Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit


III FƏSİL. MÜƏSSİSƏNİN DAYANIQLI İNKİŞAFINDA MALİYYƏ SABİTLİYİNİN ROLU VƏ XÜSUSİYYƏTLƏRİ.............................................40



Yüklə 151,88 Kb.
səhifə4/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   17
referat 5869

III FƏSİL. MÜƏSSİSƏNİN DAYANIQLI İNKİŞAFINDA MALİYYƏ SABİTLİYİNİN ROLU VƏ XÜSUSİYYƏTLƏRİ.............................................40

    1. Maliyyə əmsallarından istifadə etməklə müəssisənin maliyyə sabitliyinin inkişafının xüsusiyyətləri...............................................................................40

    2. Xüsusi kapitalın artırılması – müəssisənin maliyyə sabitliyinin yaxşılaşdırılması amili kimi...........................................................................49


NƏTİCƏ VƏ TƏKLİFLƏR..................................................................................54

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT SİYAHISI................................................56
GİRİŞ
İqtisadiyyatın hazırki şəraitində müəssisələrin fəaliyyət göstərmə şərtləri dəyişilmişdir. Bunun səbəbi də ilkin olaraq idarəetmə sisteminin keyfiyyətcə yenidən qurulması ilə əlaqədardır. Müəssisə rəqabətə davam gətirə bilmək üçün istehsal səmərəliliyini artırmalı və resurslardan maksimum səmərəli istifadə etməlidir.

Müasir şəraitdə hər bir müəssisənin maliyyə vəziyyəti, maliyyə sabitliyi onun maliyyə münasibətlərinin bütün elementlərini özündə birləşdirir və istehsal – iqtisadi amillərin qarşılıqlı əlaqələrini tənzimləyir. Maliyyə vəziyyəti, müəssisənin cari və perspektiv ödəniş qabiliyyəti, xüsusi və cəlb edilmiş vəsaitlərinin hərəkəti, bu vəsait növlərindən istifadənin səmərəliliyi, maliyyə sabitliyi əks etdirilən xüsusi göstəricilər sistemi vasitəsilə xarakterizə olunur.

Maliyyə sabitliyinin qiymətləndirilməsi bilavasitə maliyyə təhlili vasitəsilə həyata keçirilir. Çünki müəssisənin maliyyə vəziyyəti dedikdə, təşkilatın öz fəaliyyətini maliyyələşdirmək qabiliyyəti başa düşülür.

Maliyyə vəziyyətinin təhlilində əsas informasiya vasitələri başlıca olaraq mühasibat balansında verilir. Müasir dövrümüzdə respublikamızın ərazisində fəaliyyət göstərən müəəssisə, idarə və təşkilatlarda beynəlxalq standartlara uyğunlaşdırılmış mühasibat balansı formalarından istifadə olunma sürətlə yayılmağa başlamışdır.

Bazar iqtisadiyyatı şəraitində rəqabətin durmadan artdığı bir dövrdə müəssisənin öz fəaliyyətini həyata keçirmək, məhsul istehsal etmək, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün daimi olaraq maddi resurslara ehtiyacı vardır.

Maliyyə baxımından hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqə müəssisənin öhdəliklərini vaxtında icra edə bilmə, ödəmə qabiliyyəti və maliyyə sabitliyi mühüm amillərdən sayılır. Buna görə də müəssisənin fəaliyyətinə ən çox təsir göstərən ilkin vasitələrdən biri maliyyədir.

Maliyyə vəziyyətini qiymətləndirmək idarəetmə qərarlarının qəbulu zamanı mühüm baza məlumatları olduğundan həm müəssisə rəhbərliyinə, idarə edicilərə, eyni zamanda müəssisənin fəaliyyətində maraqlı olan xarici isifadəçilərə - investorlara, banklara, mal satan və podratçılara, vergi orqanlarına və s. lazım olduğundan müəssisənin maliyyə vəziyyətinin təhlili daxili təhlil və xarici təhlil olmaqla iki yerə ayrılır.

Fəaliyyətdə olan müəəsisənin maliyyə vəziyyəti heç də sabit, stabil vəziyiyyətdə qalmır, belə ki, ona bir çox amillər təsir göstərir. Və bunun nəticəsində maddi resursların, aktivlərin tərkibində azalıb – çoxalmalar baş verir ki, bunlar da müəssisənin maliyyə sabitliyinə öz təsirini göstərir. Müəssisənin dayanıqlı inkişafı üçün bir çox iqtisadçı alimlərin də qeyd etdiyi kimi təşkilatda xüsusi kapitalın, maddi vəsaitlərin, aktivlərin çəkisi yüksək olmalı, müəssisə borc vəsaitlərindən, investorlardan, kreditorlardan asılı olmamalıdır.

Əgər hər hansı bir müəssisənin maliyyə vəziyyəti qeyri – qənaətbəxşdirsə, bu müəssisəyə maliyyə sabitliyini yaratmaq üçün və hesablaşmaları vaxtlı – vaxtında aparmağa imkan vermir, nəticə etibarı ilə bu proseslər sonda müəssisənin müflis olmasına gətirib çıxarda bilər. Əks halda müəssisə öhdəliklərini vaxtında ödəmək, geniş əsasda öz fəaliyyətini müəyyənləşdirmək, öz ödəmə qabiliyyətini saxlamaq imkanları onun maliyyə vəziyyətinin sabit olduğunu göstərir. Bütün bunlara əsaslanaraq maliyyə vəziyyəti, maliyyə sabitliyi öz növbəsində istehsal və kommersiya fəaliyyətinin nəticələrindən asılı olur. Belə ki məhsul istehsalı və satışı ilə bağlı planlar yerinə yetirilmədikdə pul vəsaitlərinin daxil olması azalır və nəticədə təşkilatın maliyyə sabitliyi aşağı düşür.

Bütün bunlara əsaslanaraq müasir şəraitdə “Müəssisənin maliyyə sabitliyinin iqtisadi göstəricilər sistemi və təhlilinin aparılması xüsusiyyətləri” mövzusunda yerinə yetirilmiş buraxılış işi aktuallığı baxımından hazırki dövrün tələblərinə cavab verən əsas göstəricilərdən biridir.




Yüklə 151,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin