilməzsan1, a bala (Söyləyici ağını dillə deyir – top.).
Dostları ilə paylaş: |