Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit


III FƏSİL. MÜƏSSİSƏNİN DAYANIQLI İNKİŞAFINDA MALİYYƏ SABİTLİYİNİN ROLU VƏ XÜSUSİYYƏTLƏRİ



Yüklə 151,88 Kb.
səhifə13/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   17
referat 5869

III FƏSİL. MÜƏSSİSƏNİN DAYANIQLI İNKİŞAFINDA MALİYYƏ SABİTLİYİNİN ROLU VƏ XÜSUSİYYƏTLƏRİ



    1. Maliyyə əmsallarından istifadə etməklə müəssisənin maliyyə sabitliyinin inkişafının xüsusiyyətləri

Müəssisənin maliyyə sabitliyi – onun maliyyə ehtiyatlarının, onların bölüşdürülməsi və istifadəsinin elə vəziyyətidir ki, bu halda mümkün risk səviyyəsi şəraitində ödəmə və kredit qaytarma qabiliyyətinin qorunması şərtilə mənfəət və kapitalın artımı əsasında müəssisənin inkişafını təmin edir.

Müasir dövrdə müəssisənin xarici borc mənbələrindən asılı olmaması böyük əhəmiyyətə malikdir. Xüsusi vəsaitlərin ehtiyat mənbələri – xüsusi vəsaitin borc vəsaitindən yüksək olması şəraitində müəssisənin maliyyə sabitliyi ehtiyatlarıdır.

Müəssisənin maliyyə vəziyyətinin sabitliyi maliyyə əmsalları sistemi ilə xarakterizə edilir (cədvəl 2). Onlar balansın aktiv və passivlərinin mütləq göstəricilərinin nisbəti əsasında hesablanır. Maliyyə əmsallarının təhlili onların kəmiyyətinin bazis kəmiyyəti ilə müqayisəsi, həmçinin hesabat dövründə və bir neçə ilə onların dinamikasının öyrənilməsi ilə həyata keçirilir.

Müəssisənin maliyyə sabitliyi, onun borc vəsaitlərindən qeyri – asılılığını xarakterizə edən mühüm göstəricilərdən biri müstəqillik əmsalıdır ( .

Bu göstərici nizamnamə fəaliyyətinin həyata keçirilən zaman avans edilmiş bütün vəsaitlərin ümumi məbləğində xüsusi vəsaitin payını göstərir. Hesab edilir ki, xüsusi vəsait (kapital) nə qədər çox olarsa, bazar iqtisadiyyatı şəraitində qarşıya çıxan gözlənilməz problemləri həll etmək üçün müəssisənin imkanları böyük olacaqdır.

Müstəqillik əmsalının minimal həddi 0,5 səviyyəsində qiymətləndirilir. Müstəqillik əmsalının artımını maliyyə müstəqilliyinin artması, müəssisənin öz öhdəliklərini ödəyəcəyinə zəmanəti və kənardan vəsaitlərin cəlb edilməsi üçün böyük imkanların olmasını göstərir. Lakin risklərin artması və yüksək infilyasiya tempi ilə xarakterizə olunan müstəqillik əmsalının 0,7 həddi məqbul hesab olunur.

Müstəqillik əmsalı cəlb edilən və borc vəsaitləri üzrə öhdəliklərinin həcminin xüsusi vəsaitlərin məbləğinə nisbəti kimi hesablanan borc və xüsusi vəsaitlərin nisbəti əmsalı ilə tamamlanır. Bu əmsal xüsusi vəsaitlərin hər manatına müəssisənin nə qədər borc vəsaiti cəlb etdiyini göstərir. Əmsalın 1:2 nisbəti normal hesab edilir; burada ümumi maliyyələşmənin üçdə bir hissəsi borc vəsaiti hesabına təmin edilir.

Müəssisənin minimal maliyyə sabitliyinin saxlanması üçün, borc və xüsusi vəsaitlərin nisbəti əmsalı mobil və immobil vəsaitlərin nisbətinin kəmiyyəti ilə məhdudlaşmalıdır. Bu göstərici mobil və immobil vəsaitlərin nisbəti əmsalı adlanır.

Maliyyə vəziyyətinin sabitliyinin mühüm xarakterik göstəricisi manevrlik əmsalıdır ( . Bu əmsal müəssisənin sərəncamında olan xüsusi vəsaitlərin hansı hissəsinin az və ya çox dərəcədə manevretmə qabiliyyətinə malik mobil formasında olmasını göstərir. Maliyyə nöqteyi – nəzərindən manevrlik əmsalının artması və ya onun yüksək səviyyəsi hər zaman müsbət tərəfdən xarakterizə edilir. Bu zaman xüsusi vəsaitlər mobildir. Onların böyük hissəsi əsas vəsaitlərə və digər dövriyyədən kənar aktivlərə deyil, dövriyyə vəsaitlərinə yönəldilmişdir. Manevrlik əmsalı 0,5 səviyyəsi optimal hədd hesab edilə bilər. Bu, odeməkdir ki, müəssisənin menecerləri və sabihləri mobil və immobil aktivlərə xüsusi vəsait qoyuluşunda paritet prinsipinə əməl etməlidirlər, bu balansın yüksək likvidliyini təmin edəcəkdir. Lakin öyrənilən müəssisənin fəaliyyət xarakteri nəzərə alınmalıdır.

Məsələn, fond tutumlu istehsal sahələrində bu əmsalın normal səviyyəsi materailtutumlu istehsalla müqayisədə aşağı olacaqdır, çünki xüsusi vəsaitlərin böyük hissəsi əsas istehsal fondlarının və qeyri – dövriyyə aktivlərinin örtülməsi mənbəyi hesab olunur.

Manevrlik əmsalı artmalıdır, eyni zamanda, xüsusi mənbələrin artım tempi əsas vəsaitlərin və dövriyyədən kənar aktivlərin artım tempini keçməlidir. Bu belə müqayisənin aparılmasını zəruri edir.

Cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalı ( . Bu əmsal xüsusi dövriyyə aktivlərinin bütün dövriyyə aktivlərinə nisbəti kimi hesablanır. həddi məqbul hesab olunur.

Material ehtiyatlarının xüsusi vəsaitlə örtülməsi əmsalı ( . Bu əmsal xüsusi dövriyyə vəsaitinin ehtiyat və xərclərə nisbəti kimi hesablanır və normal həddi qəbul edilir.

Maliyyə riski əmsalı ( . Bu əmsal borc kapitalının xüsusi kapitala nisbəti kimi hesablanır. Maliyyə riski əmsalı hər manat xüsusi vəsaitə düşən borc vəsaiti məbləğini göstərməklə hər manat borcun xüsusi vəsaitlə təmin olunması səviyyəsini ifadə edir: 1 həddi normal hesab olunur.

Borc və xüsusi vəsaitlərin nisbəti əmsalının artımı müəssisənin xarici maliyyə mənbələrindən asılılığının gücləndiyini əks etdirməklə maliyyə sabitliyini itirdiyini göstərir. Əlbəttə, əmsalın göstərilən həddi bütün müəssisələrə şamil edilə bilməz. Bu əmsalın kəmiyyəti qiymətləndirilərkən müəssiənin təsərrüfat fəaliyyətinin xarakteri və dövriyyə vəsaitlərinin dövr sürəti nəzərə alınmalıdır. Məsələn, əksər yapon şirkətlərində cəlb edilmiş kapitalın xüsusi çəkisi 80% - ə qədərdir. Əgər müəssisənin dövriyyə vəsaitlərinin dövr sürəti yüksəkdirsə, həmin əmsalın vahiddən yüksək olması qorxulu deyil və müəssisə maliyyə sabitliyini itirmiş hesab edilmir.

Qeyd etmək lazımdır ki, maliyyə riski əmsalı aktivlərin ümumi məbləğində borc kapitalının payından, aktivlərin ümumi məbləğində əsas kapitalın payından, dövriyyə və əsas kapitalın nisbətindən, cari aktivlərin formalaşmasında xüsusi dövriyyə kapitalının payından, eləcə də xüsusi kapitalın ümumi məbləğində xüsusi dövriyyə kapitalının payından asılıdır. Həmin asılılıqları aşağıdakı düsturla əks etdirmək olar:
:
: (3.1)
Müstəqillik əmsalı ilə maliyyə riski əmsalı arasında qarşılıqlı əlaqəni müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə etmək olar:
(3.2)

Əmlakın real dəyəri əmsalı ( . Bu əmsal köhnəlmə çıxmaqla əsas vəsaitin və azqiymətli əşyaların, material dövriyyə vəsaitlərinin cəminin balansın yekununa nisbəti kimi hesablanır. Bu göstərici müəssisənin istehsal potensialının səviyyəsinin, sahibkarlıq fəaliyyətində müəssisənin sərəncamında olan vəsaitdən istifadə olunmasının səmərəliliyininin müəyyənləşdirilməsi üçün istifadə edilir. Əmlakın real dəyəri əmsalı adətən 0,6-nı keçməməlidir. Bəzən real əsas kapitalın (qeyri-maddi aktivlərlə birlikdə) xüsusi kapitala nisbəti əmsalı da hesablanır.

Daimi aktivin indeksi ( . Bu əmsal dövriyyədən kənar aktivlərin xüsusi vəsait mənbəyinə nisbəti kimi hesablanır.

Amortizasiya yığımı əmsalı ( . Bu əmsal toplanmış amortizasiya məbləğinin müəssisənin bütün əsas kapitalının (qeyri-maddi aktivlər də daxil edilməklə) ilkin dəyərinə nisbəti kimi müəyyən edilir. Amortizasiya yığımı əsas fondlara yönəldilmiş vəsaitin azad olunmasının intensivliyini ifadə edir. Onun optimal həddi 0,3 – 0,5 səviyyəsində götürülür.

Müəssisənin vəsait mənbələrinin strukturunun xarakteristikasını vermək üçün müstəqillik əmsalı, borc və xüsusi kapitalın nisbəti əmsalı, manevrlik əmsalı ilə yanaşı fərdi göstəricilərdən də istifadə edilir ki, onlara ilk növbədə, uzunmüddətli kredit və borc vəsaitinin müəssisənin xüsusi vəsaitinin və uzunmüddətli kredit və borclarının məbləğinə nisbəti kimi müəyyən olunan borc vəsaitinin uzun müddətə cəlb edilməsi əmsalı ( aid olunur. Bu əmsal kapital qoyuluşunun maliyyələşdirilməsində borc vəsaitinin payını təqribi qiymətləndirməyə imkan verir.

Səfərbər oluna bilən vəsaitlər. Bura balansın aktivinin daha likvid maddələri daxildir, daha doğrusu, səfərbər oluna bilən vəsaitlər nağd pulun, qiymətli kağızların, debitor borclarının və əmtəə - material dəyərlilərinin cəminə bərabərdir. Bundan başqa, xalis səfərbər oluna bilən vəsaitin məbləği də (səfərbər oluna bilən vəsaitin məbləği ilə qısamüddətli öhdəliklər məbləğinin fərqi) müəyyən edilir.

İnkişaf etmiş bazaryönlü ölkələrin müəssisələrində xüsusi dövriyyə kapitalı debitor borcları və əmtəə - material dəyərləri ehtiyatının cəmi ilə kreditor borclarının fərqi kimi hesablanır. Beynəlxalq praktikada bir səhmə düşən mənfəət, bir səhmə düşən dividentin məbləği və digər göstəricilər də hesablanır. Beləliklə, bazar iqtisadiyyatı şəraitində respublikanın müəssisələrinin maliyyə vəziyyətinin qiymətləndirilməsi, onun maliyyə sabitliyinin təhlili prosesində qərb ölkələrində tətbiq edilən metodikadan mexaniki deyil, müəssisənin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilərək istifadə olunmalıdır.12

İndi də təsərrüfat fəaliyyətini təhlil etdiyimiz müəssisənin balansından istifadə etməklə onun maliyyə sabitliyini ifadə edən göstəriciləri hesablayaq.

Əvvəlcə aşağıdakı şərti göstəriciləri müəyyən edək (man.):


  1. Xüsusi vəsaitlər (pasivin birinci bölməsinin yekunu):

  1. ilin əvvəlinə - 6455935

  2. ilin sonuna – 6619011

  1. Əmlakın dəyəri (balansın yekunu):

  1. ilin əvvəlinə - 10939697

  2. ilin sonuna – 9462388

  1. Müəssisənin qısamüddətli borc məbləği:

  1. ilin əvvəlinə - 4483762

  2. ilin sonuna – 2843377

  1. Debitor borcları :

  1. ilin əvvəlinə - 4716232

  2. ilin sonuna – 2609967

  1. Uzunmüddətli borc vəsaitləri:

  1. ilin əvvəlinə - 0

  2. ilin sonuna – 0

  1. Xüsusi dövriyyə kapitalı:

  1. ilin əvvəlinə - 6455935 – 4839010= 1616925

  2. ilin sonuna – 6619011 – 5255053= 1363958

  1. Dövriyyə aktivləri:

  1. ilin əvvəlinə - 6100687

  2. ilin sonuna – 4207335

o cümlədən:

  1. Ehtiyatlar və xərclər:

  1. ilin əvvəlinə - 906057

  2. ilin sonuna – 1252943

Onlardan istehsal sferasında:

  1. ilin əvvəlinə - 629589

  2. ilin sonuna – 945904

Bu göstəricilərdən istifadə etməklə maliyyə sabitliyini səciyyələndirən əmsalları hesablamaq üçün aşağıdakı cədvəli tərtib edək (cədvəl 1).

Cədvəl 1


Maliyyə sabitliyinin təhlili

N

Gösrəricilər

Məbləğ, manatla




İlin əvvəlinə nisbətən ilin sonuna, %-lə







İlin əvvəlinə

İlin sonuna




1.

Xüsusi vəsait mənbəyi

6455935

6619011

102,52



Əsas vəsaitlər (qalıq dəyəri)

4839010

5255053

108,60

3.

Əmlakın dəyəri

10939697

9462388

86,49

4.

Dövriyyə kapitalı o cümlədən: ehtiyat və məsrəflər ondan istehsal sferasında

6100687

906057
629589



4207335

1252943
945904



68,96

138,29
150,24



5.

Kreditor borcları

4483762

2843377

63,4

6.

Debitor borcları

4716232

2609967

55,34

7.

Xüsusi dövriyyə kapitalı

1616925

1363958

84,35

Cədvəl 1-dən göründüyü kimi, hesabat dövrünün sonunda müəssisədə ilin əvvəlinə nisbətən xüsusi vəsaitlərin dəyəri 163076 manat və ya 2,5% artmış, əmlakın dəyəri 177309 manat və ya 13,5%, borc məbləği 1640385 manat və ya 36,6, debitor borcları 2106265 manat və ya 44,7%, cari aktivlərin ümumi məbləği 1893352 manat və ya 31,1% azalmışdır.



İndi isə maliyyə sabitliyini səciyyələndirən əmsalları hesablayaq:

  1. Müstəqillik əmsalı ( :

  1. ilin əvvəlinə - 6455935:10939697=0,59 yaxud 59,01%

  2. ilin sonuna – 6619011:9462388=0,70 yaxud 70%

  1. Manevrlilik əmsalı ( :

  1. ilin əvvəlinə - 1616925:6455935=0,25 yaxud 25,1%

  2. ilin sonuna – 1363958:6619011=0,20 yaxud 20,6%

  1. Xüsusi vəsaitlərlə təmin olunma əmsalı ( :

  1. ilin əvvəlinə - 1616925:6100687=0,26 yaxud 26,6%

  2. ilin sonuna – 1363958:4207337=0,32 yaxud 32,4%

  1. Material ehtiyatlarının xüsusi vəsaitlə təmin olunması əmsalı ( :

  1. İlin əvvəlinə - 1616925:906057=1,78 yaxud 178,9%

  2. İlin sonuna – 1363958:1252943=1,08 yaxud 108,8%

  1. Maliyyə riski əmsalı ( :

  1. ilin əvvəlinə - 4483762:6455935=0,69 yaxud 69,4%

  2. ilin sonuna – 2843377:6619011=0,42 yaxud 42,9%

  1. Əmlakın real dəyəri əmsalı ( :

  1. İlin əvvəlinə - 5678655:10939637=0,52 yaxud 52%

  2. İlin sonuna – 6452251:9462388=0,68 yaxud 68,2%

  1. Daimi aktivin indeksi ( :

  1. İlin əvvəlinə - 4834902:6455935=0,74 yaxud 74,9%

  2. İlin sonuna – 5255053:6619011=0,79 yaxud 79,4%

  1. Amortizasiya yığımı əmsalı ( :

  1. İlin əvvəlinə - 12277685:17112587=0,71 yaxud 71,7%

  2. İlin sonuna – 11667140:16922193=0,68 yaxud 68,9%

  1. Müəssisənin aktivinin ümumi həcmində debitor borclarının xüsusi çəkisi:

  1. İlin əvvəlinə - 4716232:10939697=0,43 yaxud 43,1%

  2. İlin sonuna – 2609967:9462388=0,27 yaxud 27,6%

Müəssisənin maliyyə sabitliyinin göstəriciləri hesablandıqdan sonra onlar analitik qiymətləndirilməlidir. Bu, hər şeydən əvvəl, təcrübədə müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi üçün yuxarıda qeyd edilən əmsalların bəzi ekstremal səviyyələrinin müqayisə edilməsi yolu ilə həyata keçirilir (cədvəl 2).

Belə ki, müstəqillik əmsalı üçün onun kəmiyyətinin 50%-dən yuxarı olması müsbət sayılır. Təhlil apardığımız müəssisədə bu əmsal ilin əvvəlinə 0,59 və ya 59,01%, ilin sonuna 0,70 və ya 70% olmuşdur. Ona görə də müəssisənin kreditorları tamamilə əmin ola bilərlər ki, borc kapitalı müəssisənin xüsusi vəsaitləri ilə örtülə bilər. Real əsas kapitalla müəssisənin aktivlərinin ümumi dəyəri arasındakı nisbət ilin əvvəlinə 52%, ilin sonuna 68,2% olmuşdur. Bu, o deməkdir ki, təhlil apardığımız müəssisə özünün sahibkarlıq fəaliyyətində müəssisə vəsaitindən kifayət qədər səmərəli istifadə etmişdir.

Borc və xüsusi kapitalın nisbəti (maliyyə riski əmsalı) 1 olmalıdır. Təhlil apardığımız müəssisədə bu nisbət ilin əvvəlinə 0,69, ilin sonuna 0,42 olmuşdur. Bu isə o deməkdir ki, müəssisə xüsusi vəsaitin hər vahidinə daha az məbləğdə borc vəsaiti cəlb etmişdir.

Cədvəl 2


Müəssisənin maliyyə sabitliyinin analitik qiymətləndirilməsi

N

Göstəricilər

İlin əvvəlinə

İlin sonuna

Kənarlaşma, ±

1

Müstəqillik əmsalı

0,59

0,70

+0,11

2

Manevrlik əmsalı

0,25

0,20

-0,05

3

Maliyyə riski əmsalı

0,69

0,42

-0,27

4

Borc vəsaitinin xüsusi çəkisi

0,41

0,30

-0,11

5

Əmlakın real dəyəri əmsalı

0,52

0,68

+0,16

6

Amortizasiya yığımı əmsalı

0,71

0,68

-0,03

7

Cari aktivlərin xüsusi vəsaitlə örtülmə əmsalı

0,26

0,32

+0,06

8

Daimi aktivin indeksi

0,74

0,79

+0,05

9

Maliyyə ehtiyatlarının xüsusi vəsaitlə təmin olunma əmsalı

1,78

1,08

-0,7

Amortizasiya yığımı əmsalının nəzəri cəhətdən optimal həddi 0,5 olmalıdır. Tədqiqat apardığımız müəssisədə bu əmsal ilin əvvəlinə 0,71 yaxud 71,7%, ilin sonuna 0,68 yaxud 68,9% olmuşdur. Bu da müəssiənin əsas vəsaitlərə qoyulmuş vəsaitlərin çıxarılmasının intensivliyini göstərir. Cədvəldən də göründüyü kim material ehtiyatlarının xüsusi vəsaitlə təmin olunması əmsalı yüksəkdir.

O zaman belə nəticəyə gəlmək olar ki, müəssisənin maliyyə sabitliyi normal səviyyədədir və müəssisə öz öhdəliklərini yerinə yetirmək qabiliyyətinə malik vəziyyətdədir, nəticə olaraq müəssisə ödəmə qabiliyyətlidir.



    1. Yüklə 151,88 Kb.

      Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin