Bəxtiyar Tuncay


Cəhdilə kimsə Qadirin mən eləməz qəzasını



Yüklə 1,11 Mb.
səhifə16/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   12   13   14   15   16   17   18   19   ...   96
Cəhdilə kimsə Qadirin mən eləməz qəzasını” (İmadəddin Nəsimi).

Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padşahımızsan” (Mirzə Fəthəli Axundzadə).

Fəda o qamətə kim, qəza nə xoş çəkmiş” (Xurşid Banu Natəvan).

Qeyd edək ki, “qəza” kəlməsinin kökü”qz” şəklindədndir və həmin kökdən törəmiz kəlmələrdən biri də “qəziyyə” kəlməsidir. “Qəziyyə” və “qəza” kəlmələri sinonimdir və “Azərbaycan dilinin izahlı lüğəti”ndə “əhvalat”, “hadisə”, “vaqiə”, “məcara” kimi şərh edilir və həmin kəlməyə Azərbaycan ədiblərinin əsərlərindən aşağıdakı sitatlar misal çəkilir:

A kişi, bu gün başıma bir qəziyyə gəlibdir ki, heç fikrimdən keçməzdi” (Mirzə Fəthəli Axundzadə).

Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə, göz yaşları neysan yağmürü kimi tökülüb otları islatdı” (Süleyman Sani Axundov).

“Azərbaycan dilinin izahlı lüğəti”ndə “Qədər və qəza” ifadəsi ilə də “Qəzavü-qədər” formasında rastlaşmaqdayıq. Sözügedən lüğətdə həmin ifadə aşağıdakı kimi şərh edilir:



  1. Tale, qismət, müqəddərat.

Müvərrixlər (tarixçilər) (Napoleona) “qəzavü-qədərin oğlu” ləqəb veriblər” (Mirzə Fəthəli Axundzadə)

Qəzavü-qədərin ağırlığını biz çəkməsək də, kim çəkəcəkdir” (Məmməd Səid Ordubadi).

Kazım da qəzavü-qədərə inanan adam olduğu üçün, arvadın sözləri ona bir az təsəlli verdi” Yusif bəy Çəmənzəminli).


  1. Başa gələn hadisə, əhvalat, məcara, qəziyyə.

Əgər keçən vaxtlarda mənim başıma gələn qəzavü-qədəri nəql eləsəm, o vədə görərsiniz ki, dustaqxanadan qorxmağa mən çox haqlıyam” (Cəlil Məmmədquluzadə).

Mənim qəzavü-qədərim çoxdur, çox işdə olmuşam” (Abdulla Şaiq).


Qədər” və “qəza” kəlmələrinin Qurani-Kərimdəki mənaları

“Qədər” və “qəza” kəlmələrinin leksik mənalarından başqa, bir də dini-semantik mənları vardır ki, həmin mənalar Quran ayələrindəki mənalardır. Məhz ayələr sözügedən kəlmələrin daşıdığı semantik məna yükünü daha dərindən anlamamıza yardımçı olurlar.

Məsələn, Əl-Əhzab surəsinin 38-ci ayəsindən belə aydın olur ki, qədər Allahın əzəldən müəyyən edilmiş (qadərən məqdura) hökmüdür:



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin