Азярбайъан Енсиклопедийасы


HİPERAKTİVLİK (hyperactivity)



Yüklə 2,68 Mb.
səhifə232/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   228   229   230   231   232   233   234   235   ...   809
HİPERAKTİVLİK (hyperactivity) – teleekranda reklam kliplərinin göstərilmə tezliyiinin artması. H. mütləq qiymətlərin artırılması ilə müşayiət edilir və heç də həmişə dəyərlərin qiymətlənməsi baxımından reklam sifarişçisinin və telekanalın xeyrinə olmur.

HİPERFOKAL MƏSAFƏ (SONSUZLUĞUN BAŞLANĞICI) (hyperfocal distance) – Obyektivin sonsuzluğa qurulması zamanı hələ də kəskin təsvir edilən, obyektivə ən yaxın plana qədər olan məsafə.

HİPERMƏTN (hypertext) – Bu və ya başqa sənədə, həmin sənədin bir hissəsinə, başqa sənədlərə, qeyri-mətn təbiətli digər mənbələrə (səs, görüntü, video) istinad edən mətn, həmçinin bu cür mətni oxumaq, istinadlara nəzarət etmək, şəkillərin təsvirini əks etdirmək, səs və videoəlavələri yenidən səsləndirmək imkanına malik olan sistem. Bu sistemdə qeyri-mətn komponentli H. h i p e r m e d i a adlanır. Əslində, informasiyanın H. şəklində təsvir olunmasına əsaslanan Ümumdünya hörümçək torunun (WWW) son məqsədi şəbəkə resurslarını (fayllar, mətnlər, verilənlər bazası, proqram-serverlər) ümumi bir şəkildə birləşdirilib, vahid Ümumdünya H.-i yaratmaqdır.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin