İşin elmi yeniliyi: M.P.Vaqifin dil-üslub xüsusiyyətlərindən söhbət açarkən onun poetik leksikonunun xəlqi çalarlarla zənginliyinə konkret təhlilə cəlb edərək dəyərləndirmək.
İşin elmi nəticəsi: Anadilli şeirimizin xarici tərkiblərdən azad edilməsində, xəlqi ruhun, folklor motivlərinin yazılı ədəbiyyatımıza gətirilməsində M.P.Vaqifin əvəzsiz rolu.
QAYNAQLAR
Dadaşzadə A.Vaqif: həyat və yaradıcılığı, Azərbaycan EA nəşriyyatı, Bakı, 1966
Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi. ADU nəşriyyatı, Bakı, 1956
Vaqif M.P. Seçilmiş əsərləri, Azərnəşr, Bakı, 1952
Cəfərov S. Müasir Azərbaycan dili, «Maarif» nəşriyyatı, Bakı, 1970.
Vaqif M.P. Əsərləri. Azərnəşr, Bakı, 1960
Əlibəyzadə E. «Şairin dilində atalar sözü və məsəllər», «Bakı» qəzeti, 5 iyul 1968
XALQ ŞEİRİNİN VAQİF MƏRHƏLƏSİ
XÜLASƏ
Məqalədə xalq ədəbiyyatında yazılı ədəbiyyata körpü salan Molla Pənah Vaqif irsi araşdırılır. Həmçinin şairin folklor qatına söykənən dil-üslub xüsusiyyətlərinin doğma şeir dilimizin inkişafına təsiri işıqlandırılır.
Açar sözlər: Vaqif, şifahi xalq ədəbiyyatı, folklor qatı
НАРОДНАЯ ПОЕЗИЯ ЭПОХИ ВАГИФА
РЕЗЮМЕ
В статье исследуется литературное наследие Молла Панах Вагифа, которое проложило путь от народной литературы и устного поэтического мышления до письменной литературы. Также анализируются особенности стиля языка поэта, слои фольклорного лиричечкого повествования, отмечаются развитие родного поэтического языка.
Ключевые слова: Вагиф, устная народная поэзия, фольклорные слои.
VAQIF LEVEL OF FOLK POET
SUMMARY
In article M.P.Vagif’s literary heritage which the bridge from oral poetry mentality to written literature is investigated. Poet’s language-stylistic features, folklore layer in lyric narrative is involved to the analysis, the maintenance in the development of native poetry is estimated.
Key words: Vagif, oral poetry, folklore layer
İSLAM SADIQ
DOMRUL VƏ DUXA ADLARININ MƏNŞƏYİ HAQQINDA
(Şumer və türk epik mətnləri əsasında)
Məsələnin qoyuluşu: Domrul və Duxa adlarının mənşəyinin öyrənilməsi.
İşin məqsədi: Duxa və Domrul adlarının mənşəyi ilə bağlı elmdə kök salmış mövcud yanlışlığın aradan qaldırılması, onların dil və etnik mənsubiyyətinin üzə çıxarılması.
“Dədə Qorqud kitabı”nın ən maraqlı və mükəmməl boylarından biri “Dəli Domrul” boyudur. Bu boy Drezden nüsxəsində var, Vatikan nüsxəsində yoxdur. Bu boyun həm süjetinin, həm də Domrul və Duxa adlarının mənşəyi bir çox araşdırıcıları maraqlandırmış, müxtəlif fikirlər söylənmişdir. Lakin bu məsələ hələ də qəti şəkildə öz həllini tapmamışdır. Bu da birinci növbədə, araşdırıcıların əllərində yetərincə qaynaqların olmaması ilə bağlıdır.
Dəli Domrul haqqında ilk fikir söyləyən eposun Drezden nüsxəsini nəşr etdirib dünyaya tanıdan alman şərqşünası H.F.Dits olmuşdur. O, Dədə Qorqud süjetlərinin mənşəyi, xüsusilə onların yunan miflərilə müqayisəsi zamanı türk eposunun orijinallığını və ilkinliyini söyləmişdir (1,194). Onun ardınca Nyoldeke dastan üzərində işləmiş, lakin mətnin çox yerlərini başa düşmədiyindən işini üzə çıxarmamış, əlində olan materialları tələbəsi V.V.Bartolda vermişdir.
Digər alman alimi Volter Ruben də “Dədə Qorqud”un tədqiqi ilə məşğul olmuş, “Dəli Domrul” boyunun süjetinin bizanslılar yolu ilə “Dədə Qorqud”a keçməsi fikrini irəli sürmüşdür.
Rus alimlərindən “Dədə Qorqud”la ilk dəfə akademik V.V.Bartold məşğul olmuş, “Dəli Domrul” boyunu rus dilinə tərcümədə “Rusiya İmperator Akademiyasının Arxeologiya Cəmiyyəti Şərq bölməsinin əsərləri” adlı məcmuənin səkkizinci cildində nəşr etdirmişdir (2,203-218). V.V.Bartold dastan haqqında yığcam bir araşdırma aparmış, “Dəli Domrul” boyunun indiyə qədər nə müsəlman, nə də Ön Asiya ədəbiyyatında paralelini, oxşarını tapmağın mümkün olmadığını söyləmişdir (3,110).
V.V.Bartold bu fikri söyləyərkən türk folkloru ilə kifayət qədər tanış olmamışdır. Bu gün bizə bəlli olan türk ağız ədəbiyyatı örnəklərində “Dəli Domrul” boyunun süjetinə oxşayan çoxlu motivlər var. Ona görə də V.V.Bartoldun bu fikri Azərbaycan qorqudşünaslığında yetərincə təkzib olunmuşdur.
“Dədə Qorqud” üzərində ardıcıl və geniş araşdırmalar aparmış rus alimləri arasında akademik V.M.Jirmunskinin yaradıcılığı xüsusi yer tutur. Təpəgöz obrazının mənşəyindən danışarkən V.M.Jirmunski doğru olaraq onun yunan Polifemindən qaynaqlanmadığını söyləmişdir. Dəli Domrul obrazından və həmin boyun əsas ideyasından danışarkən isə V.M.Jirmunski V.V.Bartoldun fikirlərini təkrarlamalı olmuşdur. V.M.Jirmunski P.A.Falevə əsaslanaraq “Dəli Domrul” boyunun yunan mifləri ilə əlaqəsindən – həmin miflərin bu boyun ilkin qaynağı olduğundan geniş danışmışdır. Lakin P.A.Falevin fikirləri ilə V.M.Jirmunskinin söylədiklərini tutuşdurduqda onların bir-birinə uyğun gəlmədiyini, hətta ziddiyyət təşkil etdiyini görürük. Doğrudur, P.A.Falev “Dəli Domrul” boyunu yunan mifləri ilə müqayisə etmişdir, lakin yunan miflərini ilkin qaynaq saymamış, fikrini belə yekunlaşdırmışdır: “Ərinin ruhu əvəzinə öz ruhunu verən arvad mövzusuna noqaylıların “Çora Batır” haqqında əfsanəsində rast gəlirik. Ola bilsin ki, həmin mövzu qədim türk mənşəlidir” (4,202). Göründüyü kimi, P.A.Falev “Dəli Domrul” boyunu yunan miflərilə müqayisə etsə də, onların arasında oxşarlıq görsə də, nəticə etibarilə boyun süjetinin türk mənşəli olduğu fikrini söyləmişdir. Niyəsə V.M.Jirmunski P.A.Falevin bu fikrinə toxun-mamışdır. V.M.Jirmunski “Dəli Domrul” boyundakı süjetin yunan miflə-rindən gəldiyini iki arqumentlə əsaslandırmağa çalışmışdır: 1. Süjetin yunan torpağındakı qədimliyi (e.ə. IV əsrdə yazıya alınması); 2. “Domrul” və “Digenis” arasındakı birbaşa əlaqə türk eposu üçün səciyyəvi olmayan Duxa adı ilə təsdiqlənir (5,94; 6,199). V.M.Jirmunskinin hər iki tezisinin yanlışlığı M.H.Təhmasib tərəfindən vaxtında təkzib edilmişdir. “Duxa adının türk eposu üçün səciyyəvi olmadığını, onun Digenislə eyniləşdi-rilməsi”nin yanlışlığını M.H.Təhmasib belə ifadə etmişdir: “Digenislə isə bu adın (Dəli Domrul – İ.S.) heç bir əlaqəsi yoxdur” (7,8).
Bu fikirlərin davamı və təsdiqi kimi demək lazımdır ki, Dəli Domrul və Digenis adlarının bağlılığından danışarkan yalnız birincinin ilkin, ikincinin onun törəməsi olduğunu qəbul etmək mümkündür. Burada mütləq türk sözlərinin yunan dilinə keçərkən necə tanınmaz şəklə düşdüyünü, yunan sözlərinin isə türk dilində az qala dəyişmədiyini nəzərə almaq lazımdır. Hər iki dilin alınma sözlərə münasibəti kontekstində yanaşdıqda qətiyyətlə demək olar ki, Digenis adı Domrulun yunanlaşmış variantından başqa bir şey deyil. Bu fikri təsdiqləmək üçün türk dilindən yunan dilinə keçərkən tanınmaz şəklə düşmüş yüzlərlə şəxs və yer adları göstərmək olar. Ən böyük türk tayfalarından biri olan qıpçaqları ruslar “poloves”, yunanlar isə “kuman” adlandırırdılar. Göründüyü kimi, hər iki dildə bu etnonim tanınmaz şəklə düşmüşdür. Yaxud yunanlar Qarğa çayını Kaistr şəklinə salmışlar. Kaistr adında Qarğa sözünü tapmaq tapmaca açmaq qədər çətindir. Nəhayət, Domrul adı Şumer tanrısı Dumuzu ilə eyni köklüdür. Tofiq Hacıyev də Dumuzu / Tomiris / Domrul adları arasında bağlılıq görməkdə haqlıdır (8,130). Dumuzi – ölüb-dirilmə və Domrul – Əzrayıl süjetlərinin oxşarlığı da bu adların eyniliyini təsdiqləyir.
Əli Yazıçıoğluna məxsus “Oğuznamə”də belə bir alqış var: “Səlim oğlu Qaramanı sevib, Tanrı yaradan; ulu sultan budağı; altun körpü yapan; Əzrayılla savaşan; salxım-salxım don geyən; sakar atını oynadan Tokuş Qoca oğlu Toğrul Sultan”. Vaxtilə B.Ögəl Tokuş Qoca oğlu Toğrul Sultanın Dəli Domrulla eyni şəxs olduğunu yazmışdır. V.M.Jirmunski və Ə.Bican Ərcilasun da Toğrul və Domrulun eyni şəxs və ad olduğunu vurğulamışlar (9,14; 10,80). V.Sultanzadə də “Dəli Domrul” boyunun süjeti və qəhrəmanın adı ilə Şumer qaynaqları arasında paralellər aparıb çox yaxın oxşarlıqlar, eyniliklər tapmışdır. Ə.Yazıçıoğlunun “Oğuznaməsi”ndəki Toğrul Sultan və Dumuzi arasında bir bənzərlik olduğunu söyləmişdir. Lakin Toğrul Sultandan fərqli olaraq Dumuzunun bir sultan olmadığını bildirmişdir (11,481). Burdaca deyək ki, Dumuzi həm tanrı, həm də sultan olmuşdur. O, I Uruk sülaləsinin üçüncü xaqanıdır.
Bəhlul Abdulla “Dəli Domrul” boyu ilə bağlı ayrıca araşdırma aparmış, özündən əvvəlki əksər qaynaqlara nəzər salmış, onları saf-çürük edərək Dəli Domrul və onun atası Duxa Qoca adlarının, boyun süjetinin mənşəyini açıqlayaraq bu qənaətə gəlmişdir: “Dəli Domrul”un süjetini, istərsə də boy qəhrəmanının özünün və atasının adını ayrı-ayrı yabancı ünvanlarda yox, əski türk miflərində, türk adlarında axtarmaq gərəkdir. “Dəli Domrul”un nə vaxt yazıya köçürülməsindən, bəzi görüşlərin, xüsusən islami cizgilərin burada özünü, az qala ön planda göstərməsindən asılı olmayaraq, bu mifoloji laylı boy elə mifoloji laylı Təpəgözlə eyni yaşdadır və onun tarixi, dünyaya yayılma yolu “Təpəgöz”lə birdir” (12,39). B.Abdullanın geniş araşdırmaları özünəqədərki qaynaqlarda bu boyun eposun digər boyları ilə bağlanmadığı, onun süjetinin kənardan alındığı haqqındakı fikirlərin yanlış olduğunu göstərmişdir. Ona görə də B.Abdulla öz araşdırmalarını belə tezisləşdirmişdir: “Bu, sadəcə olaraq, oğuzlarda Tanrının vahidliyinə inamı, folklor poetikasının prinsiplərinə uyğun olaraq, çox sonralar özünə hopduran, təsirə düşməyən, türk adlarını içində yaşadan bir boydur. Bu boy “Kitab”dakı ən əski boylardan biri, çox olsun ki, birincisidir” (12,52). Bu boyun ən əski mifoloji xarakter daşıdığını A.Acaloğlu da ayrıca qeyd etmişdir (13,84).
Faruq Sümər Duxa adının qədimliyini və türk mənşəli olduğunu xüsusi vurğulamışdır (14,356; 15,280). Səlcuqlar sülaləsinin əsasını qoymuş Səlcuqun atasının adı Dukak olmuşdur. Xalis türk olan ulusların ən yüksək idarə məmuruna Daruqa deyilmişdir (16,406). Onun sadə və daha asan tələffüz forması Duqa / Dukadır. Oğuzlarda yad dillərdən gəlmə şəxs adları olmadığından Duxa adının da kökünü mütləq türk dilində axtarmaq lazımdır.
“Dədə Qorqud”dakı Duxa adının yunan mənşəli olmadığını qaynaqlar da təsdiqləyir. Əvvəla bilmək lazımdır ki, Bizans tarixində Duka adına ilk dəfə X əsrdə rast gəlinir (17,168,192,193). İkincisi, “Digenis Akrit” haqqında Bizans poeması da XI əsrdən sonra yaranmışdır. Üçüncüsü, bu poemaya qədər Bizans folklorunda onun qaynağı hesab ediləcək heç bir əsər olmamışdır. Daha doğrusu, Homerə qədər və Homerdən sonra yunan xalqının “Digenis Akrit”dən başqa bir dənə də qəhrəmanlıq eposu yoxdur (18,65). Homerin əsərləri isə müəllifli və yazılı abidələrdir, onları xalq eposu adlandırmaq olmaz. Dördüncüsü, poemada yalnız yunanların deyil, başqa xalqların da yaradıcılığında mövcud olan epik motivlərə rast gəlinir. Beşincisi, Digenisin tarixdəki prototipinin axtarışı bu günə qədər uğurlu nəticə verməmişdir (19,3,60,92,198,203). Bizans tarixçisi Mixail Psell də “Digenis Akrit” poemasının qəhrəmanlarının prototiplərini X əsrdə yaranmış Duxa nəslinə bağlamağa çalışmışdır. Lakin həmin müəllifin “Xronoqrafiya” kitabının tərcüməçisi Y.N.Lyubarski öz qeydlərində bu bağlılığ;n tamamilə şübhəli olduğunu söyləmişdir (20,294).
Duxa adına Kumuk folklorunda Aduqa şəklində rast gəlinir. “Cavad haqqında nəğmə”də Aduqa ölümlə vuruşan Cavadın atasının adıdır. Duxa oğlu Dəli Domrul da ölümlə vuruşur. Motivlərin eyniliyi Aduqa adının Duxanın fonetik variantı olduğunu göstərir. Kumuk alimi A.M.Acıyevə görə, Aduqa, Duxa, Duka, Duha eyni adın variantlarıdır. Hətta Aduqa Kumukun bəzi rayonlarında məhz Duxa/Duka/Duha kimi tələffüz olunmuşdur (21,34). Kumuk alimi “Cavad haqqında nəğmə”ni islamdan çox-çox əvvəlki dövrlərlə bağlamışdır.
Başqırd folklorundakı epik qəhrəmanlardan birinin adı Altunduqa-Batırdır (22,s.40). “Altun”və “Batır” müstəqil sözlərdir və mənaları aydındır. Ona görə “Duqa”nın da müstəqil söz olub, “Altun”a qoşulduğu şübhəsizdir.
Duxa adının Deke formasına digər türk xalqlarının folklorunda da rast gəlinir. V.V.Radlovun Sibir türklərindən topladığı folklor örnəklərindən biri “Buğa-Dəkə” adlanır. Buğa-Dəkə şəxs adıdır (23,23).
Eski bir halk yaşarmış,
Geniş ülkenin suyunu içerlermiş:
Kız kardeşi Pulay Arığ ile,
Bulut karası kır atı ile,
Puğa-Deke yaşarmış. (24,23).
Bəzi qaynaqlarda Daku və Debuka şaman adlarına rast gəlinir (25,688). Burada Duka adının metateza nəticəsində Daku şəklinə düşdüyü və Debukanın isə onun fonetik variantı olduğu aydın görünür.
Dəkə/Duka/Daku/Debuka adları ilə Duxa arasındakı bu fərq Sibir türklərinin tələffüzündən və adların rus transkripsiyasından irəli gəlmişdir. Duxa adına Daqi şəklində kalmık dilində rast gəlinməsi də maraqlıdır.
Əjdər Fərzəli Duxa adının Duğ kökündən yarandığını yazır (26,12). Dügər şəxs adını, Dügər etnonimini və Düyərli toponimlərini Duxa adı ilə bağlamışdır. Bu halda T.Şükürovanın Düyər şəxs adından Düyər etnoniminin, sonuncudan da Düyərli toponimlərinin yarandığı haqqındakı tezisi də (27,12) Duxa adının qədimliyini və türk dilinə məxsusluğunu təsdiqləyir, çünki “qədim dövrlərdə etnonimin dil mənşəyi etnosun öz dili ilə bağlı olmalıdır” (28,126).
Ümumiyyətlə, Duxa adına ayrı-ayrı türk etnoslarında rast gəlinməsi, çox geniş coğrafiyada yayılması onun mənşəyini müəyyənləşdirmək işində böyük əhəmiyyət kəsb edir və diqqətdən kənarda qalmamalıdır.
Ur şəhərinin təxminən e.ə. 2400-cü ildə yaşamış çarlarından birinin adı Dunqa olmuşdur (29,197-198). E.ə. II əsrdə Metenin Dünxu evi üzərində qələbə çaldığı tarixi qaynaqlarda göstərilmişdir (30,92). Burada “Dunxu evi” ifadəsini “Dunxu nəsli” yaxud “Dunxu hakimiyyəti” kimi başa düşmək lazımdır. Dunqa/Dunxu/Duqa/Duxa adları arasında elə bir fərq olmadığı aydın görünür. Onlar eyni adın fonetik variantlarıdır.
Deməli, “Digenis Akrit” poemasındakı Duka adını Bizans tarixində rast gəlinən Duka adları ilə eyniləşdirmək yanlışdır. Nəhayət, Duxa şəxs adına yunanlardan ən azı min il əvvəl yaşamış Anşan çarlarının adlarında rast gəlinir. Məsələn, I Şuruk Duxa belə adlardandır (31,280). Şumer çarlarından Akalam Duq(a) və Meskalam Duq(a) adlarının sonundakı Duqa sözünü alimlər çox zaman Duq kimi oxuyurlar. Halbuki şumer dilində sözlərin sonunda saitlərin yazılmadığını nəzərə alsaq, bu adları Akalam Duqa və Meskalam Duqa kimi oxumaq olar. Solmaz Qaşqay yazır ki, Xorxor qayasının 3-cü sütununda Dukama şəhərinin adı çəkilir (32,110). İ.Cəfərsoylu bu faktı digər qaynaqlarla tutuşduraraq Dukama sözünün Duka tanrısına tapınan etnos demək olduğunu yazır (33,41). Şumer panteonundakı Göy tanrısı Anın arvadlarından birinin adı Qatum Duq(a) olmuşdur. Sözün tərkibindəki “qatum”un “xatun” olduğu aydın görünür. Deməli, adın düzgün yazılış forması Qatum Duqadır. Qudeya da Tanrı Qatum Duqa və Şirpurlu çarının oğludur (34,s.6). Onda bir məsələ də aydınlaşmış olur ki, Duqa/Duka/Duxa tanrı adı olub, epitet kimi Şumer çarlarının adlarına qoşulmuşdur. Əgər Duxa, doğrudan da, Tanrı adıdırsa, onda bu, R.Əliyevin Domrulun Tanrı ilişgili mifoloji qəhrəman olması fikri ilə tam üst-üstə düşür (35,46).
Şumer mətnlərində bu sözə Duku şəklində də rast gəlinir. Müəzzəz İlmiyyə Çığ yazır ki, Şumer tanrılarının göydə Duku adlanan toplantı yerləri və kürsüləri vardı (36,62). S.N.Kramer isə onu “tanrıların yaratma otağı” kimi tərcümə etmişdir (37,291). Burada “yaratmaq” deyəndə çox güman ki, “doğmaq” nəzərdə tutulmuşdur. Onu “doğum otağı” kimi başa düşmək daha doğru olar. Onda Duxa adının “doğmaq” kökündən yarandığı haqqında Ə.Fərzəlinin fikri də öz təsdiqini tapır. Bəllidir ki, tufandan əvvəl yeddi müdrik haqqında miflər olmuşdur. Uruk yazarları ya ağızlardan eşidib, yaxud yazılı qaynaqlardan götürüb onların adlarını yazmışlar. İ.S.Kloçkova görə, hansısa iri və dəyərli əsər müəllifi olan müdriklərdən bir neçəsinin adı kataloqlarda saxlanmışdır. Onların arasında Duqqa adı da var (38,103). Bu adın əvvəlində “müdrik” determinativi olaraq “m” işarəsi qoyulmuşdur: m en-me-duq-qa. Buradan aydın görünür ki, Tufandan əvvəl də Duqqa adı olmuşdur. Duqqa və Duxa adları arasında elə bir ciddi fərq olmadığı aydın görünür. Əslində onların ikisi də eyni addır.
Şumer dilində ayrıca “duğa” sözü də var. Onun “şən, sevinən” mənalarında işləndiyi göstərilmişdir.
Beləliklə, Duxa adına Şumer qaynaqlarında Duku/Duqqa/Duqa/Dukama və s. şəkillərində rast gəlinməsi bu adın tarixinin daha qədim olduğunu, onun mənşəyinin yunanlarla bağlanmağının yanlışlığını aydın göstərir. Digər tərəfdən, bu ada türk epik mətnlərində daha çox rast gəlinməsi, onun ayrı-ayrı türk xalqlarının dilində Dfuha/Duka/Duxa/Aduq/Deke/Daku/Debuka və s. variantlarının mövcudluğu adın türk mənşəli olduğunu söyləməyə daha çox əsas verir. Burada iki faktı da nəzərə almaq lazımdır. Birincisi, yuxarıda deyildiyi kimi, “Dədə Qorqud kitabı”nda alınma şəxs adları demək olar ki, yoxdur. İkincisi, alınma şəxs adlarının türk xalqları arasında bu qədər geniş coğrafi arealda yayılma imkanları məhduddur. Deməli, Duxa adı türk mənşəli olub, heç bir dildən alınmamışdır.
İşin elmi nəticəsi: Şumer mənbələri və digər qaynaqlar tədqiqata cəlb edilməklə Duxa və Domrul adlarının dil və etnik mənşəyi geniş şəkildə araşdırılmış, hər iki adın türk mənşəli olduğu əsaslandırılmışdır.
İşin elmi yeniliyi: Buradakı əsas elmi yenilik şumer mətnləri əsasında Duxa və Domrul adlarının ilk dəfə olaraq yeni yanaşma prizmasından araşdırılması nəticəsində onların hər ikisinin kənardan alınma olmayıb, türk mənşəli olduğunun müəyyənləşdirilməsidir.
Tətbiqi və nəzəri əhəmiyyəti: İşin böyük nəzəri və tətbiqi əhəmiyyəti var. Nəzəri əhəmiyyəti ondan ibarətdir ki, “Dədə Qorqud”da alınma şəxs adlarının olmadığı bir daha sübuta yetirilmişdir. Duxa və Domrul adları da türk dilinə məxsusdur. Tətbiqi əhəmiyyəti odur ki, bu məqalədən qorqudşünaslıqda, eposçuluqda, eposun tipologiyasının və genezisinin, habelə, “Dədə Qorqud”un dilinin və antropologiyasının öyrənilməsində istifadə edilə bilər.
QAYNAQLAR
Davudqızı Flora. “Kitabi-Dədə Qorqud” dastanı Valter Ruben tədqiqatlarında //AMEAM. 2009, №1. s.191-194
Бартольд В.В. Китаби-Коркудь. Борьба богатыря с ангелом смерти // ЗВОРАО, 1894,т. VIII, вып.III-IV, с.203-218
Бартольд В.В. Турецкий эпос и Кавказ // «Книга моего Деда Коркута». Огузский героический эпос. Москва-Ленинград, 1962. с. 109-120.
Фалев П.А. Введение в изучение тюркских литератур и наречий. Ташкент, 1922
Жирмунский. В.М. Следы огузов в Низовьях Сыр-Дарьи // ТС. М.-Л., 1951, с.93-102
Жирмунский В.M. Огузский героический эпос и «Книга Коркута» //«Книга моего Деда Коркута». Огузский героический эпос. Москва-Ленинград, 1962. с. 131-258
Təhmasib M.H. Dastanlarımızın bir növü haqqında // Bakı. AŞXƏDT. “Elm”, 1973. s.3-22
Hacıyev Tofiq. Azərbaycanın qədim onomastikasına dair // AFM. II kitab. “Elm”. Bakı. 1984. s.125-136
Ercilasun A.Bican. Deli Domrul ile Kazakların Korkut Atası Arasında Bir Mukayese // Ankara. MF. 1998. sayı 37. s.3- 12
Jirmunskiy V. Dede Korkut Kitabına Girmeyen Hikayeler // Ankara. MF. Sayı 36. s. 77- 81
Sultanzade Vüqar. Domrul adının kökeni ve Deli Domrul boyunda bazi motiflerin kaynağı üzerine // OTKOTGUFKM. VI kitab. Bakı. 2010. s. 479- 482
Abdulla Bəhlul. Dəli Domrul “Kitabi-Dədə Qorqud”da və qorqudşünaslıqda. Bakı. 2002
Acaloğlu Arif. Duxa Qoca oğlu Dəli Domrul // Bakı. KDQE. II c-də. 2-ci c. 2000. s.84.
Faruq Sümər. Oğuzlar (Türk dilindən tərcümə edəni Ramiz Əsgər), Bakı, 1992
Sümer Faruk. Oğuzlar. İstambul, 1992
Türk dünyası el kitabı. Coğrafiya-tarih. Ankara. I c. 1992
Пселл Михаил. Хронография (Перевод, статья и примечания Я.Н.Любарского). Москва. «Наука». 1978
Аджиев А.М. Дальние дороги песни (заметки о кумыкском героическом эпосе). Дагестанское книжное издательство. Махачкала. 1977
Сыркин А.Я. Поэма о Дигенисе Акрите. «Наука», 1964
Любарский Я.Н. Примечания // Пселл Михаил. Хронография. Москва . «Наука». 1978, с.264-301
Артамонов С.Д. Сорок веков мировой литературы. В 4-х книгах. Кн.1. Литература Древнего Мира. Москва. 1997. 255 с.+ илл.
Башкирские народные сказки (составление, вступительная статья, подготовка текстов и комментарии Л.Г.Барага и Н.Т.Зарипова). Уфа. 1986
Radloff Vilhelm. Türklerin kökleri, dilleri və halk edebiyyatından derlemeler. II c. (Çevirmenler: Yasemin Ünlü, Hasan Yıldız, Arzu Ekinci). Ankara,1999
Аджиев А.М. Кумыкский «йыр» о Джавате и сказание о Дели Домруле из «Китаби-Дедем Коркут» // Баку. СТ, 1975, №6
Серошевский В. Якуты. Опыт этнографического исследования. 1896
Fərzəli Əjdər. Dəli Domrul boyunun sirri // Bakı. EA. 2006, №XXIV
Şükürova T. “Kitabi-Dədə Qorqud”da etnonimlər əsasında yaranan toponimlər. Bakı. 1999.
Hacıyev Tofiq. Azərbaycanın qədim onomastikasına dair // AFM. II kitab. “Elm”. Bakı. 1984. s.125-136
Ситчин З. Двенадцатая планета. Москва, 2007
Щербак А.М. Мухаббат-наме. Огуз-наме. Москва. 1959
Sadıq İslam. Şumerdə izim var. Bakı. Azərnəşr. 2008
Qaşqay Solmaz. Qədim Azərbaycan tarixi mixiyazılı mənbələrdə. Bakı. 2006
Cəfərsoylu İlhami. Şərqi Anadoluda Urartu dövrünə aid türk etnonimləri // Bakı. AzMEAX (humanitar elmlər seriyası). № 2, 2007, s.37-43
Лирическая поэзия древнего Востока (составление И.М.Дьяконова, предисловие В.К.Афанасьевой, И.М.Дьяконова). Москва, 1984
Əliyev Ramil. Ölüb-dirilmə motivinin tipləri və tipikləşdirilməsi haqqında // Bakı. DQ. 2005. № 3. s.36-49
Muazzez İlmiye Çığ. Ortadoğu Uyğarlıq mirası-1. Kaynak yayınları. 6-cı nəşr, İstanbul, 2009
Kramer S.N. Tarix Şumerdə başlar. Ankara, 1998
Клочков И.С. Поздневавилонский список поэтов и ученых // Москва. ВДИ. 1983, №2, с.101-105
İXTİSARLAR
AFM- Azərbaycan Filologiyası məsələləri.
AMEAX- Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri
AMEAM- Azərbaycan Milli Elmlər Akademiyasının Məruzələri
AŞXƏDT- Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər
DQ- Dədə Qorqud
EA- Elmi axtarışlar
KDQE- Kitabi Dədə Qorqud Ensiklopediyası
MF- Milli Folklor
OTKOTGUFKM- Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə Uluslararası Folklor Konfransının Materialları
ВДИ-Вестник Древней Истории
ЗВОРАО – Записки Восточного отделения Российского Археологического Общества
СТ- Советская Тюркология
ТС- Тюркологический Сборник
Xülasə
“Dədə Qorqud” eposunun ən maraqlı və qədim boylarından biri “Dəli Domrul” boyudur. Bu boyun süjetinin və Domrul, Duxa adlarının mənşəyi ilə bağlı elmdə ziddiyyətli fikirlər söylənmişdir. Bu məqalədə ilk dəfə olaraq Şumer epik mətnləri və digər qaynaqlar əsasında Domrul və Duxa adlarının mənşəyi geniş şəkildə araşdırılmış, hər iki adın türk mənşəli olduğu, kənardan alınmadığı inandırıcı arqumentlərlə sübut edilmişdir.
Açar sözlər: “Dədə Qorqud”, Domrul, Duxa, mənşə, Şumer.
ИСЛАМ САДЫГ
О ПРОИСХОЖДЕНИИ ЛИЧНЫХ ИМЁН ДУХА И ДОМРУЛА
(резюме)
Один из самых интересных и древних боев эпоса «Деда Горгуда» является «Дели Домрул». О сюжете и происхождении личных имён Духа и Домрула высказаны различные не совпадающие друг с другом мысли в науке. В данной статье шумерские эпические тексты и другие источники впервые привлечены к исследованию, на основании которых проанализировано происхождение личных имен Духа и Домрул, уверенно обосновано их тюркское происхождение.
Dostları ilə paylaş: |