Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Beynəlxalq dəmir yolu daşımalarının növləri



Yüklə 112,79 Kb.
səhifə24/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   66
Beynəlxalq dəmir yolu daşımalarının növləri

Beynəlxalq dəmir yolu daşımaları müxtəlif əlamətlərə görə ayrı-ayrı növlərə bölünür. Bu növlər bir-birindən özlərinin hüquqi xüsusiyyətləri ilə fərqlənir.



Nəqliyyat əməliyyatının obyektinə görə beynəlxalq dəmir yolu daşımalarının dörd növü fərqləndirilir: yük daşıma, sərnişin daşıma, baqaj daşıma, yük baqajı (mal baqajı) daşıma.

Qonşu xarici dövlətlərin ərazisində başa çatmasına görə beynəlxalq dəmir yolu daşımaları iki növə bölünür: qonşu daşıma, tranzit daşıma.

Həmsərhəd olan dövlətlər arasında həyata keçirilən və qonşu xarici dövlətin ərazisində başa çatan daşımaya qonşu daşıma deyilir.

Qonşu daşıma beynəlxalq daşımanın tipik və daha sadə növüdür. Tranzit daşıma isə nisbətən mürəkkəb olub, bir sıra əlavə hüquqi məsələlər (tranzit tarifi haqqında, xarici dövlətin tranzitə olan hüququ barədə və s.) yaradır.

Tranzit daşıma dedikdə yükün bir və ya bir neçə dövlətin ərazisi vasitəsi ilə üçüncü ölkədəki təyinat yerinə daşınması başa düşülür.

Yola salma (göndərmə) və təyinat yerləri (məntəqələri) eyni bir ölkənin ərazisində olan, bir və ya bir neçə xarici dövlətin ərazisi üzrə tranzitlə həyata keçirilən daşıma da tranzit daşıma hesab edilir. Bu, tranzit daşımanın xüsusi növüdür. O, adətən, tranzitdən istifadə edən dəmir yolunun daxili qaydaları əsasında həyata keçirilir.




Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin