Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə234/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   230   231   232   233   234   235   236   237   ...   809
HOLOQRAM (hologram) – İşığa həssas lövhədə yazılmış interferensiya mənzərəsi. Mikroskopla baxdıqda H. rəngli və qara zolaqların növbələşən sistemi kimi görünür. H.-ı alındığı şüa ilə işıqlandırdıqda həqiqi xəyalı görmək olur. Fotoşəkildən fərqli olaraq H.-da neqativ və pozitiv eynidir, informasiya tutumu isə xeyli böyükdür.

HÜDUD TEZLİKLƏRİ (limit frequency) – Spektri məhdud olan harmonik siqnalların maksimal və minimal tezlikləri.

X

XAOS (chaos) – Tam qarışıqlıq, nizamsızlıq, hərc-mərclik, qaydasızlıq, sistemsizlik, dərəbəylik.

XARAKTER (nature/character) – 1) Şəxsiyyətin ictimai həyat şəraiti və tərbiyə təsiri ilə formalaşan mühüm, əsas fərdi xüsusiyyətlərinin məcmusu. Bu fərdi xüsusiyyətlər insanın iradi fəallığında, ətraf aləmə, həmçinin öz-özünə münasibətində ifadə olunur və onun psixoloji simasına müəyyənlik verir; 2) İncəsənətdə, o cümlədən EE-də insanın sabit, mühüm psixi xüsusiyyətlərinin məcmusunun bədii cəhətdən təcəssüm etdirilməsi. Bu xüsusiyyətlər insan üçün müxtəlif şəraitdə, onun digər adamlara münasibətində, həyat hadisələrini qiymətləndirməsində, fərdi hərəkət tərzində təzahür edir; 3) Xasiyyət; hər hansı bir adamın hərəkət və davranışında təzahür edən psixi xüsusiyyətlərin məcmusu. Ədəbi əsərlərdə, teleradio tamaşalarında ruhi, mənəvi xüsusiyyətləri qabarıq şəkildə fərqləndirilən insan surəti. X. surətin ətrafındakı adamlara, mühitə, tarixi şəraitə münasibətinin göstərilməsi yolu ilə yaradılır. Sənətkarın fikirləri, əsasən xarakterlər vasitəsilə ifadə edilir, əsərin forma və məzmun özünəməxsusluğunu şərtləndirir. Sənətin ayrı-ayrı tarixi inkişaf mərhələlərindəki cərəyanların özünəməxsus insan X.-i konsepsiya olmuşdur.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin