Azərbaycan


TEMA 14. AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI HAQQINDA



Yüklə 1,2 Mb.
səhifə25/59
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#108109
növüУчебное пособие
1   ...   21   22   23   24   25   26   27   28   ...   59

TEMA 14. AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI HAQQINDA

Bütün xalqlarda oluğu kimi, Azərbaycan xalqının da ədəbiyyatı əvvəlcə şifahi xalq ədəbiyyatı şəklində yaranmışdır. Xalqımızın yaratdığı dastanlar, nağıllar, nəğmələr, atalar sözləri, lətifələr, tapmacalar, aşıq qoşmaları və s. nəsildən-nəslə keçərək hafizələrdə yaşamışdır. Onlar şifahi xalq ədəbiyyatının geniş yayılmış janrlardır.

Yazılı ədəbiyyat yaranandan sonra da şifahi ədəbiyyat öz inkişafını davam etdirmiş və ədəbiyyatın bu iki növü hamişə bir-birinə təsir göstərmişdir.

Şifahi ədəbiyytın ilk dəfə nə zaman, harada yarandığını müəyyənləşdirmək mümkün deyildir. Ümumiyyətlə, heç bir xalqın şifahi ədəbiyyətının mənşəyini dürüst aydınlaşdırmaq olmur.Lakin bu o demək deyildir ki, şifahi xalq ədəbiyyatının mənşəyi bizim üçün tamam qaranlıqdır. Alimlər müəyyənləşdirmişlər ki, şifahi ədəbiyyatın ilk nümunələri ibtidai icma quruluşu dövründə yaranmışdır.

Hələ qədim zamanlarda insanlar bir sıra ağır işləri birlikdə görməyin səmərəli olduğunu başa düşmüş, heyvanları ovlamaqda və başqa işlərdə birlikdə çalışmışlar. Bu əlbir əmək prosesi ilə əlaqədar ilk əmək nəğmələri yaranmışdır.İbtidai insanların əmək prosesində gördükləri işin ahənginə uyğun olaraq dedikləri sözlər ilk əmək nəğmələrinin əsasını təşkil etmişdir. Xalq yaradıcılığının ən qədim nümunələri də bu sözlər və nəğmələr olmuşdur.

Bir neçə adamın əlbir işləyən zaman nəğmə oxuması və ya müəyyən ahəngdar sözlər deməsi adəti indi də qalmışdır. Məsələn, “Bir, iki, güc ver, qaldlr!”, yaxud “Ha, bir də, ha bir də!” sözləri bu ahənglə deyilmişdir. Keçmişdə toxucu qızların ustaları onlara işi mahnı ilə öyrədərdilər.

Ən qədim zamanlarda insanlar təbiət qüvvələrinin sirrini öyrənməyə və ona təsir etməyə çalışmışlar. Onlar yağış yağması, gün çıxması, bol məhsul götürülməsi üçün təbiətə təsir etmək istəyirdilər. Bu məqsədlə müəyyən ayinlər keçirirdilər. Bu ayinlər zamanı müxtəlif rəqs və nəğmələr ifa edirdilər. Əmək feəliyyəti ilə bağlı nəğmələr belə yaranmışdı.

Şifahi ədəbiyyətı yazılı ədəbiyyatdan fərqləndirən cəhət onun xalq içərisində dildən-dilə keçib yaşamasıdır. Bu nümunələr kollektiv yaradıcılığın məhsuludur. Dastan, nağıl, atalar sözləri, bayatı və s. ilk dəfə bir sənətkar tərəfindən yaranır. Sonra dildən-dilə keçərək dəyişir, cilalanır. Çox hallarda onun ilk müəllifi unudulur.



(Həmid Araslıdan)
Lüğət

xalq ədəbiyyəti – народная литература

dastan – эпос

bayatı – фольклорный жанр, четверостишие

sənətkar – искусный мастер

atalar söləri – пословицы

lətifə - анекдот

tapmaca – загадка

mənşə - происхождение

yaradıcılıq – творчество

qoşma – гошма (стихотворная форма)

ahəng – зд. Ритм, гармония

adət – обычай

nağıl – сказка

ayin – обряд

birlik – единство

məhsul – урожай

əmək – труд

müəllif – автор

unutmaq – забывать


Tapşırıq 98. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 99. Suallara cavab verin:

- Şifahi xalq ədəbiyyatının hansı nümunələri vardır?

- Şifahi xalq ədəbiyyatının ilk nümunəsi nə vaxt yaradılmışdır?

- Əmək prosesində hansı şifahi xalq ədəbiyyətı nümunələri yaranmışdır?

- Şifahi ədəbiyyatı yazılı ədəbiyyatdan fərqləndirən cəhəətlər hansılardır?
Tapşırıq 100. Sözləri düzgün tələffüz edin və tələffüzün hansı fonetik qanuna tabe olduğunu izah edin.

Tapşırıq 101. Oxuyun, tərcümə edin, cümlələrdə işlədin.

Azərbaycan xalqı, xalq ədəbiyyatı, yazılı ədəbiyyət, şifahi ədəbiyyət, əmək prosesi, əmək nəğmələri, atalar sözləri, təbiət qüvvələri, bol məhsul, kollektiv yaradacılıq, ayinlər keçirmək, ifa etmək, dildən dilə keçmək.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin