Bəxtiyar Tuncay uluq ulus (turan) xanlarinin döVRÜMÜZƏDƏk latin və İtalyan diLLƏRİNƏ TƏRCÜMƏDƏ yetiŞMİŞ yarliqlari



Yüklə 1,72 Mb.
səhifə2/32
tarix10.01.2022
ölçüsü1,72 Mb.
#107867
1   2   3   4   5   6   7   8   9   ...   32
Genuyanın gerbi
Bu sıraya xan yarlıqlarının məzmununu təhrif edərək, onların əsillərinin guya monqolca olduğunu “sübut” etmək üçün dəridən-qabıqadan çıxan A. Qriqoryevin (Григорьев А. П., 1984) də adını daxil etməyə ehtiyac var. Tutduğu yolun elmi deyil, siyasi olmasına rəğmən, onun da sözügedən sənədlərin dərcində və tədqiqində rolu az olmayıb. Söhbət dövrümüzədək latın və italyan dillərində yetişmiş yarlıqların tədqiqindən düşmüşkən, bu sahədə Y. Skrijinskinin (Скржинская Е. Ч., 1971), İ. Vaşarinin (Вашари И., 1987), S. Karpovun (Карпов С. П., 1981) və K. Jukovun (Жуков К. А., 1988) əməyini də unutmamaq lazımdır.

Belə hesab edilir ki, italyanlara məxsus ticari gəmilərin Qara dənizdə sərbəst hərəkət hüququ əldə etməsi 1261-ci ildə Biznsla Genuya və 1265-ci ildə isə Bizansla Venesiya respublikası arsında əldə edilmiş sazişlərdən sonra başlamış və məhz həmin dövrdən sonra Genuyalı və Venesiyalı tacirlər Qara dəniz sahillərində, o cümlədən Krımda və Trabzonda öz ilk koloniyalarını qurmaq imkanı qazanmışdılar. Artıq 1266-1270-ci illərdə Genuyalıların Kəfədə (Kafada), 1274-cü ildən sonra Soldayədə (Sudakda) və 1281-ci ildən etibarən isə Trabzonda kiçik kaloniyalara sahib olduqları məlumdur. O da məlumdur ki, 1291-ci ildən sonra onlar Trabzon-Təbriz karvan yolunda əsas söz sahiblərindən birinə çevrilmişdilər (Карпов С. П., 1981, s. 90-91).

Genuyalılar tədricən Trabzonda öz ticari faktoriyalarını qurmağı bacardılar. 1323-cü ildə eyni imkanı Venesiyalılar da əldə etdilər (Карпов С. П., 1981, s. 21-51; Цибульский В. В., 1987, s. 16-32). Onlar da sələfləri kimi Trabzon-Təbriz karvan yolunu mənimsədilər. Venesiyalıların doju Covanni Sorantso hələ 1320-ci ilin dekabrında öz elçisi Mikele Dolfinonu Elxanlı hökmdarı Əbu Səid Bahadur Xanın yanına göndərərək, ona qarşılıqlı ticarətin inkişafı ilə bağlı 29 maddəlik bir layihə təqdim etmişdi. Bu layihə Venesiya tacirlərinin Azərbaycanda və Elxanlıların hakimiyyəti altında olan bütün ərazilərdə sərbəst ticarət etmək hüququnun tanınmasını nəzərdə tuturdu. Əgər tacir bu və ya digər səbəbdən ölərdisə, onun bütün mal və mülkiyyəti Venesiya administrasiyasının başçısına göndərilməli idi. Venesiyalılara kaloniyalar qurmaq və oralarda kilsələr açmaq hüququ tanınmalı idi (Diplomatarium Veneto-Levantinum.., 1880-1899, s. 173-176).



Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin