TEXNİKİ SAVAD (mediacy) – Video, səs yazısı və digər texnoloji proseslərə yiyələnmək qabiliyyəti.
TEXNİKİ YAYIM VASİTƏLƏRİ (technical equipment/engineering) – Proqramların istehlakçıya çatdırılması üçün istifadə olunan radioelektron vasitələrin və texniki cihazların məcmusu.
TEXNOLOGİYA (technology) – İstehsal proseslərini həyata keçirməyin üsul və vasitələri haqqında biliklərin məcmusu, habelə bu üsulların özü.
TEKST (text) – Müəyyən dilin qanunları əsasında işarələr sistemi ilə söz və ya cümlələrin ardıcıl əlaqəli surətdə düzülməklə məna və ya məlumat əmələ gətirdiyi mətn; musiqi əsərinin sözləri; bədii əsərlərin izahatsız fraqmenti və ya tamamlanmış nüsxəsi; TV-də və kinoda kadrarxası mətn.
TELE... (tele) – Mürəkkəb sözlərin əvvəlində işlənən, onların uzaq məsafəyə və TV-yə aid olduğunu göstərən sözönü. Məs., teleskop, TV, televiktorina, teleqüllə və s.