Bakalavr dərəcəsi almaq üçün İSTİqaməT: Mühasibat uçotu və audit


Debitor və kreditor borclarının təhlili



Yüklə 151,88 Kb.
səhifə11/17
tarix23.03.2022
ölçüsü151,88 Kb.
#114935
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
referat 5869

2.1.3. Debitor və kreditor borclarının təhlili
Debitor borclarının təhlili
Müəssisənin debitor borcları təhlil olunan zaman aşağıda verilən məsələlərin araşdırılması məqsədəuyğun hesab olunur:

  • debitor borclarının tərkibinə və dinamikasına, həmçinin onun həcminə və dəyişilməsinə təsir edən amillərin araşdırılması;

  • debitor borclarının strukturunun təhlili;

  • debitor borclarının dövr etməsinin təhlili;

  • debitor borclarının cari (diskont edilmiş – uçota alınmış) dəyərinin müəyyən edilməsi;

  • səmərəsiz debitor borclarının azaldılmasına yönəldilmiş idarə etmə qərarları variantlarının işlənib hazırlanması və onlardan ən faydalısının seçilməsi;

  • debitor borclarının proqnozlaşdırılması.

Debitor borcları təhlil olunan zaman istifadə olunan əsas informasiya mənbələri mühasibat hesabatının 1 saylı və 5 saylı formaları, “Təşkilatın maliyyə vəziyyəti haqqında məlumatlar” adlı sintatik hesabat formasıdır.

Daxili təhlil aparılan zaman adı çəkilən informasiya mənbələrindən başqa alıcılarla və mal göndərənlərlə bağlanmış müqavilələr, mühasibat uçotu registrlərinin (jurnal orderləri, alıcılar və sifarişçilərlə, mal göndərənlərlə və podratçılarla verilmiş avanslar üzrə hesablaşmalar, təhtəlhesab şəxslərlə və digər debitorlarla hesablaşmalar) uçotu cədvəlinin məlumatları da cəlb olunur.

İlk öncə təhlil aparılan zaman debitor borcunun bütövlükdə və ayrı – ayrı növləri üzrə dəyişilməsi öyrənilir, eləcə də göstəricilərin dinamikasına təsir edən amillər aydınlaşdırılır.

Bildiyimiz kimi mühasibat balansında debitor borcları uzunmüddətli və qısamüddətli olmaqla iki yerə ayrılır və debitor borcunun bu növlərinin hər birində alıcıların və sifarişçilərin borcları ayrıca qeyd olunur.

Uzun və qısa müddətli debitor borclarının aşağıda qeyd olunan növləri vardır


  1. məhsullara (iş və xidmətlərə) görə alıcıların və sifarişçilərin borcu;

  2. mal göndərənlərlə və podratçılarla verilmiş avanslar barədə hesablaşmalar üzrə borc;

  3. debitor borcunun digər növləri, o cümlədən:

  • təhtəlhesab şəxslər üzrə borc;

  • digər borc növləri.

Alıcılarla və sifarişçilərlə hesablaşmalar debitor borclarının tərkibində mühüm yer tutur və buna görə də bu növlərin təhlilinə xüsusi diqqət yetirmək lazımdır. Beləliklə, alıcılar və sifarişçilərin borcunun miqdarına aşağıdakılar təsir edir:

  • satışın ümumi həcmi və orada sonradan ödənilmə şərti ilə satışın payı. Əsasən satışın həcmi artan zaman debitor borcu qalıqları da artır;

  • hesablamaların vaxtlı – vaxtında təmin edilməsi zəmanətinin olması. Zaminlik, girovlar, bank zəmanətləri debitor borcunun az olmasına səbəb olur;

  • alıcıların ödəmə intizamı. Alıcı və sifarişçilərin öhdəliklərinin ödənilməsi seçiminə tələb nə qədər yüksək olarsa, debitor borcları da bir o qədər az olacaqdır;

  • alıcı və sifarişçilərlə hesablaşmaların müqavilə şərtləri. Alıcı və sifarişçilərə hesablaşmalar üçün nə qədər böyük güzəştli müddət verilərsə, debitor borcu qalıqları o qədər çox olar.

  • alıcılar və sifarişçilərin müqavilədə nəzərdə tutulmuş hesablaşmaların qaydasının pozulmasına görə məsuliyyətinin müqavilə şərtləri və s.

Debitro borclarının strukturu təhlil olunan zaman aşağıda verilən göstəriciləri hesablamaq və dinamikada araşdırmaq tövsiyə olunur:

  1. Debitor borclarının (DB) dövriyyə aktivlərinin (DA) ümumi həcmində payı (PDB), o cümlədən uzunmüddətli (PUDB) və qısamüddətli borcların (PQDB) payı;




PDB = PUDB + PQDB , (2.10)
burada UDB, QDB – müəssisənin uzun və qısa müddətli debitor borclarıdır.

Uzunmüddətli debitor borclarının xüsusi çəkisi nə qədər yüksək olarsa, müəssisənin əmlakının strukturu bir o qədər az sürətli olar.



  1. Vaxtı ötmüş debitor borclarının (VÖDB) onun ümumi məbləğində payı (PVÖDB), habelə dövriyyə aktivlərinin ümumi həcmində onun xüsusi çəkisi (XÇVÖDB):

PVÖDB = ; (2.11)

VÖDB = (2.12)
Vaxtı ötmüş debitor borclarının xüsusi çəkisinin göstəriciləri debitor borcunun keyfiyyətini səciyyələndirir; vaxtı ötmüş borcun artması müəssisənin əmlakının satış qabiliyyətinin aşağı düşməsinə səbəb olur.

Aşağıda verilmiş göstəricilərlə biz müəssisənin dövriyyə aktivlərinin istifadəsinin xarakteristikasının debitor borclarına təsirini hesablaya bilərik:



  1. Debitor borclarının dövr etməsi əmsalı (ƏdövrDB):

ƏdövrDB = (2.13)

Burada – araşdırılan dövrdə malların, məhsulun (iş və xidmətlərin) və digər əmlakın satışından alınan mədaxildir; – debitor borcunun qalığının orta miqdarıdır. Dövretmə əmsalı təhlil edilən dövr ərzində debitor borcunun dövrlərinin miqdarını, yəni həmin dövr ərzində onun neçə dəfə yaranması və ödənilməsi sayını əks etdirir.


  1. Vəsaitlərin debitor borcunda möhkəmlənməsi əmsalı (ƏmDB) – onun satışından alınan mədaxilin bir manatına düşən miqdarını səciyyələndirir. Bu əmsal dövretmə əmsalının əks göstəricisidir:

ƏmDB = (2.14)

Möhkəmlənmə əmsalı nə qədər az olarsa, debitor borcuna avanslaşmış vəsaitlərdən bir o qədər səmərəli istifadə olunur.


  1. Debitor borclarının bir dövrünün günlərlə hesablanan orta uzunluğu (müddəti) (UdövrDB):

UdövrDB = (2.15)

Burada – təhlil edilən dövrdəki günlərin sayıdır (30 , 90, 180, 270, 360).

Bu göstərici debitor borclarının ödənilməsi üçün orta hesabla lazım olan günlərin sayını göstərir. Göstərici nə qədər böyük olarsa, müəssisənin əmlakının strukturu o qədər az mobil olar. Bir qayda olaraq, onun artması debitor borcunun ləğv edilmə qabiliyyətinin azalmasını göstərir.

Analtik təcrübədə məhz debitor borcunun dövrünün orta uzunluğu göstəricisindən daha çox istifadə edilir.

Debitor borclarının dövr etməsinin təhlili zamanı aşağıdakılar həyata keçirilir:


  • təhlil edilən dövrdə debitor borclarının günlərlə hesablanan dövr etməsinin əvvəlki hesabat dövrlərinin məlumatları ilə, sahə üzrə orta qiymətlər və müqavilələrin şərtlərinə əsaslanaraq hesablanmış gözlənilən orta dövr etmə dövr ilə müqayisə edilməsi;

  • debitor borclarının dövr etməsinin dəyişilməsinin debitor borcunun orta həcminə təsirinin hesablanması.10



Yüklə 151,88 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin