Söylədi: Xəlilova Mehin Məmmədəli qızı.
Min minara
Divi qara.
Yüz min çiçək
Bi yarpax (Quran).
Gedirəm Ərəş bağına
Gələrəm salama (orucluq)
Bir balaca boyu var,
Aləminən toyu var (lampa).
Yol içində bi cam qatıx (Ay)
Mən gedirəm, özü də gedir (kölgə).
Yol içində yooğun abay** (təndir).
-----------------------------------
*Seysan – səksən
*Abay – arvad
Uzun-uzun ulama
Kol divində bulama.
Gedər Ərəş bağına
Gələr sənə salama (bayram).
Bir balaca bacı
Yandırar dağı-daşı (kibrit).
Diyir addım atana
Deydi kotana.
Dəryada balıx
Üzü ceyrana (güzgü).
Söylədi: Muradova Mehruzə İslam.
Halma məzər, kolda gəzər (üzüm).
Söylədi: Aslanova Nazilə Aslan.
Dolu gidiy, boş qəyidiy (qaşıx).
Söylədi: Əhmədova Qərənfil Hüseynbala qızı.
Diyi gelinnərdə hansı gelindi qaşmağı yaxşi,
Yirmi dört qadaxnan qadaxlanıfdı başmağı yaxşi,
Bezənifdi bezeyi yaxşi (at).
Uzaxdan gəlifdi, bi parçə ağdı.
Sıralanıf, cərgələnifdi, sanki bi bağdı.
Söylətdim unu, dərdi-qəmim azaldı (məytuf).
Bizim anamızın üç üzü var,
İkisi qaradı, biri ağ (qaranlıx gecə, işıqlı gündüz, qara torpax).
Gəl-gəl diyirəm, gəlmiyi.
Gəlmə-gəlmə diyirəm, gəliy(dodax).
Üç rehdə boyənifdi boyəsi,
Yerdən göyə dayanıfdı dayağı.
Hər yerdə gezir sorağı (yağış).
Bi baci, bi qardaşıx,
Aləmə də biz arxadaşıx (Gün, Ay).
Gidiy hora,
Bilmiyi hara?
Alıy hunu,
Bilmiyi neyi? (ölən adam)
Alaxlar içində biz də alağıx,
Deymiyını bizə çox yaraxlıyıx.
Sizə də gerehliyıx (gicitkən və qanqal)
Dostları ilə paylaş: |