Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit


Müəssisənin maliyyə sabitliyinin iqtisadi göstəricilər sistemi



Yüklə 151,88 Kb.
səhifə6/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   17
referat 5869

Müəssisənin maliyyə sabitliyinin iqtisadi göstəricilər sistemi

Müəssisənin fəaliyyət göstərməsinin və vəziyyətinin sabitliyi ilkin olaraq onun maliyyə vəziyyətinin sabitliyi ilə xarakterizə olunur.

Maliyyə sabitliyi gəlirlərin stabil olaraq xərclərdən yüksək olmasını əks etdirməklə, müəssisənin pul vəsaitlərinin sərbəst manevrliyini təmin edir və onlardan səmərəli istifadə etməklə məhsul istehsalı və satışı prosesinin fasiləsizliyinə əlverişli imkan yaradır. Buna görə də müəssisənin maliyyə sabitliyi bütün istehsal – təsərrüfat fəaliyyəti prosesində formalaşır və müəssisənin ümumi sabitliyinin əsas komponenti hesab edilir.

Qeyd etmək lazımdır ki, yüksək rentabellik daha yüksək risklə bağlıdır. Bu o deməkdir ki, müəssisə gəlir əldə etməklə yanaşı zərərə də düşə bilər. Burdan belə qənaətə gəlmək olar ki, maliyyə sabitliyi kompleks anlayışdır.

Müəssisənin maliyyə vəziyyətinin təhlilinin əsas istiqamətlərindən biri maliyyə vəziyyətinin sabitliyini ifadə edən mütləq və nisbi göstəricilər sisteminin müəyyənləşdirilməsidir. Bu vacib məsələnin həlli hər şeydən əvvəl təhlilin əsaslandığı balans modeli ilə bağlıdır. Bazar şəraitində həmin model aşağıdakı formanı alır:
F+( + = (1.1)
Eyni zamanda göstəricilərə aşağıdakı qiymətləri verib, hesablamalarımızı apara bilərik:

Burada, F uzunmüddətli aktivləri (əsas vəsait və qoyuluşları) - 455980;



qısamüddətli aktivləri;

ehtiyatlar, qısamüddətli debitor borcları, sair qısamüddətli aktivləri - 87200;

pul vəsaitləri və onların ekvivalentlərini - 123650;

xüsusi kapitalı- 490650;

uzunmüddətli bank krediti və borc vəsaitini - 160000;

qısamüddətli bank krediti və borc vəsaitini - 9800;

hesablaşmalar (kreditor borcları) və digər passivləri göstərir - 6380.

Nəzərə alsaq ki, uzunmüddətli kredit və borc vəsaitinin əksər hissəsi əsas vəsaitin əldə edilməsinə və kapital qoyuluşuna yönəldilir, ilkin balans düsturunu dəyişmək olar:


(1.2)
Buradan da belə nəticə çıxarmaq olar ki, həddində
(1.3)
Daha doğrusu, pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları və hesablaşmalar müəssisənin qısamüddətli öhdəliklərini örtür.

Beləliklə, maddi dövriyyə vəsaitlərinin dəyərinin onların yaranmasına xüsusi və borc mənbələrinə nisbəti müəssisənin maliyyə vəziyyətinin sabitliyini müəyyən edir. Ehtiyat və xərclərin onların yaranma mənbələri ilə təmin edilməsi maliyyə sabitliyinin mahiyyətini xarakterizə edirsə, ödəmə qabiliyyəti onun xarici görünüşü kimi çıxış edir. Maliyyə sabitliyinin daha ümumiləşdirilmiş göstəricisinə ehtiyat və xərclərin yaradılması üçün vəsait mənbələrinin artıqlığı və ya çatışmazlığı göstəricisi aid edilir. Bu zaman müəyyən vəsait mənbəyi ilə (xüsusi, kredit və digər borc vəsaiti) təminat nəzərdə tutulur, çünki bütün növ mənbə məbləğinin (kreditor borclarını və sair passivləri daxil etməklə) lazımı səviyyədə olması balansın aktivi və passivi üzrə yekunların eyniliyi ilə təminat edilir.

Müəssisənin dövriyyə aktivləri balansın aktivinin II bölməsinin yekununa bərabərdir. Ehtiyat və xərclərin yaradılma mənbələrinin xarakteristikasını vermək üçün bir sıra göstəricilərdən istifadə edilir:


  1. Xüsusi dövriyyə vəsaitinin mövcudluğu. Bu göstərici xüsusi vəsait mənbələri ilə (balans passivinin I bölməsinin yekunu) əsas vəsait və qoyuluşların (balans aktivinin I bölməsinin yekunu) fərqinə bərabərdir.


(1.4)

490650 455980 = 34670


  1. Ehtiyat və xərclərin yaradılmasının xüsusi və uzunmüddətli borc mənbələrinin mövcudluğu. Bu gostərici müəssisənin xüsusi vəsaiti və uzunmüddətli borc vəsaitinin cəminə bərabərdir.


(1.5)

= 34670 + 160000 = 194670


  1. Ehtiyat və xərclərin əsas mənbələrinin ümumi həcmi . Bu göstərici əvvəlki göstərici ilə qısamüddətli borc vəsaitinin ( bu zaman vaxtı ötmüş borc hesablamaya daxil edilmir ) cəminə bərabərdir.


(1.6)

= 194670 + 9800 = 204470
Ehtiyat və xərclərin yaradılmasının əsas mənbələrinin ümumi həcmi göstəricisi təqribidir, çünki qısamüddətli kreditlərin müəyyən hissəsi yüklənmiş mallara görə verilir, ehtiyat və xərcləri ödəmək üçün isə kreditləşdirmə zamanı bank tərəfindən uçota alınan kreditor borclarından istifadə edilir. Balansda həmin həcm göstərilmir, onlar üçün yalnız yuxarı hədd qiymətləndirilə bilər.

Yüklənmiş mallara görə borc həmin mallara görə debitor borclarından artıq olmamaqla məhdudlaşdırılır, kreditləşmə zamanı bank tərəfindən nəzərə alınan kreditor borcları mal və xidmətə görə borc məbləğindən və alınmış avans üzrə borc məbləğindən yüksək olmur. Bu çatışmazlıqlara baxmayaraq, ehtiyat və xərclərin yaradılması mənbələrinin ümumi həcm göstəricisi maliyyə sabitliyinin səviyyəsini müəyyən etmək üçün düzgün istiqamət verir, belə ki, müasir bank qanunvericiliyində təminatsız kreditin verilməsi mümkün deyildir.

Ehtiyat və xərclərin yaranma mənbəyinin həcminin üç göstəricisinə ehtiyat və xərclərin təmin olunmasının üç göstəricisi müvafiqdir:


  1. Ehtiyat və xərclərin yaradılması üçün əsas mənbələrin ümumi həcminin artıqlığı (+) və ya çatışmazlığı ( ):


(1.7)

204470 – 87200 = (346700+ 160000+ 9800)– 87200 = 117270


  1. Xüsusi dövriyyə vəsaitinin artıqlığı (+) və ya çatışmazlığı (


(1.8)

= 34670 – 87200= – 52530


  1. Ehtiyatların yaradılması üçün xüsusi və uzunmüddətli borc mənbələrinin artıqlığı (+) və ya çatışmazlığı (


(1.9)

= (34670 + 160000 + 9800) – 87200 = 117270

= = 117270 – 87200= 30070
Yuxarıda verdiyimiz hesablamaları aşağıdakı cədvəl şəklində göstərə bilərik:

Cədvəl 1


Sıra

Göstəricinin adı

Hesablanması

Qiyməti

1

Xüsusi dövriyyə vəsaitinin mövcudluğu



34670

2

Ehtiyat və xərclərin yaradılmasının xüsusi və uzunmüddətli borc mənbələrinin mövcudluğu



194670

3

Ehtiyat və xərclərin əsas mənbələrinin ümumi həcmi



204470

4

Ehtiyat və xərclərin yaradılması üçün əsas mənbələrin ümumi həcminin artıqlığı (+) və ya çatışmazlığı ( ):




117270

5

Xüsusi dövriyyə vəsaitinin artıqlığı (+) və ya çatışmazlığı (




– 52530

6

Ehtiyatların yaradılması üçün xüsusi və uzunmüddətli borc mənbələrinin artıqlığı (+) və ya çatışmazlığı (




117270

Ehtiyat və xərclərin onların yaradılması mənbələri iə təmin olunmasını xarakterizə edən üç göstəricinin hesablanması sabitlik səviyyəsinə görə maliyyə vəziyyətini təsnifləşdirməyə imkan verir.



  1. Mütləq sabitlik ( Bu vəziyyətə nadir hallarda rast gəlinir:


(1.10)


  1. Müəssisənin ödəmə qabiliyyətini təmin edən normal sabitlik (


(1.11)


  1. Qeyri-sabit maliyyə vəziyyəti . Bu halda ödəmə qabiliyyəti pozulsa da (aşağı düşsə də), xüsusi vəsait mənbələrinin tamamlanması və xüsusi dövriyyə vəsaitinin artımı, müvəqqəti sərbəst vəsait mənbələrinin dövriyyəyə cəlb edilməsi hesabına tarazlığın yaradılması mümkünlüyü qalır:


(1.12)


  1. Böhranlı maliyyə vəziyyəti . Bu halda müəssisə müflisləşmə həddinə çatır, çünki bu zaman pul vəsaitləri, qısamüddətli maliyyə qoyuluşları və müəssisənin debitor borcları hətta onun kreditor borclarını və vaxtı ötmüş ssudalarıni belə örtə bilmir:


(1.13)6
Müəssisənin maliyyə vəziyyətinin sabitliyi aşağıda göstərilən tədbirlər nəticəsində bərpa edilə bilər:

  • cari aktivlərə yönəldilmiş kapitalın dövretməsinin sürətləndirilməsi;

  • ehtiyat və məsrəflərin əsaslandırılmış qaydada (norma səviyyəsinə qədər) azaldılması;

  • daxili və xarici mənbələr hesabına xüsusi dövriyyə vəsaitlərinin tamamlanması.

Buna görə də, daxili təhlil çərçivəsində ehtiyat və məsrəflərin, cari aktivlərin dövranının, mövcud xüsusi dövriyyə kapitalının həcminin dəyişməsinin səbəbləri, eləcə də uzunmüddətli və cari maddi aktivlərin azalması, vəsaitlərin dövr sürətinin və xüsusi dövriyyə kapitalının həcminin artırılması imkanları dərindən öyrənilməlidir.

Daxili təhlil çərçivəsində aşağıdakı qarşılıqlı əlaqəli göstəriciləri özündə əks etdirən ödəmə qabiliyyətli olmayan balansın qurulması əsasında müəssisənin maliyyə sabitliyinin təhlili dərinləşdirilir:



  1. Ödəmələrin ümumi həcmi:

  • bank ssudası üzrə vaxtı ötmüş borclar;

  • malgöndərənlərin hesablaşma sənədləri üzrə vaxtı ötmüş borclar;

  • büdcəyə ödəmələr üzrə kəsrlər;

  • digər ödəməmələr (o cümlədən əmək haqqı üzrə).

  1. Ödəməmələrin səbəbləri:

  • xüsusi dövriyyə vəsaitinin çatışmazlığı;

  • plandan artıq əmtəə-material dəyərliləri ehtiyatı;

  • alıcılar tərəfindən dəyəri vaxtında ödənilməmiş yüklənmiş borclar;

  • akseptdən imtina formasında alıcıların məsuliyyətli saxlanmasında olan mallar;

  • əsaslı tikintiyə, alınmış ssudaya görə işçilərin borclarına, eləcə də xüsusi fondlar və məqsədli maliyyələşdirmə vəsaiti hesabına örtülməyən xərclərə dövriyyə vəsaitinin kənarlaşdırılması.

  1. Maliyyə gərginliyini azaldan mənbələr:

  • müvəqqəti sərbəst vəsait;

  • cəlb edilmiş vəsait;

  • dövriyyə vəsaitinin müvəqqəti tamamlanmasına görə alınan bank krediti və digər borc vəsaiti.

Ödəməmələrin ümumi həcminin və maliyyə gərginliyini azaldan mənbələrin tam nəzərə alınması şəraitində 2-ci qrupun yekunu ilə 1 və 3-cü qruplar üzrə məbləğin cəmi bərabər olmalıdır.



    1. Yüklə 151,88 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin