Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə146/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   142   143   144   145   146   147   148   149   ...   269
Azərbaycan tarixi mühazirə

Ədəbiyyat. XVIII əsrdə Azərbaycanda baş verən siyasi-ictimai hadisələr ədəbiyyata da öz təsirini göstərmişdi. Bu dövrdə şifahi xalq ədəbiyyatının bir sıra nümunələri yaradılmışdı. Onlardan biri olan Şəhriyar dastanında insanların sevgi və xoşbəxtliyə çatmasına mane olan sosial bərabəsizlik tənqid edilirdi. XVIII əsr aşıq poeziyasında Təbriz yaxınlığında anadan olmuş aşıq Xəstə Qasımın yaradıcılığı mühüm yer tutur. Xəstə Qasım doğma Azərbaycan torpağını qarış-qarış gəzmiş və öz şerlərində onu tərənnüm etmişdir.
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayən­dələri Vidadi və Vaqifdir. Yaradıcılığında şifahi xalq yaradıcılığı ilə aşıq poeziyasının ənənələrini birləşdirmiş Vidadi əsasən, lirik şeirlər yazmış­dır. Onun “Müsibətnamə” əsəri dostu, Şəki xanı Hüseyn xan Müştaqın faciəvi ölümünə həsr edilmişdir.Ərdəbildə olan Şeyx Səfi kitabxanası XVIII əsrdə öz şöhrətini qoruyub saxlamışdır. 1828 - ci ildə rus qoşun­ları Ərdəbili tutarkən burada olan çox nadir əl­yaz­malar Sankt-Peterburqa aparılmışdır. Baxdığımız dövrdə hind ədəbiyyatının incisi “Kəlilə və Dimnə” Azərbaycan dilinə tərcümə edimişdi.
İncəsənət. XVIII əsrdə dekorativ bədii sənətin ən gözəl nümu­nələri xalça və parçalarda verilmişdir. Təkəlduz və güləbətin kimi ənə­nəvi bədii tikmə üsulları inkişaf etmişdir.
Memarlıq.Xanlıqlarda şəhər­lərin ətrafında müdafiə sədlərinin inşasına xüsusi diqqət yetirilirdi. Şuşa və Şəkidə tikilən binalar orjinal memarlıq üslubu ilə seçilirdi. 1763-cü ildə Şəkidə usta Abbas tərəfindən bir dənə də metal mıx-mismar işlətmədən şəbəkə üslubunda Şəki xan sarayı inşa edilmişdir. Şəki­xanovların evi, Şəki Cümə məscidi, Gileyli məscid zəngin naxışlarla bəzədilmişdir.
Şuşadakı İbrahimxəlil xanın məscidi, İrəvandakı Göy məscid (1764-cü il Hüseyn xan tərəfindən inşa etdirilib), 1791-ci ildə tikilən Sərdar sarayının Güz­gülü salonu və yay iqamətgahı dövrün gözəl memarlıq abidələrindəndir.
XVIII əsrdə musiqi sahəsində də oyanış müşahiə olunur. Muğam sənəti xüsusən inkişaf etmişdir. Bu dövrdə ən çox istifadə edilən musiqi alətləri saz, tar, balaban, zurna, tütək, nağara və sair Azərbaycan xalq alətləri olmuşdur. Peşəkar xanəndələr qədim muğamlara və mahnılara yeni təsniflər qoşurdular.Aşıq yaradılığı xalq tərəfindən məhəb­bətlə sevilirdi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin