Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit


II FƏSİL. MÜƏSSİSƏNİN MALİYYƏ SABİTLİYİNİ XARAKTERİZƏ EDƏN GÖSTƏRİCİLƏR SİSTEMİ



Yüklə 151,88 Kb.
səhifə8/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
referat 5869

II FƏSİL. MÜƏSSİSƏNİN MALİYYƏ SABİTLİYİNİ XARAKTERİZƏ EDƏN GÖSTƏRİCİLƏR SİSTEMİ
2.1. Maliyyə sabitliyinin səviyyəsinə təsir edən amillərin təhlili
Müəssisənin maliyy sabitliyi maliyyə resurslarının elə bir halıdır ki, bu zaman müəssisə pul vəsaitlərindən sərbəst surətdə, səriştəli olaraq, bacarıqla, məqsədyönlü və səmərəli istifadə etməklə məhsul (iş və xidmət) istehsalı və satışı prosesinin fasiləsizliyini, eyni zamanda minimum və ya sabit məsrəflərlə istehsalın artımını və genişləndirilməsini təmin edir.

Müasir dövrdə müəssisənin maliyyə sabitliyinin sərhədlərinin müəyyənləşdirmək ən başlıca problemlərdən biri olaraq qalır. Ona görə ki, müəssisədə bütöv olmayan maliyyə sabitliyi təşkilatda istehsalın genişləndirilməsi və inkişaf etdirilməsindən ötrü vəsaitlərin çatışmazlığına, ödəmə qabiliyyətinin zəifləməsinə və yekun olaraq müəssisənin iflasa uğramasına gətirib çıxara bilər. Əks halda “normadan artıq” olan maliyyə sabitliyi isə müəssisənin inkişaf etməsinə maneçilik törədir, lazım olmayan ehtiyatların yaradılmasına və məsrəflərin əmələ gəlməsinə səbəb olur.

Müəssisənin normal fəaliyyəti ilkin olaraq onun maliyyə vəziyyətinin sabitliyi ilə xarakterizə olunur.

Bu deyilənləri nəzərə alaraq müəssisənin maliyyə sabitliyi elə təhlil olunmalıdır ki, maliyyə sabitliyinə təsir edən bütün amillər əsaslı, dərin və obyektiv qiymətləndirilsin və müəssisənin maliyyə sabitliyi həm rəhbərləri, həm də marağı olan xarici subyektləri qane etsin.

Müəssisənin maliyyə sabitliyinə bir çox amil təsir göstərir. Məsələn onlardan bir neçəsini aşağıdakı kimi qeyd etmək olaraq:


  • əmtəə bazarında müəssisənin vəziyyəti;

  • geniş tələbata malik ucuz mallar istehsal etməsi;

  • işgüzar əməkdaşlıqda müəssisənin potensialı;

  • xarici investor və kreditorlardan maliyyə asılılığı səviyyəsi;

  • ödəmə qabiliyyəti olmayan debitorların mövcudluğu;

  • təsərrüfat və maliyyə əməliyyatlarının səmərəliliyi və i.a.

Bu amillərin belə müxtəlifliyi maliyyə sabitliyinin növlərini şərtləndirir. Belə ki, müəssisə səviyyəsində təsir edən amillərə görə sabitlik daxili və xarici, ümumi və maliyyə sabitliyinə ayrılır.

Daxili maliyyə sabitliyi dedikdə, müəssisənin fəaliyyətinin stabil yüksək nəticələrini təmin edən ümumi maliyyə sabitliyi başa düşülür. Həmin vəziyyətə nail olmaq üçün daxili və xarici amillərin təsirinin nəzərə alınması zəruridir. Müəssisənin xarici sabitliyi fəaliyyət göstərdiyi iqtisadi mühitin sabitliyi ilə şərtlənir.

Müəssisənin ümumi maliyyə sabitliyi dedikdə, onun vəsaitinin (gəlirlərinin) daxil olma sürətinin həmin vəsaitin istifadəsi (məsrəflərdən) sürətindən üstün artımını təmin edən pul axınının hərəkəti başa düşülür.

Maliyyə sabitliyi stabil olaraq gəlirlərin xərclərdən yüksək olmasını, müəssisənin pul vəsaitlərinin sərbəst manevrliyini və fasiləsiz məhsul (iş və xidmət) istehsalı və satışı prosesində onlardan səmərəli istifadə olunmasını əks etdirir. Buna görə də müəssisənin maliyyə sabitliyi bütün istehsal təsərrüfat fəaliyyəti prosesində formalaşır və müəssisənin ümumi sabitliyinin əsas komponenti hesab edilir.

Aşağıda növbəti paraqraflarda sırf müəssisənin maliyyə sabitliyinə təsir edən üç komponent üzərində təhlil aparmaq istərdim.


Yüklə 151,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin