Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit



Yüklə 151,88 Kb.
səhifə15/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   17
referat 5869

NƏTİCƏ VƏ TƏKLİFLƏR
Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, müəssisənin normal fəaliyyət göstrəməsi üçün ilk öncə o lazımı səviyyədə maliyyə resursları və maddi aktivlərlə təmin olunmalıdır. Bu müəssisənin maliyyə vəziyyətinə və maliyyə sabitliyinə təsir edən ilkin faktor hesab olunur.

Müəssisənin maliyyə vəziyyəti təhlil olunan zaman daxili təhlil müəssisənin idarəetmə qərarlarının məlumat bazalarından əsası olduğu üçün təhlil dəqiq və obyektiv aparılmalıdır. Xarici təhlil əsasında isə müəssisəyə investorlar, kreditorlar, tərəf müqavilləri və s. cəlb etdiyinindən məlumatlar obyektiv dərc olunmalıdır.

Müəssisənin maliyyə vəziyyətinin təhlilinin rolu, əsasən pul gəlirlərinin (kapitalın) formalaşmasını, onların rosional yerləşdirilməsi və səmərəli istifadəsinin qiymətləndirilməsi, həmçinin müəssisənin geniş təkrar istehsalının uzunmüddətli maliyyələşdirmə mənbələrinin axratılması ilə xarakterizə olunur. Maliyyə vəziyyəti təşkiların sabit, zəif və böhranlı vəziyyətini xarakterizə edən göstəricilərin məcmusudur. Belə ki, biz müəssisənin maliyyə vəziyyətinin və maliyyə sabitliyinin normal olmadığı halı aşağıdakı kimi xarakteristikasının verilməsinin tərəfdarıyıq:


  1. Maliyyə vəsaitlərinin düzgün yerləşdirilməməsi və onlardan effektiv istifadə olunmaması;

  2. Ödəmə qabiliyyətinin qənaətbəxş olmaması;

  3. Xüsusi vəsaitlərlə təminatın zəif olması;

  4. Ödəmə müddəti keçmiş borcların (dövlət orqanlarına, büdcəyə, mal satanlara, kredit təşkilarlarına və s.) mövcudluğu.

Borc vəsaitinin uzun müddətə cəlb edilməsi əmsalı kapitalın strukturunu xarakterizə edir. Bəzi iqtisadçılar müəssisənin maliyyə vəsaitlərinin tərkibində borc vəsaitlərinin həcminin normadan çoxluğunu mənfi hall kimi hesab edirlər. Bu zaman bir şeyi unutmaq olmaz ki, əgər borc vəsaitlərinin dövriyyə sürəti və rentabelliyi yüksəkdirsə, heç bir problem yoxdur. Buna yuxarıda qeyd etdiyim yapon müəəsisələri misal ola bilər.

Stabil inkişaf tempinə və III dünya ölkələrinin maliyyə vəziyyətində bu hall heç də xoş qarşılanmamalıdır. Çünki bu əmsalın artımı müəssisənin xarici investorlardan asılılığının artımını xarakterizə edir. Xüsusi kapitalın manevr etmə qabiliyyəti əmsalı isə cari fəaliyyətin maliyyələşdirilməsində xüsusi kapitalın payını xarakterizə edir. Burdan da bildiyimiz kimi xüsusi kapitalın payının azalması müəssisənin xarici investorlardan və borc verənlərdən asılılığının dərəcəsini xarakterizə edir.

Müəssisənin maliyyə sabitliyinin təhlilində mühüm göstəricilərdən olan debitor və kreditor borclarının vəziyyəti, onların həcmi və keyfiyyəti müəssisənin maliyyə vəziyyətinə ciddi təsir göstərir. Fikrimizcə bu göstəriciləri yaxşılaşdırmaq müəssisəmin maliyyə sabitliyinin qalxmasına böyük təsir göstərər və bunu nəzərə alaraq aşağıdakı addımları zərurui hesab edirik:


  • debitor və kreditor borclarının nisbətinə nəzarət etmək;

  • debitor borcunun artması müəssisənin maliyyə vəziyyətinin sabitliyini üçün təhlükə yaradır və bu borcların artması da əlavə maliyyələşdirmə mənbələrinin meydana gəlməsi zərurəti yaradır;

  • ödəmə vaxtı keçmiş borclar üzrə hesabların vəziyyətinə nəzarət etmək;

  • bəzən monopol sifarişçilər meydana gəlir ki, ödəməmə riskiartır, bu riski azaltmaq məqsədilə mümkün qədər müəssisənin məhsul istehlakçılarının və mal alanlarının, sifarişçilərinin sayının artırılmasına üstünlük vermək.




Yüklə 151,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin