Yerin var göz üstə, gəz, qadan alım”.
Mehdi Hüseyndə isə belə bir cümlə yer almaqdadır:
“Usta məni o qədər də avam hesab eləmə, mən zəmanınin qədrini yaxşı bilirəm”.
Xurşid Banu Natəvan “qədər” əvəzinə “qədir” yazmışdır:
“Sənə nə qədir dedim rəhm qıl mənə, getmə”.
“Qdr” kökündən törəyən və ərəb dilindən dilimizə keçən daha bir kəlmə “təqdir” sözüdür. Bu söz dilimizdə üç mənada işlədilir ki, bunlardan sadəcə biri mövzumuz baxımından önəm daşıyan anlamdadır.
Birincisi qəbul (etmə), bəyənmə, qiymətləndirmə, alqışlama, dəyər və əhəmiyyətini anlamına gələn mənadır.
İkincisi “hal” kəlməsinin verdiyi mənanı verir və həmin sözün sinonimi kimi çıxış edir (o halda – o təqdirdə, əks halda - əks təqdirdə).
Üçüncüsü isə qismət, nəsib, tale, qədər mənalarını verir və bəzən “təqdiri-qəza” kəlməsinin tərkib hissəsi kimi çıxış edir. “Əsli və Kərəm” dastanında həmin kəlmə deyilən mənada işlənmişdir:
“Bizə belə imiş təqdirin işi;
Dostları ilə paylaş: |