Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit


Maliyyə vəziyyəti və onun sabitlik səviyyəsinin qiymətləndirilməsi xüsusiyyətləri



Yüklə 151,88 Kb.
səhifə7/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10   ...   17
referat 5869

Maliyyə vəziyyəti və onun sabitlik səviyyəsinin qiymətləndirilməsi xüsusiyyətləri

Bir çox iqtisadi ədəbiyyatlarda müəssisənin maliyyə vəziyyətinin iqtisadi təhlilinə müxtəlif təriflərin verildiyinin şahidi olarıq. Bu da məşhur alimlərin, mütəxxəsislərin subyektiv yanaşmalarının nəticəsiylə ortaya çıxır. Lakin bu alimlərin qeyd etdikləri təriflər bir − birinə zidd olmasa da, müəyyən ümumiləşdirmələrdə onların dəqiq anlaşılmasında və dərk edilməsində prablemlər yaranır(öz sözlərim dəyişdirilmə ilə).

Bizim fikrimizcə, maliyyə vəziyyəti dedikdə müəssisənin maliyyə ehtiyatları ilə təmin edilməsi, onların səmərəli yerləşdirilməsi və istifadə edilməsinin səmərəliliyi başa düşülür.

Qısamüddətli perspektiv üçün maliyyə vəziyyətinin qiymətləndirilməsi zamanı balansın strukturunun qənaətbəxşliyinin (cari satış qabiliyyətinin, xüsusi vəsaitlə təmin edilməsinin və ödəmə qabiliyyətinin bərpa edilməsi (itirilməsi) qabiliyyətinin) qiymətləndirilməsi göstəriciləri tətbiq edilə bilər. Ödəmə qabiliyyəti səciyyələndirilərkən müəssisənin bankdakı hesablarında, kassada pul vəsaitlərinin olması, zərərlər, vaxtı keçmiş debitor və kreditor borcları, vaxtında ödənilməmiş kreditlər və borclar, müvafiq vergilərin büdcəyə köçürülməsinin tamlığı, büdcə qarşısında öhdəliklərin yerinə yetirilməməsinə görə cərimə sanksiyaları kimi göstəricilərə diqqət yetirmək lazımdır. Müəssisənin qiymətli kağızalar bazarında vəziyyətinin qiymətləndirilməsinə və mövcud mənfi halların səbəblərinə də diqqət yetirmək lazımdır.

Uzunmüddətli perspektivdə maliyyə vəziyyətini qiymətləndirən zaman vəsait mənbələrinin strukturunun xarakteristikası, müəssisənin xarici investorlardan və kreditorlardan asılılıq dərəcəsi və s. göstərilir. Əvvəlki illərdə və perspektivdə investisiyaların dinamikasının xarakteristikası (həmin investisiyaların səmərəliliyi müəyyən edilməklə) verilir.

Bundan əlavə, təşkilatın işgüzar fəallığı da qiymətləndirilə bilər. Onu müəyyən edən meyarlara məhsul satışı bazarının genişliyi, o cümlədən ixraca mal göndərmələrinin mövcudluğu, təşkilatın xidmətlərindən istifadə edən müştərilərin məşhurluğu ilə ifadə olunan nüfuzu və digər informasiya, plan göstəricilərinin yerinə yetirilməsi, onların tapşırıq üzrə artım (azalma) sürətlərinin təmin edilməsi dərəcəsi, müəssisənin ehtiyatlarından istifadənin səmərəliliyinin səviyyəsi daxildir.

Bütün yuxarıda deyilənlərdən belə nəticə çıxır ki, maliyyə vəziyyətinin sabitlik dərəcəsinin səciyyələndirilməsi üçün müəssisənin maliyyə ehtiyatları ilə təmin olunması səviyyəsini, onların yerləşdirilməsinin səmərəliliyi dərəcəsini və onlardan istifadənin səmərəliliyi səviyyəsini əks etdirən göstəricilər sistemi lazımdır.

Bu sistemin tərkibinə aşağıdakı əsas göstəricilər daxil edilə bilər:



  1. Maliyyə müstəqilliyinin səciyyələndirilməsi üçün:

  • ümumi maliyyə müstəqilliyi əmsalı;

  • dövriyyə aktivləri sahəsində maliyyə müstəqilliyi əmsalı;

  • ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsali;

  • dövriyyədə olan xüsusi kapital.

  1. Ödəmə qabiliyyətinin və likvidliyin səciyyələndirilməsi üçün:

  • mütləq likvidlik əmsalı;

  • cari likvidlik əmsalı;

  • xalis aktivlərin dəyəri.

  1. Dövriyyə aktivlərində istifadə edilməsi səmərəliliyinin səciyyələndirilməsi üçün:

  • dövriyyə aktivlərinin dövranı əmsalı;

  • müəssisənin aktivlərinin dövranı əmsalı.

Bu deyilənlərdən əlavə olaraq müəssisənin maliyyə vəziyyətinin, onun sabitliyinin qiymətləndirilməsi üçün aşağıdakı məsələlərin nəzərdən keçirilməsi məqsədəuyğun hesab edilir:

  • kapitalın mövcudluğu, yerləşdirilməsi və ondan istifadənin intensivliyi;

  • müəssisənin passivlərinin strukturunun optimallığı, onun maliyyə müstəqilliyi və maliyyə riskinin dərəcəsi;

  • müəssisənin aktivlərinin strukturunun optimallığı və istehsal riskinin dərəcəsi;

  • dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələrinin strukturunun optimallığı;

  • müəssisənin ödəmə qabiliyyəti və investisiya cəlbediciliyinin səviyyəsi;

  • təsərrüfat subyektinin müflisləşməsi riski;

  • müəssisənin maliyyə sabitliyi (satışın zərərsizlik həcmi zonası).7




Yüklə 151,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin