Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit


I FƏSİL. MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN NƏZƏRİ CƏHƏTDƏN ƏSASLANDIRILMASI



Yüklə 151,88 Kb.
səhifə5/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   17
referat 5869

I FƏSİL. MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN NƏZƏRİ CƏHƏTDƏN ƏSASLANDIRILMASI


    1. Maliyyə vəziyyətinin məzmunu , vəzifələri və informasiya mənbələri

İqtisadi kateqoriya olan müəssisənin maliyyə vəziyyəti özünü kapitalın dövr etməsi prosesində göstərir. Müəssisənin maliyyə vəziyyəti dedikdə, təşkilatın öz fəaliyyətini maliyyələşdirmək qabiliyyəti kimi anlaşılır. Təcrübədə maliyyə vəziyyəti müəssisənin öz fəaliyyətini normal qurması üçün lazım olacaq maliyyə resursları ilə təmin olunması, əldə olunmuş maliyyə vəsaitlərinin məqsədli yerləşdirilməsi və səmərəli istifadə olunması, maliyyə baxımından hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqəsi, müəssisənin öhdəliklərini vaxtında icra edə bilmə, ödəmə qabiliyyəti və maliyyə sabitliyi ilə səciyyələndirilir.

Bildiyimiz kimi müəssisənin fəaliyyəti zamanı təhcizat, istehsal, satış və maliyyə fəaliyyətlərində kapitalın fasiləsiz olaraq dövr etməsi prosesi baş verir, bunun nəticəsində isə vəsaitlərin strukturunda, maliyyə resurslarının həcmində və mənbələrində, onlara olan tələbatlarda dəyişikliklər meydana çıxır. Sonda bütün sadalananlar müəssisənin maliyyə vəziyyətinin də dəyişilməsinə gətirib çıxarır.

Müəssisənin fəaliyyətinə ən çox təsir göstərən ilkin vasitələrdən biri maliyyədir. Müəssisənin maliyyəsi dediyimiz zaman biz məhsul (iş və xidmətlər) istehsalı və satışı, bundan əlavə müəssisə hər hansı digər fəaliyyət növü həyata keçirən zaman yaranan pul münasibətləri sistemi başa düşülür. Fəaliyyət göstərən hər bir müəssisənin maliyyə vəziyyəti əmtəəlik məhsulun, iş və xidmətlərin, əsas vəsait obyektlərinin satışı, və ləğv edilməsindən əldə olunan pul vəsaitinin, banklardan alınan kreditlərin, material dəyərlilərinin satışından, müəssisə, idarə və təşkilatlardan alınan borcların, malsatanlara və digər kreditorlara olan borcların, malalanlardan daxil olan avansların, malsatanlara və digər kreditorlara olan avansların, xüsusi təyinatlı fondların müvəqqəti azad vəsaitinin yaranmasında, yerləşdirilməsi və istifadəsində ifadə olunur.1

Müəasir dövrdə bazar rəqabətinin hökmranlıq etdiyi zamanda müəssisə ayaqda qalması, iflasa uğramaması və böyük maliyyə itkilərinə, uğursuzluqlarına düşməməsi, rəqabət şəraitində liderliyi ələ almaq, məhsulun (iş və xidmətin) qiymətini və əldə olunacaq mənfəətinin maksimumlaşdırılması, mümkün ola biləcək iqtisadi artım templəri, müəssisənin fəaliyyətinin yüksək dərəcədə gəlirliyinin, rentabelliyinin təmin olunması, müəssisənin dayanıqlı strukturu, fəaliyyəti və i.a. onun fəaliyyətində həlledici rol oynayan bu əlamətlər maliyyə vəziyyətindən bilavasitə asılıdır.

Maliyyə vəziyyətinin real və obyektiv qiymətləndirilməsi həm müəssisənin rəhbərliyinə, idarəedicilərə, eyni zamanda müəssisənin fəaliyyətdə maraqlı olan xarici istifadəçilərə (malalanlara, malsatanlara, investorlara, vergi orqanlarına, banklara və b.) lazımdır.Maliyyə vəziyyəti hər bir müəssisənin istehsal prosesinə və kommersiya fəaliyyətinə, material ehtiyatları və maliyyə resursları ilə təmin edilməsinə bilavasitə təsir göstərir. Əgər müəssisənin maliyyə vəziyyəti qeyri – qənaətbəxşdirsə, bu müəssisəyə işçiləriylə, banklarla, büdcəylə, büdcədənkənar fondlarla, mal göndərənlərlə, kredit təşkilatlarıyla və digər borc verənlərlə vaxtlı – vaxtında hesablaşmalarının aparmasına imkan vermir ki, nəticə etibarı ilə bu proseslər də sonda müəssisənin müflis olmağına gətirib çıxarda bilər.

Yuxarıda göstərdiyim cəhətlərlə əlaqədar müəssisənin maliyyə vəziyyəti 3 kateqoriyaya bölünür: sabit maliyyə vəziyyəti , qeyri – sabit maliyyə vəziyyəti və böhranlı maliyyə vəziyyəti.2

Müəssisənin öhdəliklərini vaxtında ödəmək, geniş əsasda öz fəaliyyətini müəyyənləşdirmək və əlverişsiz şəraitdə öz ödəmə qabiliyyətini saxlamaq imkanları onun maliyyə vəziyyətinin sabit olduğunu göstərir.Əgər müəssisə öz öhdəliklərinin ödənilməsini gecikdirirsə və hesablaşmaları vaxtında yerinə yetirə bilmirsə, bu halda müəssisənin maliyyə vəziyyəti qeyri – sabit hesab olunur.Yuxarıda deyilənlərdən fərqli olaraq, artıq müəssisə heç bir hesablaşma əməliyyatını, öhdəliklərini yerinə yetirə bilmirsə və yaxud çox aşağı dərəcədə yerinə yetirirsə, bu halda müəssisənin maliyyə vəziyyəti böhranlı hesab olunur, müəssisə isə iflasa uğramış sayılır.

Bazar iqtisadiyyatı şəraitində dövlət təminatının olmadığı zamada müxtəlif mülkiyyət formasında fəaliyyət göstərən müəssisələrdə və hətta inkişafın yüksək tempinə nail olmuş müəssisələrdə də maliyyələşdirmə mənbələrinin artırılmasına bu və ya digər dərəcədə ehtiyac hər zaman hiss olunur. Həmin mənbələri müəssisə özünün maliyyə - təsərrüfat fəaliyyəti haqqında obyektiv informasiyanı təhlil etməklə, kapital bazarında axtarıb tapması mümkündür. Deməli, müəssisənin maliyyə vəziyyətinin öyrənilməsi xarici investorların və kreditorların da maddi marağını təmin edən problemlərdən biridir. Əgər diqqət yetirsək ki, müəssisənin maliyyələşmə mənbələrinin əsas hissəsini bu iki subyekt tutur, o zaman müəssisə tələb olunan maliyyə vəziyyətinə sahib olmalı və bu təhlilin informasiyaları qaneedici vəziyyətdə olmalıdır. Yəni investorlar əmin olmalıdırlar ki, qoyduqları sərmaye gələcəkdə mənfəət gətirəcək və kreditorlar da eyni zamanda öhdəliklərinin vaxtında qaytarılacağına arxayın olmalıdır.

Təşkilatın investisiya fəaliyyəti onun maliyyə vəziyyətindən asılıdır. Maliyyə ehtiyatları çatışmazlığı əsas istehsal fondlarını yeniləşdirməyə, elmi – tədqiqat, təcrübə - konstruktor və texnoloji işləri həyata keçirməyə, yeni texnologiyaları tətbiq etməyə imkan vermir, bu isə buraxılan məhsulun rəqabət qabiliyyətinə mənfi təsir edə bilər.

Maliyyə vəziyyəti öz növbəsində istehsal və kommersiya fəaliyyətinin nəticələrindən asılıdır. Belə ki, məhsul istehsalı və satışı ilə bağlı planlar yerinə yetirilmədikdə pul vəsaitləri daxil olması azalır və nəticədə təşkilatın maliyyə sabitliyi aşağı düşür.3

Bu zaman deyilənlərdən belə nəticəyə gəlmək olar ki, müəssisənin maliyyə vəziyyəti dərin, hərtərəfli təhlilin olunmalı və təhlildən əldə olunmuş göstəricilər təşkilatda idarəetmə qərarlarının rəbulu, onun fəaliyyəti, vəsaitlərdən, ehtiyatlardan məqsədli istifadəsi üçün çox zəruridir.

Maliyyə vəziyyətinin təhlilinin əsas məqsədi əsas strateji vəzifə kimi təşkilatın aktivlərinin artırılması ilə xarakterizə edilir. Bunun üçün təşkilat ödəmə qabiliyyətinin və rentabelliyini, balansın aktiv və passivinin optimal strukturunu daimi saxlamalıdır.

Artıq yuxarıda qeyd etdiyim kimi müəssisənin maliyyə vəziyyətinin təhlili ilə yalnız müəssisənin rəhbərliyi və müvafi şöbələr deyil, eləcə də resursların səmərəli istifadə edilməsində marağı olan təsisçilər, malalanlar, investorlar, ticarət əlaqələrini həyata keçirən əməkdaş müəssisələr, tərəfdaşlar, banklar, vergi orqanları və i.a. məşğul olurlar və onun nəticələrində maraqlı olduğundan maliyyə vəziyyətinin təhlili daxili və xarici təhlil olmaqla 2 yerə ayrılır. Daxili təhlil müəssisədə idarəetmə funksiyasını icra edən vəzifəli şəxslər tərəfindən idarəetmə ilə əlaqədar qərarların qəbul edilməsi məqsədilə mühasibat uçotu registrləri və hesabatlarında verilən informasiyalara əsasən aparılır. Onun nəticələrindən istehsal - maliyyə fəaliyyətinin planlı idarə edilməsində, maliyyə fəaliyyətinə cari və sonradan nəzarət işlərində və bu fəaliyyətin proqnozlaşdırılmasında istifadə edilir.

Xarici təhlil müəssisənin maliyyə fəaliyyətində marağı olan xarici investorlar, borc verənlər, vergi orqanları, maliyyə orqanları, malalanlar, sifariş verənlər, digər kənar təşkilatlar və dövlət nəzarəti funksiyalarını icra edənlər tərəfindən, mətbuatda nəşr oluna bilən informasiyalardan ( hesabatlardan ) istifadə etməklə aparılır.

Müəssisənin maliyyə vəziyyətinin təhlilinin vəzifələrinə toxunulduğunda isə iqtisadçı alimlərin ədəbiyyatlarında bu barədə bir qədər fikir ayrılığı vardır.



Məsələn, T.Ş.Zeynalovun dərs vəsaitində və R.N.Kazımovun metodik dərs vəsaitlərində vəzifələr aşağıdakı kimi qeyd olunub:

  1. Müəssisə vəsaitinin mövcud vəziyyətini, dinamikasını, tərkibi və strukturunu öyrənmək;

  2. Müəssisə vəsaitinin, onun tərkib hissələrinin artması və ya azalması səbəbləri, təsir göstərən amilləri və hər bir amilin təsir dərəcəsini təyin etmək;

  3. Müəssisə vəsaitinin mənbələrini, onların dinamikası və strukturunu öyrənmək;

  4. Vəsait mənbələrinin artmasına ( azalmasına ), strukturunun dəyişilməsinə təsir göstərən amilləri təyin etmək və hər bir amilin təsir dərəcəsini hesablamaq;

  5. Uzunmüddətli aktivlərin vəziyyətini, dinamikasını, strukturunu və dəyişilməsini təyin etmək;

  6. İstehsal və tədavül sferalarında olan cari aktivlərin vəziyyətini, strukturunu və dinamikasını öyrənmək;

  7. Müəssisənin likvidlik vəziyyətini öyrənmək;

  8. Debitor və kreditor borclarının hərəkətini və strukturunu öyrənmək;

  9. Müəssisınin ödəniş qabiliyyətini öyrənmək;

  10. Dövriyyə vəsaitindən istifadə dərəcəsini öyrənmək və bu vəsaitdən daha da səmərəli istifadə istiqamətlərini təyin etmək;

  11. Tяhlilin nяticяlяrini цmumilяшdirmяk vя gяlяcяkdя maliyyя vяziyyяtinin yaхшыlaшdыrыlmasы цчцn tяdbirlяr proqramы iшlяyib hazыrlamaq.4

Bəzi iqtisadi ədəbiyyatlarda isə maliyyə vəziyyətinin təhlilinin vəzifələri bir qədər fərqli qeyd olunmuşdur. Həmin bu vəzifələr aşağıdakı şəkildəki kimi öz əksini tapmışdır:

  1. Maliyyə sabitliyinin obyektiv qiymətləndirilməsi və bunula bağlı vəsait imkanlarını təhlil etmək;

  2. Maliyyə sabitliyinə təsir edən amillərin və onların təsirinin kəmiyyətcə müəyyən edilməsivə hesablanması;

  3. Dövriyyə kapitalının idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi, ödəmə qabiliyyətinin təmin edilməsi və maliyyə sabitliyinin saxlanması ehtiyatlarının aşkar edilməsi;

  4. Maliyyə sabitliyinin möhkəmləndirilməsinə yönəldilmiş konkret idarəetmə qərarları variantlarının işlənib hazırlanması;

  5. İstehsal, kommersiya və maliyyə fəaliyyətinin müxtəlif göstəriciləri arasında qarşılıqlı əlaqənin öyrənilməsi əsasında müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması baxımından maliyyə resurslarının daxil olması və istifadəsi üzrə proqnozların icrası səviyyəsinin qiymətləndirilməsi;

  6. Təsərrüfat fəaliyyətinin real şəraiti, xüsusi və borc vəsaitlərinin mövcudluğu və resurslardan istifadənin müxtəlif variantları üzrə hazırlanmış maliyyə vəziyyəti modelləri əsasında mümkün maliyyə nəticələrini, rentabelliyi proqnozlaşdırmaq;

  7. Maliyyə resurslarından səmərəli istifadə olunmasına və müəssisənin maliyyə vəziyyətinin möhkəmləndirilməsinə yönəldilmiş konkret tədbirlər hazırlamaq.

Bu məsələlərin həll edilməsi məqsədilə maliyyə vəziyyəti aşağıdakı əsas istiqamətlər üzrə təhlil edilir:

  • maliyyə sərbəstliyinin təhlili;

  • ödəmə qabiliyyəti və likvidliyi (pula çevrilə bilmə (satış) qabiliyyəti);

  • pul axınları;

  • xalis aktivlər;

  • potensial müflisləşmə ehtimalının qiymətləndirilməsi üçün zərurui olan göstəricilər sistemi;

  • maliyyə sabitliyinin:

  • bölüşdürülməmiş xalis mənfəətdən;

  • cəlb edilmiş borc kapitalının səmərililiyindən;

  • debitor və kreditor borclarından, büdcə və hesablaşmaların vəziyyətindən;

  • maliyyə vəziyyətinə təsir edən digər amillərin aılılığı.

  • dövriyyə aktivlərindən istifadənin səmərəliliyi;

  • maliyyə vəziyyətinin inteqral şəkildə (bütövlükdə) qiymətləndirilməsi.

Maliyyə vəziyyəti təhlil edilən zaman aşağıdakı ümumi üsullardan istifadə edilir:

  1. analitik göstəricilər sistemi;

  2. müqayisə;

  3. detallaşdırma və qruplaşdırma;

  4. amillər üzrə modelləşdirmə;

  5. kənarlaşdırma, təcrid edtmə üsulu;

  6. təhlilin nəticələrinin ümumiləşdirilməsi.

İqtisadçı alimlərin qeyd etdikləri fikirləri ümumiləşdirərək müəssisənin maliyyə vəziyyətinin təhlilinin informasiya mənbələrini aşağıdakı kimi göstərə bilərəm:

  1. Mühasibat (maliyyə) hesabatları;

Bura daxildir:

  • Balans – Maliyyə vəziyyəti haqqında hesabat;

  • Gəlirlər haqqında hesabat – Mənfəət və zərər haqqında hesabat;

  • Kapitalda dəyişikliklər haqqında hesabat;

  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;

  • İzahlı qeydlər.

  1. Statistika hesabatları (sahələr üzrə);

  2. Mühasibat uçotunun məlumatları;

  3. Biznes-planların, müqavilələrin, auditor arayışlarının məlumatları və yoxlama xülasələri, aktları, işgüzar yazışma və digər informasiyalar.

Mühüm informasiya mənblərindən biri mühasibat (maliyyə) hesabatlarıdır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin İ-80 saylı 15.09.1995-ci il tarixli Əmrinə əsasən təsərrüfat təşkilatlarının mühasibat hesabatlarının həcmi aşağıdakı siyahı üzrə təsdiq edilmişdir:



  • Müəssisə (mühasibat) balansı (forma N 1);

  • Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabat (forma N );

  • Müəssisə (mühasibat) balansına əlavə (forma N );

  • İzahat (yazılı);

  • Əgər təşkilatın mühasibat (maliyyə) hesabatı mövcud qanunlara uyğun olaraq məcburi auditdən keçməlidirsə, onun reallığını təsdiq edən auditor rəyi. 5

Hal hazırda Beynəlxalq ucot sisteminə uyğun olaraq müəssisə hesabatlarında –balans, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişiklik və nəhayət uçotun aparılması haqqında məlumatlar əsas qəbul edilir.



    1. Yüklə 151,88 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin