Ani iAAmal sabighatin waqaddir fee assardi waAAmaloo salihan innee bima taAAmaloona baseer.
(Sonra buyurduq:) “Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. (Ey Davud ailəsi,) yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”.
Eyni anlamla, “azaltmaq” və “çoxaltmaq” mənasında, Əs-Səba surəsinin 36-cı ayəsində də rastlaşırıq:
قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ
لَا يَعْلَمُونَ Qul inna rabbee yabsutu arrizqa liman yashao wayaqdiru walakinna akthara annasi la yaAAlamoon
De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu (bunu) bilmir”. Ayədən belə aydın olur ki, bir adamının ruzisinin çox və ya az olmasına, kasıb və ya varlı olması da qədərə bağlıdır, yəni Allahın öncədən təqdir etdiyi ölçülər daxilində baş verir.
“Qədər” kəlməsinin daha bir dini-semantik mənası “bir şeyin baş verməsinə hökm etmək, qərara vermək, təqdir etmək”dir. Bu məna ilə Ən-Nəml surəsinin 57-ci ayəsində üzləşirik: