الَّذِينَ خَلَوْا مِنْ قَبْلُ ۚ وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَقْدُورًا Ma kana AAala annabiyyi min harajin feema farada Allahu lahu sunnata Allahi fee allatheena khalaw min qablu wakana amru Allahi qadərən məqdura.
Allahın Peyğəmbərə halal buyurduğu bir şeydə ona heç bir günah gəlməz. Öncə gəlib-gedənlər haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür.
Qurani-Kərimin Əl-Mürsəlat surəsinin 20-22 – ci ayələrindən isə belə məlum olur ki, qədər həm də müddət, vaxt, yəni bəlli bir zaman ölçüsüdür:
أَلَمْ نَخْلُقْكُمْ مِنْ مَاءٍ مَهِينٍ
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ
إِلَىٰ قَدَرٍ مَعْلُومٍ
Alam nakhluqkum min ma-in maheen? FajaAAalnahu fee qararin makeen Ila qadarin maAAlum?
Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi – məlum bir vaxta kimi? Bu ayədə konkret olaraq, nüftənin, yəni spermanın qadın yumurtalığına düşdüyü andan körpənin doğuşuna qədər keçən 9 aylıq müddətə işarə edilir, insanın qədərinin, yəni taleyinin spermanın yumuurtalığa düşdüyü andan hesablanmağa başlanmalı olduğu bildirilir. Bu məlumatı Əl-Əhzab surəsinin 38-ci ayəsində verilən məlumatla birləşdirdikdə belə bir nəticəyə gəlmək olur ki, qədər Allahın insan həyatının müxtəlif dövrləri ilə bağlı əzəldən müəyyən etdiyi hökmdür.
İndisə “qədər” kəlməsinin yer aldığı başqa bir ayəni gözdən keçirək. Söhbət Əl-Hicr surəsinin 21-ci ayəsindən gedir. Burada sözügedən kəlmə “miqdar”, “ölçü” anlamında işlənmişdir: