Söylədi: Məmmədov Musa İsa oğlu.
Qat-qat döşeyh,
Unu bilmiyən olsun eşşeyh (kələm)
Halçax dağdan qar yağar (ileyh, un)
Uzun-uzun uzanar,
Özünə köyneyh qazanar (qarğıdalı)
Haydabanı, huydabanı,
Altı ayağı, iki dabanı (tərəzi)
Söylədi: Məmmədova Maral Mustafa qızı.
Sarı sakqal,
Hunu bilmiyənin
Atası çakqal (qarğıdalı)
Söylədi: Ağamirzəyeva Səmən Vələd qızı.
Aşıx eldən uxarı.
Şana teldən uxarı.
Aşıx bir şey görufdü
Dizi beldən uxarı (çəyirtgə).
Göydən gidiy qazdar. Yerdə də oluy bi dənə axsax qaz. Yerdəki axsax qaz diyi ki, eyyy, göydən gidən yüz qaz. Məni də götür ol, düz qaz. Göydəki qazdar diyi ki, biz yüz döyülux, bi bizi qədər, bi bizim yarımız qədər, bi də yarımızın yarısı qədər, bi də sən axsax qaz olanda yüz qaz bitiy. Hindi di görüm, göydən gidən neçə qaz oluy?
Cavabı: 36 qaz.
Dostları ilə paylaş: |