TEMA 6. MÖVZU 6. BAKI - AZƏRBAYCANIN PAYTAXTIDIR
1.BAKI: DÜNƏN VƏ BU GÜN
Lüğət
mehmanxana – гостиница
mədaniyyət – культура
müasir – современный
təzad – контраст.
Tapşırıq 64. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 65. Suallara cavab verin:
- S.Rüstəm Bakı haqqında nə deyib?
- Köhnə Bakı necə idi?
- Müharibə dövründə Bakı neftinin rolu nədən ibarət idi?
- Son illərdə Bakıda hansı tikililər yaranmışdır?
- R.Blok Bakı haqqında nə demişdir?
- Bakı haqqında daha nə deyə bilərsiniz?
Tapşırıq 66. toz burulğanı, mühüm ,elm və mədəniyyət mərkəsi, bəxti gətirmişdir söz və ifadələri tərcümə edin və cümlələrdə işlədin.
2. BAKIYA MƏHƏBBƏTLƏ
“Əgər neft kraliçadırsa, Bakı onun tacıdır”.
Xalq hikməti.
Bu sözləri hər bir azərbaycanlı bilir. Bizdə hamıya məlumdur ki, ötən əsrin əvvəllərində bütün planetdə çıxarılan neftin yarısı (!) Bakının payına düşürdü. İkinci dünya müharibəsində isə sovet ordusunun hər beş təyyarəsindən və tankından dördü Bakı yanacağı ilə doldurulurdu.
Heydər Əliyəv çıxışlarının birində Bakını Xəzərin paytaxtı adlandırmışdı. Məsələ onda deyil ki, Bakı bu gün Xəzər ətrafında ən böyük şəhər və regionun ən böyük nəqliyyat və iqtisadiyyat mərkəzdir. Onsuz da həmişə belə olmuşdur. Yüz il əvvəl də, min il əvvəl də. Atam kimi mən özüm də Bakıya az qala pərəstiş etdiyim üçün kiçik bir lirik ricət etmək istəyirəm. Necə deyərlər, öz şəhərimə bəşlədiyim məhəbbəti açıq şəkildə etiraf edirəm. Üstəlik, bu fəsildə etiraf çox yerinə düşür: Bakı və neft bir-birindən ayrılmazdır.
Bakı əbədidir. Onun haqqında ilk məlumatlara hələ qədim coğrafiyaşünasların və tarixçilərin əsərlərində rast gəlirik. Şəhər neftin yer üzünə çıxdığı çoxsaylı çıxışların yaxınlığında yerləşir və uzaq-yaxın ellərdən tacirləri özünə cəlb edirdi. Onlar buradan o dövrdə çox qiymətli olan mallar – neft, alışan şist, duz, zəfəran daşıyırdılar.
Orta əsrlərdə Bakı Qafqazın iri şəhərlərindən biri idi. Buraya Rusiyadan, İrandan və başqa ölkələrdən müxtəlif millətlərə və dini etiqadlara mənsub adamlar qazanc dalınca gəlirdilər.
Paytaxtımız necə də gözəldir! Son illərdə o, nəhəng tikinti meydançasına çevrilmişdir , onun mərkəzini isə xaricdə “qızıl mil” adlandırırlar. Genişlənən bulvar təkcə sahilyanı yaşayış rayonlarını deyil, böyük neft – mədən rayonu Bibi-Heybəti Qara şəhər zonası ilə birləşdirir.
Urbanizasiya “partlayışı” ilk növbədə neft amili ilə - “qara qızıl”ın strateji dəyərinin artması ilə əlaqədar idi. Qərbin iri neft şirkətlərinin kapitalı artması ilə əlaqədar idi. Qərbin iri neft şirkətlərini kapitalı Bakıya gələndə də həmin “partlayış” davam edirdi.
Milli sənayenin əsaslarının və Bakının mərkəzinin simasının formalaşmasında həmin illərin gənc Azərbaycan burjuaziyasının nümayəndələri Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun, Musa Nağıevin və başqalarının xidməti böyükdür. Onların neft buruqlarının istismarından aldıqları gəlirin xeyli hissəsi şəhərin abadlaşrdırılmasına sərf olunurdu.
Hacı Zeynalabdin Tağıyev 1911-ci ildə Bakıya su kəməri çəkilməsini təşəbbüskarı oldu. Bu kəmər indi də Bakını içməli su ilə qismən təmin edir.
Ötən əsrin 70-80-ci illərində şəhərdə fasiləsiz olaraq bir-birinin ardınca yeni binalar, məhmanxanalar tikilir, park və bağlar salınırdı. Bu gün Bakımızın çiçəklənən müstəqil dövlətin paytaxtına layiq orijinal və bənzərsiz var.
Mən artıq xatırlatmışam ki, uzun həsrətdən sonra 1991-ci ildə Bakıya qayıdanda şəhərdə dolaşır və onun geniş müasir prospektlərindən, dar, qədim küçələrindən, dənizkənarı parkından zövq alırdım. Bu parkı mən dünyadakı ən gözəl yer hesab edirlər. Mənim şəhərimi “şərqin nağılı” adlandıran jurnalistlərlə tam həmfikirəm.
Dostları ilə paylaş: |