Bakı Dövlət Universiteti


Sarkozinin simvolik jesti



Yüklə 45,33 Kb.
səhifə18/19
tarix10.01.2022
ölçüsü45,33 Kb.
#108465
1   ...   11   12   13   14   15   16   17   18   19
Sarkozinin simvolik jesti.

“525-ci qəzet”in 4 oktyabr 2011-ci il nömrəsində verilən bu sərlövhə uğurludur. Əsas məqsəd oxucunun diqqətini “jest” sözünə çəkmək idi ki, bunu da jurnalist məharətlə bacarıb.

  1. Cim- Bom” un iştahı artıb.

İştahın artması əsasən canlı varlığa aid edildiyindən, burada bu xüsusiyyətin bir klubun üzərinə köçürülməsi sərlövhəni uğurlu edən səbəblərdəndir. Yazi “Ekspress” qəzetinin 7-9 noyabr nömrəsində nəşr olunub.

  1. Bakı” “Qarabağ”ı “parçalayır”.

“Bakı” klubunun “Qarabağ”-dan futbolçuların transferi ilə bağlı olan bu yazı “Ekspress” qəzetinin 29 aprel 2010-cu il tarixli sayında nəşr olunub. Burada sərlövhəni maraqlı edən cəhət bütün sözlərin “dırnaq ” işarəsində yazılmasıdır.

Nəticə

Bu gün öyrənmək və bilik sahibi olmaq, maraqlandığı mövzuda araşdırma aparmaq, yenilikləri izləmək istəyən insan öz zövqünə uyğun qəzet alıb oxuyur. Əlbəttəki qəzeti alan oxucunun diqqətini ilk növbədə qəzetdəki illüstrasiyalar, şəkillər, sərlövhələr cəlb edir. Buna görə də uğurlu seçilən sərlövhə, diqqət çəkən illüstrasiya və şəkillər yazının oxunma sayını da artırır. Sərlövhələrin seçilməsi mətn üzərində yaradıcılıq prosesinin bir hissəsidir. Bəzən əlyazmalarda müəllif uğursuz sərlövhə seçə bilər. Lakin belə sərlövhələrin seçilməsində müəllifdən çox redaktor günahkardır. Çünki ən mükəmməl redaktə işi redaktorun şəxsi qabiliyyətindən, nəzəri və elmi hazırlığından, dünyagörüşündən, redaktə etdiyi materiala münasibətindən çox asılıdır. Əlyazmaların çapa hazırlanması prosesində redaktənin üç cəhəti: mövzunun seçilməsi, onun şərhi, mətnin ədəbi cəhətdən işlənməsi qırılmaz vəhdət təşkil edir. Bu prosesdə sözügedən məsələlərdən biri də sərlövhənin seçilməsidir. Əlbəttəki, redaktor əlyazmaların redaktəsi prosesində müəllifin seçdiyi sərlövhəyə xüsusi diqqət etməlidir. Çünki uğurlu seçilmiş sərlövhə redaksiyanın oxucularının sayını artırır. Əks təqdirdə, əyər sərlövhə uğurlu seçilməzsə qəzetin satılması da çətinləşə bilər. Hal-hazırda  qəzetlərdə verilən sərlövhələrdəki səhvlər ayaq açıb yeriyir. Bununla yanaşı uğurlu, peşəkar, düşünülmüş, axıcı, poetik, oxunaqlı sərlövhələr də yetəri qədərdir. Uğurlu sərlövhə seçməklə məqsədə tez çatmaq və auditoriyanı diqqətdə saxlamaq mümkündür. Sərlövhələrin köməyi ilə oxucuya hər hansı informasiyanı çatdırmaq olur. Həm də sərlövhə yaradıcılığı Azərbaycanın milli mənəvi dəyərlərinin, dil saflığının qorunmasını gözləməlidir




Yüklə 45,33 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin