Yerli Ruhani Məhfillər
Həzrət Bəhaullah Öz Yazılarında tez-tez “Yerli Ədalət Evləri”nin adını çəkir. O, Qanunlar kitabında yazır:
“Allah tələb edir ki, hər bir şəhərdə Ədalət Evləri qurulsun ki, ora Bəha rəqəminin (9) sayı qədər məşvərətçilər yığıla bilsinlər. Onlar gərək Mərhəmətli Allahın insanlar arasında müvəkkilləri ola və özlərinə Allah tərəfindən bütün yerdə yaşayanların rifahı üçün təyin edilmiş mühafizlər kimi baxalar.”
Həzrət Əbdül-Bəha bu orqanları “Ruhani Məhfillər” adlandırmış və onlar haqqında belə yazmışdır:
“Bu Ruhani Məhfillər – işıqsaçan çıraqlar və müqəddəslik ətrini bütün diyarlara yayan, bilik işıqlarını isə bütün varlıqlar üzərinə saçan səma bağlarıdır. Həyat ruhu onlardan bütün istiqamətlərdə axır. Onlar, həqiqətən, bütün vaxtlarda və istənilən şəraitlərdə insan tərəqqisinin mənbələridir”57.
Beləliklə, Yerli Ədalət Evlərinin yaradılması harada olmasından asılı olmayaraq, istənilən bəhai qrupunun məqsədidir. Uca Ədalət Evi 1974-cü ildə Yerli Ruhani Məhfillərin səlahiyyətlərini artırmışdır:
“Allahın verdiyi Yerli Ruhani Məhfil təsisatı insan cəmiyyətinin birinci səviyyəsində fəaliyyət göstərir və Həzrət Bəhaullahın Yeni Nəzminin əsas inzibati vahididir.
Bu təsisat ailələrə və ayrı-ayrı şəxslərə arxalanır. O, onları daim Həzrət Bəhaullah Vəhyinin qanunları, hökmləri və prinsipləri ilə canlanan və qorunan dürüst ifadə olunmuş bəhai birliyində birləşməyə qaldırmalıdır. Bu təsisat Allahın Əmrini qoruyur; O dostlarla quzularını sevən çoban kimi rəftar edir.
Yerli Ruhani Məhfillərin gücləndirilməsi və onların rolunun inkişaf etdirilməsi – həyatı əhəmiyyətli məqsəddir... Getdikcə daha çox düşünən insanı dinə cəlb etməklə, iflasa uğramış və ölməkdə olan hazrkı qaydaların rəhbərliyini və ümidini itirmiş milyonlarla qurbana sığınacaq verməklə, onlar həmrəyliyi və Bəhai icmasının artan üstünlüklərini nümayiş etdirirlər.
Dostlar Yerli Ruhani Məhfillərə ilk əvvəl üzvlərini seçmək üçün səsvermədə iştirak etməklə, sonra Ruhani Məhfillərin plan və proqramlarını səylə həyata keçirməklə, təhlükəli və çətin dəqiqələrdə onlara müraciət etməklə, onların işi üçün dua oxuyub, uğurlarına sevinməklə onlara sidq-ürəklə kömək etməlidirlər. Yerli Ruhani Məhfil - əsas mükafat, İlahi bəxşişdir. Hər bir icma onu böyütməli, sevməlidir. Ona kömək etməli, ona itaət göstərməli, ondan ötrü dua oxumalıdır...”58.
Xüsusi hallardan başqa, Yerli Ruhani Məhfillər Rizvan bayramının birinci günü (yəni aprelin 20-də günbatandan aprelin 21-də günbatana kimi) seçilirlər. Məhfilin üzvləri gizli səsvermə yolu ilə, əvvəlcədən kiminsə namizədliyi ürəli sürulmədən və seçki kampaniyası aparılmadan Yerli Ruhani Məhfilin mənsub olduğu həmin şəhər, rayon, kənd və ya başqa ərazi vahidində yaşayan bütün bəhailər (21 yaşından yuxarı), qadınlar və kişilər arasından seçilirlər. Bu ərazilər müxtəlif ölkələrdə müxtəlifdir, lakin bunlar həmişə həmin ölkənin qəbul olunmuş ən kiçik inzibati vahididir.
Şövqi Əfəndi 1923-cü ilin martında Yerli Ruhani Məhfillərin bəzi vəzifələrini aşağıdakı kimi formalaşdırmışdır:
“Əmrin yayılması, onun istiqaməti, yolları və vasitələri, miqyası, dərinliyi öz özlüyündə vacib olsalar da, bu Məhfillərin bütün diqqətinin cəmləşdiyi yeganə cəhət deyildir. Yerli Ruhani Məhfillər öz üzvləri arasında razılığın və dostluğun inkişafına kömək etməli, inamsızlığı, soyuqluğu və ürəklərdəki kənarlaşmanı aradan qaldırmalı, bunun əvəzində Əmrə xidmətin maraqlarına uyğun olaraq fəallığı və səmimi əməkdaşlığı ürəklərə salmalıdır. Məhfil istənilən vaxt yoxsula, məzluma, xəstəyə, yetimə, dula, dərisinin rəngindən, ictimai vəziyyətindən və dinindən asılı olmayaraq hamıya kömək əlini uzatmağı bacarmalıdır. Onlar gənclərin həm maddi, həm də ruhani təhsilinə, uşaqların təlim – tərbiyəsinə hərtərəfli köməklik göstərməli, mümkün olan yerlərdə bəhailərin təhsil müəssisələrini açmalı, onların işini təşkil etməli, üzərlərində nəzarəti həyata keçirməli, onların inkişafı və fəaliyyəti üçün əlverişli şərait yaratmalıdırlar...”59.
Dostları ilə paylaş: |