Sual: Lütfən birinci iş haqda daha artıq məlumat verin.
Cavab: İslam dini digər dinlərdən daha dəqiq olsa da, təkcə o yox, bütün dünya dinləri insanların cinsi özbaşınalığına qarşı çıxır. Dinlər bunun üçün qayda və hədd müəyyənləşdirib. Cinsi istəkləri məhdudlaşdırmadan insan ruhunun yetkinləşməsi mümkün deyil. İnsanın ehtirası heç bir sərhəd tanımasa, heyvan kimi olub insani tərəqqidən uzaq düşər. Buna görə də dinlər şəhvətpərəstliyə və cinsi özbaşınalığa müxalifdirlər.
Hər bir cəmiyyətdə dinlərlə sadə və asan mübarizə yolu cinsi özbaşınalığa rəvac verməkdir. İranda bu işə başladılar. Bu sahədə görülən ən mühüm işlərdən biri hicab qadağası idi. Başqa bir iş spirtli içkiləri yaymaq idi - onlar bu işi də gördülər. Başqa birisi qadınla kişi arasındakı əlaqə məhdudiyyətini aradan qaldırmaq idi. Bu, sınaqdan keçmiş işlərdəndir. Yeni elmi cihazlar və sivilizasiyanın inkişafı, məsələn, kinoteatrlar, radio, televiziya və sair vasitələr də onlara bu işləri asanlıqla görmək imkanı verirdi. Bu sadalananlar hələ elm, savad, düşüncə və beyinə aid olmayan işlərdir.
Bəziləri səhvən elə düşünürlər ki, cinsi özbaşınalığa səbəb olan amil elm və bilikdir. Xeyr! Elm və bilik ikinci məsələ idi. Birinci məsələ yalnız mədəni məsələlər – düşüncə və elm fəsadına, ehtiraslı əməllərə yol açmaq və xalqın həyatını pozğunlaşdırmaq idi. Birinci iş bu idi və bunu etdilər.1
Sual: Bu gün İslam quruluşunu devirmək və ya yayındırmaq üçün düşmən ən çox səyini hansı məsələyə yönəltmişdir?
Cavab: Bu gün düşmən özünün ən böyük səyini mədəni hücum üzərində toplamışdır. Mən bunu bir mədəniyyət mənsubu kimi deyirəm, siyasi adam kimi yox.
Döyüş səhnəsinə baxdıqda onun bir tərəfində İslamın və məzlumların nicatının tərəfdarı və dünya hegemonlarının düşməni olan siz İran xalqını, digər tərəfində isə sizin düşmənlərinizin – yəni hegemon və antiislam cəbhə başçılarının, onların davamçılarının və bu arada şəxsi maraqlarına və nəfsi istəklərinə görə hegemonluq siqnalının və onun izdihamının arxasınca düşmüş rəzil adamların dayandığını görürük. İndi müharibə gedir, zarafat deyil. Hərbi müharibə bitdi. Üstəlik, düşmən – yəni beynəlxalq hegemonluq bacarsa, yenə də hərbi müharibəyə başlayar, amma bu onun üçün asan deyil.
İndi elmi, mədəni və siyasi bir müharibə gedir. Kim bu döyüş səhnəsini aydın görsə, xəbərləri anlasa, dəqiq məlumatı olsa, səhnəyə bir nəzər yetirməklə indi düşmənin ən çox mədəni yollarla təzyiq göstərdiyini bilər. Muzdur qələm sahibləri, dinini, qəlbini və vicdanını satmış elm və mədəniyyət mənsubları az deyil. Əksəri ölkə xaricində və tək-tük ölkə daxilində olan bu adamlar hegemonluğun fəsad süfrəsində əyləşib onların məqsədləri üçün qələm işlətsinlər, şeir də yazsınlar, iş də görsünlər; elə görürlər də.2
Biz dəfələrlə demişik, yenə də deyirik ki, mədəni təxribat hazırlanır və mən onu öz gözlərimlə müşahidə edirəm. Bu, şüarçılıq deyil, buna dair dəlillər var, mən bunu görürəm. Bu gün düşmən daxildə çox zirək üsulla bizim əleyhimizə güclü mədəni bir müharibə aparır. Demək istədiyim giriş budur.
Biz bu mədəni müharibə qarşısında nə iş görməliyik? Adət budur ki, ölkədə bir mədəni problem göründükdə, yaxud eşidildikdə - indi bu problem vardır – hamımız üzümüzü hökumətə çevirib deyək ki, hökumət, siz nə üçün fəaliyyət göstərmirsiniz? Bunun adi misalı da hicabsızlıq, yaxud bəzi uzaq şəhər və bölgələrdə yayılan qədim saz, nağara və bu kimi şeylərdir. Bəzən bu haqda bizə yazırlar, məlumat çatır, bəzi qardaşların şikayətçi və narahat olduğunu bilirik.
Təbii ki, bunlar pis əlamətlərdir; bunda şübhə yoxdur. Lakin mədəni təxribat bunlar deyil. Bunlar həmin təxribatın kiçik simptomlarıdır və əhəmiyyəti çox azdır. Bu gün ölkə qadınları hicab və görkəm baxımından inqilabdan qabaqkı dövrdən olduqca çox fərqlənirlər. İnqilabdan qabaqkı dövrə nisbətən bizim bu qədər fərqləndiyimiz az sahə var. Siz görün cəmiyyətin müxtəlif sahələrindən -istər məzhəbə və dinə aid olan, istər elmi məsələlərə, istərsə də siyasi, iqtisadi və digər məsələlərə aid hansı sahədə indiki vəziyyətlə ozamankı vəziyyət arasında bu qədər fərq var?! O zaman qadından bir şey qalmamışdı. O zaman xüsusən böyük şəhərlərdə qadının hörmətinin, hicabının və paklığının qalmasına qoymurdular. Bugünkü vəziyyət isə o zamanla müqayisəolunası deyil. Bəli, şübhəsiz, bundan da yaxşı olmalıdır, amma bugünkü vəziyyət o zamanla müqayisəolunası deyil. Bu bizim mədəni tənəzzül, cəmiyyətin məhvi, düşmən təhlükəsi və hücumu kimi baxmalı olduğumuz amil deyil. Bu başqa bir şeydir. Bəzən bu da onun əlamətlərindən ola bilər.
Cənablar! Gənc nəsil düşmənin vasitəsi ilə tədricən tələf olmaqdadır. Biz buna imkan verməməliyik. Biz gənc nəsli qorumalıyıq ki, müharibə olsa, müdafiə etsin; daxildə bir hadisə baş versə, iştirak etsin; elm və tədqiqat növbəsi çatdıqda dərs oxusun və özünü hazırlasın; gələcəkdən söhbət düşdükdə ona hazır olsun. Etimad və ümid amili olan bu gənc nəsil üzərində müxtəlif forma və üslublarla tədricən işləyirlər. Bu fəaliyyətlər əsasən mədəni istiqamətdədir. Düzdür, gəncləri fəsada çəkən mərkəzlər var. Bu, qeyri-mədəni və praktik tərəfidir. Lakin hamısından təhlükəli olan gənclərin zehni və düşüncəsidir. Bununla məşğul olmaq lazımdır.1
Sual: Mədəni hücuma necə qarşılıq vermək olar və bu döyüşün əsgərləri nə etməlidirlər?
Cavab: Mədəni hücuma özü kimi cavab vermək lazımdır. Mədəni işə və mədəni hücuma tüfənglə cavab vermək olmaz. Onun silahı qələmdir. Bunu deyirik ki, ölkənin elmi-mədəni işlərində çalışan məmurlar və siz əziz elm və mədəniyyət mənsubları – müəllim, tələbə və ruhanilərdən tutmuş şagirdlərə və ölkənin təhsil sistemindən kənarda uyğun fəaliyyət gösətərən şəxslərə qədər hamınız bu gün bu döyüşdə əsgər olduğunuzu anlaya, necə müdafiə etməli və hansı işi görməli olduğunuzu biləsiniz.
Hərbi döyüşdə olduğu kimi burada da gözləri açmaq və cəbhəni öyrənmək lazımdır. Hərbi döyüşdə hansı tərəf düşmənin vəziyyətini öyrənmədən, onu nəzarətdə saxlamadan, gözünü bağlayaraq və başını aşağı salaraq irəliləsə, məğlub olar. Mədəni döyüşdə də belədir. Əgər düşmənin çalışdığını bilməsəniz, yaxud bunu bilənə qulaq asmasanız, mədəni komandandan əmr almasanız, yaxud o sizin qüvvənizdən istifadə etməsə, manevri və koordinasiyanı düzgün aparmasa, bunun arxasınca məğlubiyyət gələcək.
Radio, televiziya, məktəblər, Mədəniyyət nazirliyi, qəzetlər, jurnallar və ölkənin bütün elmi-mədəni toplumu bu baxımdan məsuliyyət daşıyır.1
Sual: Bəzi qüvvələr mədəni hücumu inkar etməyə, görməzliyə vurmağa çalışırlar. Bu reallığı görməzliyə vurmaq onun əhəmiyyətini azaldırmı?
Cavab: Bizim dəfələrlə təkidlə vurğuladığımız mədəni hücum məsələsi aydın bir həqiqətdir. Onu inkar etməklə hücumun özünü dəf edə bilmərik. Mədəni hücumu inkar etmək lazım deyil - bu var. Əmirəlmömininin (ə) sözü ilə desək, səngərdə səni yuxu aparmışsa, bu, qarşı səngərdəki düşmənin də yatması anlamına gəlmir;2 səni yuxu tutub, çalış yuxudan oyan. Biz milli və İslam mədəniyyətimizin özü kimi, mədəni inqilabın da düşmənlərin təhdidi altında olduğunu anlamalıyıq.
Mənim yadımdadır, müharibənin əvvəllərində düşmənin bəzi yerlərə raket hücumlarına dair məlumatlar gəlirdi. Bu məsələ müxtəlif inqilabi çevrələrdə hizbullahçı qüvvələr tərəfindən dəfələrlə təkrar olunurdu. Silahlı qüvvələrin başçısı olan o Allah bəndəsi3 isə inkar edib deyirdi ki, yalandır, kim deyir İraq bizə hücum edir. Xalq arasında şayiə yayılmışdı ki, Eynxoş kəndini tutublar. O da oraya gedib televiziya müsahibəsi verdi və dedi ki, deyirlər Eynxoşu tutublar, amma mən indi Eynxoşda müsahibə verirəm. O çıxandan 3-4 saat sonra düşmən oranı tutdu. Bəli, düşmən Eynxoşun ətrafında idi, özündə deyildi. Amma bu o demək deyil ki, düşmən yoxdur.
Biz aydın bir məsələni inkar etməməliyik. Universitetdə, universitet xaricində, hətta bizim kütləvi informasiya vasitələrimizdə, yazılan kitablarda, tərcümələrdə, şeirlərdə, dünyada zahirən bizimlə əlaqəsi olmayan və yəqin ki, mədəni işçilər kimi siz cənabların eşitdiyi mədəni proqramlarda - hər yerdə inqilab əleyhinə çox təhlükəli mədəni cəbhə açılmışdır.
Bu, yüz il öncədən olan bir məsələ deyil. Bəli, yüz il öncə də İslam əleyhinə mədəni hücum vardı, amma insan yuxulu bir düşmən qarşısında olanda bir cür hərbi vəziyyətdə olur, ayıq düşmən qarşısında olanda bir cür. O zaman İslam dünyası yuxulu, hətta kefli və məst idi. Bəzən düşmən ona zərbə endirirdi, damarına bir iynə vururdu və və məsələ bitirdi. İndi isə İslam oyaqdır. Qərb dünyasının düşməni bu gün oyaq və pəhləvan kimi meydandadır. İmam kimi bir şəxsiyyətin dəyərli xatirəsi, bu qədər inqilabi resurs və bu qədər yaxşı gənc var. Bunlar zarafat deyil. Bu gün düşmən bizim qarşımızda 100, yaxud 50 il öncəki hərbi jesti tutmur. Biz düşmənin yeni vəziyyətini bilməliyik; bilməsək və yatsaq, məhv olarıq. Döyüş adamı oyaq olmalıdır. İmam Əlinin (ə) sözü ilə desək,1 sən yatmısansa, bu, qarşı səngərdəki düşmənin də yatması anlamına gəlmir; o oyaq da bilər.2
Sual: Hegemonluq Salman Rüşdi məsələsini nə üçün böyütdü? Həzrət imamın reaksiyası və Salman Rüşdinin edam hökmü düşmənin məqsədinə hansı təsiri göstərdi?
Cavab: Hegemonluğun Salman Rüşdi məsələsini bayraq etməsi o rəzil, bədbəxt, üzüqara məxluqdan və onun şeytani kitabından ən azı dünyanın bir hissəsində müsəlmanların əhval-ruhiyyəsinə zərbə vurmaq məqsədi güdürdü. Bu kitabdakı söyüşlərlə və kobud sözlərlə müsəlmanları bir qədər zəiflətmək istəyirdilər, lakin bu əməl başlarına bəla oldu. İmamın bu təxribata qarşı çox qətiyyətli və sərt reaksiyası onların hamısını çaşdırdı. Onlar bu kitabı yaymaqla və böyütməklə müsəlmanların ruhiyyəsini zəiflətmək istəyirdilər.
Bu kitab Qərb mətbuatında, xüsusən də Amerika jurnallarında bir-iki ay elə reklam olunurdu ki, kim baxsaydı, bunun bir təxribat olduğunu anlayardı. Bəlkə də siz bilmirsiniz, amma mən jurnallarda bunu görmüşdüm. Nə qədər yaxşı da olsa, bir kitabı bu qədər böyütməyə, jurnallarda yazmağa, barəsində reportaj hazırlamağa, satışından, nəşriyyatından, məzmunundan danışmağa, ixtisar etməyə, şəkil çəkməyə, film hazırlamağa, orada-burada yaymağa və bütün müsəlmanlara gülməyə lüzum yox idi. Hər kəs bilirdi ki, bu adi iş deyil. Müsəlmanların ruhiyyəsini zəiflədib qırmaq üçün bu kitabı geniş reklamlarla ortalığa çıxardılar.
İmamın reaksiyası və əks-zərbəsi o qədər güclü idi ki, vəziyyəti tamamilə dəyişdirdi. Hər yerdə müsəlman xalqların dəstək və rəğbəti ilə üzləşən bəlli edam hökmü vəziyyəti əvəzlədi, onları ruhdan saldı. Bundan sonra onların tərəfdarları özlərini müdafiə etməli oldular. O zamandan indiyədək Qərb və hegemon başçıların İslam Respublikasına birinci sözü budur ki, gəlin Salman Rüşdi məsələsini birtəhər həll edin. Beynəlxalq hegemonluğa bağlı fiqurların hansı haradasa İslam Respublikasının məmurları ilə münasibətdə olan adam tapdısa, birinci sözü, yaxud sözlərindən biri bu idi: "Bu məsələni birtəhər həll edin".
Bu əsaslı ilahi hökmü bir qədər sarsıtmaq üçün təzyiq göstərdilər, ajiotaj yaratdılar, ittiham etdilər, yazdılar, qınadılar, muzdur yazıçılarını və sənət adamlarını toplayıb uzun məktub imzaladılar, amma bacarmadılar. Bundan sonra da bacarmayacaqlar. Çünki Salman Rüşdinin edam hökmü ilahi ayələrə əsaslanır; ilahi ayələr isə güclü və sarsılmazdır.
Dostları ilə paylaş: |