Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit



Yüklə 151,88 Kb.
səhifə12/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   17
referat 5869

Kreditor borclarının təhlili
Kreditor borcları da prinsip etibarı ilə debitor borclarının təhlili ilə eynilik təşkil edir, təhlil aparılan zaman aşağıdakılar araşdırılmalıdır:

  • kreditor borclarının ümumi həcminin və onun ayrı – ayrı qruplarının və növlərinin həcminin dinamikası;

  • kreditor borclarının ümumi həcmində borcunun hər qrupunun və konkret növünün xüsusi çəkisinin dəyişilməsi;

  • kreditor borclarının ümumi həcmində vaxtı ötmüş öhdəliklərin, o cümlədən onların qruplarının və konkret növlərinin həcmini və xüsusi çəkisini;

  • kredit borclarının bütövlükdə, həmçinin onun qrupları və ayrı – ayrı növləri üzrə dövr etməsini;

  • müvafiq dövr üçün kreditor borclarının proqnoz həcmini.

Ümumi olaraq kreditor borclarının tərkibinə aşağıda verilmiş qruplar və növlər aid olunur:

  1. Xarici kreditor borcu, yəni kənar təşkilatlara və fiziki şəxslərə olan borc. Bu tərkibə aşağıdakılar aid olunur:

  1. əmtəə əməliyyatları üzrə borclar:

  • mal göndərənlərə və podratçılara borclar;

  • ödənilməli veksellər üzrə borclar;

  • alınmış avanslar;

  1. qeyri - əmtəə əməliyyatları üzrə borclar:

  • büdcə qarşısında borclar;

  • büdcədən kənar fondlara borclar;

  • digər kreditorlar (kənar şəxslərə aid edilən).

  1. Daxili kreditor borcu. Ona müəssisənin şəxsi heyyətinə borc və digər kreditorlar daxildir.

Bu zaman birinci qrupun tərkibində biz qısa və uzun müddətli kreditor borclarını ayırmalıyıq (əgər varsa).

İştirakçılara (təsisçilərə) gəlirlərin ödənilməsi üzrə borclar mühasibat balansında kreditor borclarının tərkibinə daxil edilməmişdir. Amma buna baxmayaraq, bu borc kreditor borcu xarakteri daşıyır və təhlil zamanı onun tərkibinə daxil edilməlidir.

Kreditor borcları təhlil olunan zaman onun vaxtı keçmiş növlərini, kreditor borclarının məbləğini və gecikmə vaxtını günlərlə müəyyən etmək lazımdır. Buna görə də kreditor borclarının ümumi tərkibindən mal göndərənlərlə və alıcılarla bağlanmış müqavilələrdə Azərbaycan Respublikasının qanunvericiliyində, əmək və kollektiv müqavilələrdə nəzərdə tutulmuş müddətlərdən artıq vaxt ərzində müəssisənin balansında olan borcları ayırmaq lazımdır.

Kreditor borclarının dövretməsinin səciyyələndirilməsi üçün aşağıdakı göstəricilərdən istifadə edilir:



  • Dövr etmə əmsalı (ƏdKB):

ƏdKB = (2.16)

burada – araşdırılan dövrdə kreditor borcunun qalığının orta miqdarıdır;


  • Möhkəmlənmə əmsalı (ƏmKB):

ƏmKB = (2.17)



  • Kredit borclarının bir dövrünün orta uzunluğu (UdKB):

UdKB = (2.18)

Dövr etmənin hesablanması zamanı faydalı dövriyyə kimi mədaxillə yanaşı satılmış məhsulun maya dəyərindən, habelə mövcud öhdəliklərin ödənilməsi ilə əlaqədar ödənişlərin məbləğindən istifadə edilə bilər.

Kreditor borclarının hesablanmaları zamanı faydalı dövriyyə kimi mədaxildən istifadə edilməsinin bəzi analitik üstünlukləri vardır ki, bunlar da aşağıdakılar ola bilər:



  • kreditor borclarının bütövlükdə dövretməsini onun ayrı – ayrı növlərinin dövr etməsilə uyğunlaşdırmaq;

  • onun əsasında kreditor borclarının gözlənilən həcmini müəyyən etmək imkanı yaradır.11



Yüklə 151,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin