Azərbaycan tarixi


İdarəetmə sistemi və inzibati quruluş



Yüklə 0,62 Mb.
səhifə143/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   139   140   141   142   143   144   145   146   ...   269
Azərbaycan tarixi mühazirə

İdarəetmə sistemi və inzibati quruluş. Xanlıqlar qeyri-məhdud hakimiyyətə malik xanlar tərəfindən idarə edilirdi. Şəki, Quba, Şirvan xamlıqlarında xanın yanında məşvərətçi hüquqa malik Divan və ya Xan Şurası var idi. Xanlığın idarəetmə aparatında vəzir mühüm rol oynayırdı. Maliyyə işlərinə sərkərəli, xanın şəxsi təsərrüfatına eşikağası, xəzinəyə sandıxdar ağası baxırdı. İdarəetmə sistemində naib, yasavul, kəndxuda, maaflar mühüm yer tuturdu. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Onlar mahalbəyi və ya naiblər tərəfindən idarə edilirdi. Məhkəmələrə qazılar başçılıq edirdilər.
13.4. Azər­baycan xanlıqlarının xarici siyasəti.Rusiya və İran Qacarlar döv­lət­inin Azərbaycanı ələ keçirmək cəhdləri.

XVIII əsrin ikinci yarısında natural təsarrüfatın hökm­ranlığı, daxili çəkismələr, beynəlxalq sərait Azərbaycanda vahid dövlətin yaran­masına imkan vermədi. Kərim xan Zəndin ölümündən (1779) sonra İranda hakimiyyət uğrunda başlanan mübarizədə Qacarlar tayfasından olan Ağa Məhəmməd xan Qacar (1742-1797) qalib gəldi. O, 1781- ci ildə Teh­ranı, Şirazı, İsfahanı, Mazandaranı, Gilanı tutdu və bütün İran tor­paqlarını birləşdirdi. İranda mərkəzi hakimiyyəti ələ aldı və 1785-ci ildə Tehranı paytaxt seçdi.1790-cı illərinin əvvəllərindən Ağa Məhəm­məd xan Qacar Azəbaycanın cənub torpaqlarını tut­mağa başladı. Bütün Cənubi Azərbaycan xanlıqları onun hakimiyyətini qəbul etdilər. Belə­liklə, bütün Cənubi Azərbaycan torpaqları İran Qacarlar dövlətinə qatıldı və bu dövləti əslən Qaradağdan olan türk mənşəli Qacarlar idarə etməyə başladılar.Ağa Məhəmməd xan Qacarın xarici siyasətində ən ümdə vəzifəsi Şimali Azərbaycanı İran Qacarlar dövlətinə birləşdirmək idi.


Ağa Məhəmməd xan Qacarın Azərbaycanın şimalına birinci yürüşü. Qacarın yürüşü ərəfəsində Azərbaycanın simal xanlıqlarının beynəlxalq vəziyyəti mürəkkəb idi. Xanlıqlar arasında düşmənçilik və cəkişmələr davam edirdi. Xan­lıqların bəzisi Osmanlı dövlətinə, bəziləri isə Rusiyaya meyl göstərirdi. Lakin, onlar Rusiyaya etibar etmirdilər. Ağa Məhəmməd xan Qacar da diplomatik əlaqələrini genişləndirib Osmanlı dövləti ilə yaxınlaşdı, Sultan isə onu Gürcüstanı tutduqdan sonra şah kimi tanıyacağını bildirdi.
Ağa Məhəmməd xan Qacar gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahim­xəlilin Rusiya himayəsinə keçmək niyyətində olduqlarını bilirdi. İranın tabeçi­liyində olan gürcü çarı II İraklinin Qacarların dədə-baba torpaqlarını – Qarabağ, Gəncə, İrəvan xanlıqlarının Rusiyaya birləşdir­mək niyyətini Qacar xəyanət və Azərbaycan xanlıqlarının daxili işinə qarış­maq kimi qəbul edirdi.
Ağa Məhəmməd xan Qacar Azərbaycanın şimal torpaq­larını əvvəlcə dinc yolla özün­dən asılı salmağa çalışaraq xanlara məktub yazmış, onun hakimiyyətini qəbul etmələrini tələb etmis, lakin onlardan rədd cavabı almışdı. Qarabağ xanı İbrahimxəlil xan onun qasidinə demişdi: “Mənim atam vəsiyyət etmişdir ki, heç kəsə bac - xərac ver­məyim, hec bir dövlətə də tabe olmayım”.
1795-ci ildə Ağa Məhəmməd xan Qacar 85 minlik qosunla Azər­bay­cana hücum etdi. Qoşun üç yerə bölündü: kiçik bir hissə Dağıs­tanı tutmaq üçün Muğan istiqamətində, əksər hissəsi Ağa Məhəmməd xan Qacarın başçılğı ilə Qarabağa, üçüncü dəstə isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru hücuma keçdilər.Qacarın başçılıq etdiyi qoşunlar Şuşanı mühasirəyə aldı. Şuşanın mühasirəsi zamanı gürcü çarı II İrakli Gəncəyə hücum etdi və bu səbəbdən Ağa Məhəm­mə d xan Qacar Şuşanın mühasirəsindən əl çəkib II İrakliyə qarşı Tiflis üzərinə hücuma keçdi. Gəncə xanı Cavad xan Ziyad­oğlunun bu yürüşdə Qacara fəal köməklik göstərməsi də müəyyən dərəcədə II İraklinin Gəncə üzərinə talançı basqınlarına cavab məqsədi güdürdü.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin