Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit


Maliyyə sabitliyinin bölüşdürülməmiş mənfəətdən asılılığının təhlili



Yüklə 151,88 Kb.
səhifə9/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
referat 5869

2.1.1. Maliyyə sabitliyinin bölüşdürülməmiş mənfəətdən asılılığının təhlili
Müəssisənin maliyyə vəziyyətinin kompleks təhlil olunması onun sabitlik səviyyəsini səciyyələndirən göstəricilərin dinamikasının amillər üzrə tədqiqatını tələb edir. Bu göstəricilərin səviyyəsi də əhəmiyyətli dərəcədə xüsusi kapitalın mühüm elementi olan bölüşdürülməmiş mənfəətin (BM) həcmindən asılıdır. Onda belə qeyd etmək olar ki, müəssisənin maliyyə vəziyyətinin göstəricilərinin amillər üzrə təhlilini bölüşdürülməmiş mənfəət məbləğinin dinamikasının amillər üzrə təhlilinə uyğunlaşdırmaq lazımdır.

BM-in dinamikasının amillər üzrə təhlili modelinin qurulması elə təsəvvür yaradır ki, onun mühasibat balansı üzrə hesabat dövrünün sonuna bölüşdürülməmiş məbləği (BMson) və hesabat dövrünün əvvəlinə məbləği (BMilk) arasında fərq kimi hesablanan dəyişilməsi (∆BM) hesabat dövrünün BM məbləğinə (BMhd) əks etdirən nəticədir:

∆BM = BMson - BMilk = BMhd (2.1)
Əgər hesabat dövründə keçmiş illərin mənfəətinin bölüşdürülməsi (istifadə edilməsi) İMki və mühasibat uçotunun “Əlavə kapital” adlı 87 nömrəli hesabından sıradan çıxmış əsas vəsaitlərin əlavə qiymətləndirilməsi (Məq) “Bölüşdürülməmiş mənfəət” (ödənilməmiş zərər) adlı 88 nömrəli hesaba köçürülməsi həyata keçirilmişdirsə, o zaman (2.1) düsturu aşağıdakı şəkli alacaqdır:
∆BM = BMson - BMilk = BMhd - İMki + Məq (2.2)
Əgər əməliyyatların uçotundakı müasir qaydaya əsaslansaq, o zaman mühasibat uçotunun “Mənfəət və zərər” adlı 80 və 88 nömrəli hesabları üzrə hesabat dövrünün, o cümlədən hesabat ilinin bölüşdürülməmiş mənfəətinin həcminin formalaşmasını aşağıda verilmiş modellə göstərə bilərik :
BMhd = BM – MVşx – DVÖ – CPen – İMhd (2.3)
Burada BM – balansın mənfəətidir (vergi hesablanana qədər mənfəətdir);

MVşx – mənfəət vergisi üzrə şərti xərcdir, başqa sözlə desək, BM-nin müəyyən edilmiş vergi dərəcəsinə (VD) vurulması ilə hesablanan mənfəət vergisidir, yəni MVşx = BM * VD; DVÖ – daimi vergi öhdəlikləridir, daimi vergi tutulma fərqlərinin (DVF) VD-yə vurulması ilə hesablanır, yəni DVÖ = DVF * VD; CPen – büdcəyə və büdcədən kənar fondlara ödənilməli cərimələr (C) və peniyalardır (Pen); İMhd – hesabat dövrünün istifadə edilmiş (bölüşdürülmüş) mənfəətidir.

2 saylı forma əsasında xalis mənfəətin hesablanması qaydası aşağıdakı kimidir:
XM = BM – MVc – CPen (2.4)
Burada MVccari mənfəət vergisidir, yəni büdcəyə ödənilməli olan mənfəət vergisidir.

Bu zaman nəzərə almaq lazımdır ki, (2.3) düsturunun (BM – MVşx – DVÖ) kimi elementləri üzrə hesablamanın nəticəsi (2.4) düsturunun (BM – MVc) kimi elementləri üzrə hesablamanın nəticəsinin eynidir.

Bu eyniliyi biz aşağıdakı düstur kimi verə biləri:
BM = MVşx – DVÖ = BM - MVc (2.5)
O zaman BMhd formalaşması modeli də (2.4) düsturunun elementlərini nəzərə almaqla ayrı cür yazıla bilər:
BMhd = BM – MVc – CPen - İMhd (2.6)
Yuxarıda qeyd olunmuş fikirlərə əsaslanaraq demək olar ki, bölüşdürülməmiş mənfəətin dinamikasının amillər üzrə təhlili zamanı ona təsir edən müvafiq amillərin aşkara çıxarılması cəhətdən qarşıya qoyulmuş analitik vəzifələrdən və lazımı olan informasiyanın olmasından asılı olaraq (2.3) və (2.6) düsturları ilə təqdim edilmiş modellərdən istifadə edilə bilər.8

İndi isə şərti qəbul edilmiş cədvəl məlumatları ilə, eləcə də uçot informasiyası bazasında (2.1) və (2.6) düsturları ilə verilmiş modellərdən istifadə etməklə, bölüşdürülməmiş mənfəətin dinamikasına və ona təsir edən amilləri nəzərdən keçirək:

Bunun üçün ilkin olaraq balansın I bölməsinin passiv maddələrinin çıxarışını yazaq və şərti qiymətlər verək

Cədvəl 2.1




Yüklə 151,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin